şənbə günü, 14 noyabr 2026
     

Soros fondu Ermənistan hakimiyyətini tam şəkildə ələ keçirir

Image


Zərərli fəaliyyətinə gğrə dünyanın bir çox ölkəsində qadağan edilən Soros fondunun hələ də təsir qüvvəsinin yüksək olduğu ölkələr mövcuddur. Belə ölkələr sırasında ilk diqqət çəkənlərdən biri də Ermənistandır.

Ermənistanda cəmiyyətin müəyyən hissəsinin narazılığına baxmayaraq, Soros fondu bu ölkədə genişmiqyaslı fəaliyyətini davam etdirir. Real mənzərə göstərir ki, sözügedən fond burada jurnalist birliklərini, hüquqşünasları, medianı, insan haqları dərnəklərini maliyyələşdirir və ya bu qurumlar üçün mükafatlar təsis edir. Soros qrantının aludəçilərinə çevrilən bu mükafatçılar isə "beşinci kolon”un əsas bazasını təşkil edirlər. Xatırladaq ki, bu məsələyə Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışı zamanı Prezident İlham Əliyev də toxunaraq olduqca maraqlı açıqlamalar vermişdi: “İndi internetdə məşhur şəkil var - Soros və Nikol Paşinyan. Bilmirəm görmüsünüz, yoxsa yox, amma axtarsanız taparsınız. Baxın, necə də səmimi, bir-birinə sarılıb durublar, yapışıblar bir-birilərinə, sanki ikibaşlı əjdahadır. Ancaq əjdaha cılız çıxdı, bir şey alınmadı. Amma budur həqiqət, bütün dırnaqarası inqilabların arxasında eyni qüvvələr dayanır və bu inqilablar, o cümlədən Ermənistanda nəyə gətirib çıxardı, indi hər kəs görür”. Qeyd edək ki, Soros fondunun Ermənistanda belə rahat fəaliyyətindən bu ölkənin əsas müttəfiqi olan Rusiya da kəskin narazılıq ifadə edir. Amma “İravnyuk” nəşrində dərc olunan analitik məqalədən belə bəlli olur ki, Soros fondu Ermənistanda yenə əsas söz sahibidir. Qəzet bu xüsusda yazır: “Hazırda postmünaqişə dövrü olmasına baxmayaraq, Soros fondu Ermənistandakı layihələrin həyata keçirilməsi üçün vəsait xərcləməkdə davam edir. Məsələn, 2021-ci il ərzində bu fondun ayırdığı 1,2 milyon dollar vəsait Ermənistanda müxtəlif şəxslərə qrant şəklində paylanıb. Fond bu dəfə fiziki şəxslərə qrant ayırmayıb. Redaksiyanın apardığı araşdırmalardan aydın olur ki, bu dəfə qrant ayrılanlardan biri “İnkişaf və hüquq müdafiəsi” fondunun həmtəsisçilərindən biri, parlamentdəki “Vətəndaş müqaviləsi” hakim fraksiyasına daxil olan Harusyak Culxakyandır. O da bəlli olur ki, sifətinə Mona Lizanın mübhəm təbəssümü hopmuş bu xanım deputat Soros fondundan 24,5 min, ona yaxın olan Jenya Mailyanın “Real adamlar və real dünya”sı 24 min 668, ona heç də kənar adam sayılmayan Vayolet Çopunyanın “Hüquq İnkişafı Mərkəzi” 37 min 750, hüquq müdafiəçilərini koordinasiya edən Zarui Hovhanesyan 28 min, Daniel İonasyanın “Məlumatlı Vətəndaşlar İttifaqı” 50 min, Lusine Vasilyanın “Mandat”ı 70 min, “Diskriminasiyaya qarşı və birlik naminə”si 43 min 100, Edik Bağdasaryanın “Araşdırmaçı jurnalistlər”i 90 min dollar və “soros dəyərləri”nin digər keşikçiləri ümumilikdə 1,2 milyon dollar qrant alıblar”.

Yazıda diqqətçəkən məqam odur ki, qrant alanların arasında dövlət məmurları, iqtidar deputatları, hətta səfirlər də var. Bu şəxslərin hamısı 2021-ci il parlament seçkilərində bu və yaxud digər dərəcədə kifayət qədər fəallıqları ilə seçiliblər. Məqalə bu sualla tamamlanır: “Bütün bunların demokratiya ilə nə əlaqəsi var və nəyə görə bu hallar öz adı ilə - korrupsiya adlandırılmır”. Bütün bunlar bir daha Ermənistanda bir sıra dairələrin hələ də Sorosun təsiri altında olduğunu isbatlayır. Bir daha qeyd edək ki, 2018-ci ildə Ermənistanda baş vermiş ermənisayağı “məxməri inqilab”dan sonra sözügedən ölkədə Soros fondunun mövqeləri sürətlə möhkəmlənməyə başlayıb. Hələ 1997-ci ildə Ermənistanda fəaliyyətə başlayan "Açıq Cəmiyyət Fondu - Ermənistan" və ya qısaca desək Soros fondu, demək olar ki, 2018-ci ildə qarşısına qoyduğu əsas məqsədə çataraq, bu kasıb postsovet ölkəsində hakimiyyətə nəzarət imkanları qazanıb. Artıq Ermənistan hakimiyyətinin Soros Fondunun təsir dairəsində olduğu tək bu ölkənin daxilində deyil, xaricində də heç kəsdə şübhə doğurmur. Əslində, baş nazir Nikol Paşinyanın indinin özündə belə verdiyi qərarlar və kadr təyinatları da bunun əyani sübutudur. Hazırda Ermənistanda Soros fondu insan hüquqlarının müdafiəsi, qadınların hüquqlarının müdafiəsi, antikorrupsiya kompaniyaları, seçki monitorinqi və digər sahələrdə çoxsaylı QHT-lərə yenə ciddi dəstək verir. Məhz Paşinyan hakimiyyətə gələndən sonra “məxməri inqilab”ın sponsorları qarşısında götürdüyü öhdəliklərini yerini yetirir və bu fondun əsas nümayəndələrinin hamısını Ermənistanda yüksək vəzifələrə təyin edir. Təsadüfi deyil ki, artıq “sorosçular” Ermənistanda hakimiyyətin bütün qollarında möhkəmləniblər. Bu ölkədə nazirliklər, səfirliklər, universitetlər adıçəkilən fondun nəzarəti altındadır. Bütün bunlar bir daha onu göstərir ki, Paşinyan hakimiyyəti bütün mənalarda Soros fonduna bağlıdır. Təsadüfi deyil ki, onun hakimiyyətə gəlişindən sonra Corc Soros bu ölkəyə daha çox vəsait ayırmağa başlayıb. Burada ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Nikol Paşinyan siyasi hakimiyyətini möhkəmləndirdikcə buna paralel olaraq həm də Ermənistan iqtisadiyyatında Corc Sorosa və ona yaxın biznes dairələrinin mövqeyini gücləndirmək yolunda mühüm addımlar atılır. Xüsusən də, Rusiyaya bağlı biznesin bu ölkədə sıxışdırılması istiqamətində incə və gizli formada plan həyata keçirilməkdədir. Bu plana görə, qarşıdakı illərdə Ermənistan iqtisadiyyatında da əsas söz sahibi Qərb dairələri olacaq. Elə bu səbəbdən Rusiyada Paşinyan hakimiyyətinə qarşı qəzəb getdikcə artır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ