şənbə günü, 14 noyabr 2026
     

İfadə, fikir, məlumat azadlığı dünyanın yeni reallıqları kontekstində...

Image


Bu gün dünya miqyasında söz və məlumat azadlığı arasında əlaqə məsələsi ən çox müzakirə predmeti olan məsələlərdən biridir. Tədqiqatçıların bu məsələ ilə bağlı əks yanaşmaları qeyd edilənləri sübut edir.

Əsas yanaşma bundan ibarətdir ki, məlumat azadlığı deyilərkən burada elə söz, ifadə, media azadlığı, ictimai maraq kəsb edən məlumat almaq hüququ nəzərdə tutulur. Bu yanaşmanın məntiqi aydındır. Geniş mənada, fikirlərin, ideyaların, mühakimələrin və hər hansı məlumatın qavramaq üçün əlçatan olan istənilən formada yayılmasını özündə ehtiva edir.

  • Dünyada söz, fikir, məlumat azadlığına yanaşmada kəskin dəyişikliklər qeydə alınır

Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, bir sıra müəlliflər birbaşa əks mövqedən çıxış edirlər. Onlar hesab edir ki, məlumat azadlığı dövlətin və onun müvafiq orqanlarının əvvəlcədən icazəsi olmadan və hər hansı qanuni yolla xəbərdar edilmədən informasiyanı axtarmaq, almaq, istehsal etmək və yaymaq hüququ kimi qəbul edilməməlidir. Bütün bunlar fonunda söz, fikir, məlumat azadlığı ilə bağlı dünya miqyasında hələ də ziddiyyətlərin davam etməsi müşahidə edilir. Müasir dünya reallıqlarında bu heç də təsadüfi xarakter daşımır. Beynəlxalq ideoloji qarşıdurmada təsadüfi deyil ki, söz və məlumat azadlığı məfhumundan getdikcə daha çox istifadə edilir. Bunu Rusiya-Qərb qarşıdurmasının indiki mərhələsində də konkret şəkildə sezmək mümkündür. Məsələn, Qərb ölkələrində Rusiya media vasitələrinin, Rusiyada isə Qərb KİV-nin yayımı dayandırılır. “Russia Today”, “Deutche Welle” kimi media orqanları ətrafında baş verənlər qeyd edilənlərin faktiki təsdiqidir. Deməli, söz və məlumat azadlığı ilə bağlı məsələ indiki dövr üçün də aktuallığını qoruyur. Bu zaman beynəlxalq qanunvericiliyə istinad yenə ön planda yer alır. Belə hesab edilir ki, sərhədlərdən asılı olmayaraq, məlumat azadlığı haqqında qayda 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, eləcə də 1950-ci il İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyada təsbit edilib. Bu azadlıq həm də 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsində rəsmiləşdirilib. Bütün bunlara dünya ölkələrinin riayət etməsi vacib hal hesab edilir. Lakin yuxarıda qeyd olundğu kimi, ifadə azadlığı hüququ müasir dövrdə bəlkə də ən mübahisəli məsələlərdən birinə çevrilib. Bu durumda artıq bir sıra ölkələrdə o, real təhlükə altındadır. Hətta bəzi ölkələrdə hakimiyyət inadla söz, ifadə azadlığının sərhədlərinin harada olduğunu müəyyən etməyə çalışır. Halbuki, Ümumdünya İnsan Hüquqları  Bəyannaməsinin 19-cu maddəsində açıq şəkildə deyilir: “Hər kəsin fikir və ifadə azadlığı hüququ vardır; bu hüquqa heç bir müdaxilə olmadan öz fikirlərinə sahib olmaq, istənilən KİV vasitəsilə və dövlət sərhədindən asılı olmayaraq məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir”. Amma indiki halda bir sıra ölkələrdə məsələyə artıq siyasi maraq və məqsədlərdən yanaşılır. Halbuki, ifadə azadlığı hər bir fərdin və ya bir qrup insanın senzuranın qurbanına çevrilmək qorxusu olmadan müxtəlif mövzularda öz əqidəsini, düşüncələrini, ideyalarını və emosiyalarını ifadə etmək qabiliyyətini ifadə edir. Bəs bu hüquq mütləqdirmi? Aydındır ki, yox. Burada da məhdudiyyətlər var. Məsələn, İsveçrədə bu yaxınlarda keçirilən referendumda qərara alınıb ki, homofobiya fikir deyil, cinayətdir. Bununla sözügedən Avropa ölkəsində ziddiyyətli bir vəziyyət yaranıb. Belə ki, İsveçrə mediası senzuradan və hökumətin müdaxiləsindən azaddır. Bununla belə, indi onların hamısından Cinayət Məcəlləsinə daxil edilmiş yeni antihomofobiya normasına riayət etmək tələb olunur. Bu qayda irqçi və ya antisemit, eyni zamanda homofob bəyanatları qadağan edir. Beləliklə, ifadə və söz azadlığına yanaşmada ziddiyyətli məqamlar yaranır. Belə vəziyyətdə koronavirus pandemiyası vəziyyəti daha da qəlizləşdirib. Bir tərəfdən, ümumilikdə elmi biliklərə, xüsusən də peyvəndlərə qarşı olan qruplar tərəfindən təbliğ edilən yeni “sui-qəsd nəzəriyyələri” formaları yaranıb. Digər tərəfdən, hökumətlərin pandemiyadan hakimiyyətə nəzarəti artırmaq və demokratiyanı məhdudlaşdırmaq üçün istifadə etdiyinə inananların sayı sürətlə artıb.

Beləliklə, bütün əsas insan hüquqları kimi, ifadə azadlığı da əsas, lakin heç bir halda mütləq hüquq xarakteri daşımır. Buna baxmayaraq, bu prinsip müasir demokratiyanın əsas dayağıdır. Azərbaycanın da yanaşması məhz bundan ibarətdir.

  • Milli maraqlar naminə tənzimləmələr vacibdir

Azərbaycan demokratik inkişaf yolunu seçən ölkə kimi söz, fikir, məlumat azadlığı məsələsində ən mütərəqqi dünya təcrübəsinin ölkədə tətbiqində maraqlı tərəf kimi çıxış edir. Ölkəmizdə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. 

Ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Eyni zamanda sosial şəbəkələr fonunda söz, məlumat azadlığının təmini də xüsusi diqqət mərkəzində yer alır. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Təbii ki, bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Burada o da nəzərə alınmalıdır ki, plüralizmin inkişafı kimi, ölkə daxilində müxtəlif baxışlar, müxtəlif siyasi meyllərin mövcudluğu təbiidir. Bu, hərəkətverici qüvvə kimi hər bir normal cəmiyyətdə olmalıdır. Lakin burada dövlət və milli maraqların üstün tutulması çox vacibdir. Söz, mətbuat azadlığı, həmçinin söz, mətbuat məsuliyyətini inkar etməməlidir. Bu səbəbdən milli maraqlar, Azərbaycanın inkişafı qarşısında mümkün maneələrin aradan qaldırılması üçün proseslərin qanunvericilik səviyyəsində tənzimlənməsi də zəruri şərt kimi çıxış edir. Indi bu təcrübədən demokratiya beşiyi sayılan Qərb ölkələri belə geniş şəkildə istifadə edir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ