Bu gün Ermənistan XİN bəyanat yayaraq Azərbaycan mədəniyyət naziri Anar Kərimovun məlum bir qərarının adını və mahiyyətini tam saxtalaşdıraraq azərbaycanlı naziri şərləyib.
Ermənistan XİN-in bəyanatında deyilir ki, Anar Kərimov guya "ermənilərin dini və tarixi-mədəni irsinin dəyişdirilməsi və məhv edilməsi üçün İşçi Qrup" yaradılması barədə qərar verib. Dünyanın qabağında hay-küy qoparan erməni XİN bunu Azərbaycan tərəfdən vandallıq kimi qələmə verərək inanılmaz "mətləblər" səsləndirib.
Təbii ki, azərbaycanlı nazir erməni XİN-in iddia etdiyi formulda hər hansı qərar verməyib. Ermənilər yəqin ki, Anar Kərimovun YUNESKO-nun İrəvana missiyası ərəfəsində ermənilərin İrəvanda məhv etdikləri tarixi Azərbaycan irs nümunələrinin siyahısını tərtib etmək barədə qərarını nəzərdə tutur və bu səviyyədə həmin qərarı saxtalaşdırırlar...
Hələlik Azərbaycan Mədəniyyət Nazirliyi qərəzli erməni bəyanatına şərh verməyib.
Ramil QULİYEV