şənbə günü, 14 noyabr 2026
     

Moskva mediası postsovet ölkələrində tarix dərsliklərini “senzuradan keçirir” – “Rusiya işğalçı kimi göstərilir”...

Image


Rusiyanın “Komsomolskaya Pravda” qəzeti yanvar ayında 6 keçmiş sovet respublikasında tədris olunan “Tarix” dərslikləri barədə yazıb.

“Müstəmləkəçilər” və “işğalçılar”: keçmiş SSRİ respublikalarının məktəb dərsliklərində Rusiya haqqında nə yazırlar” başlıqlı məqalədə deyilir ki, bəzi respublikalarda “artıq orta siniflərdən şagirdlərə rusların necə pis olduğu və onların keçmişdə nə qədər pislik etdikləri izah olunur”. Qəzet Azərbaycan məktəblərində istifadə olunan dərsliklərdən də yazıb.

Qeyd edək ki, hələ 2009 və 2017-ci illərdə “Komsomolskaya Pravda” keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan məktəblərinin dərsliklərini “təftiş etmişdi”. Həmin illərdə də jurnalistlər dərsliklərdə Rusiyanın işğalçı kimi təqdim edilməsindən narazılıqlarını bildirdilər.

Sözügedən məqalədə “Azərbaycan: “Totalitarizm” və “Repressiyalar” altbaşlığı altında deyilir ki, 9-cu sinif üçün nəzərdə tutulmuş “Ümumi tarix” dərsliyinin müəllifləri “Rusiyadan həm çar, həm də sovet dövrünə görə incik düşüblər”. “XIX-cu əsrin birinci yarısına həsr olunmuş “Hərbi-işğalçı rejim” adlı bölümdə Rusiya heç də xoşagəlməyən xasiyyətnamə alıb”.

Daha sonra məqalədə dərslikdən sitatlar verilib. “O vaxta qədər xalqımızın suverenliyinin rəmzi olan xanlıqlar ləğv edilib və Rusiya imperiyasının vilayətlərinə çevrilib. Türk-müsəlman xalqlarına düşmən münasibəti bəsləyən Rusiya Şimali Azərbaycanın işğal olunmuş torpaqlarında ağır hərbi-işğal rejimini yaradıb”.

Məqalədə qeyd olunur ki, Azərbaycan SSR-in yaranması “Sovet Rusiyasının hərbi müdaxiləsi” adlı bölümdə təsvir olunub. “Ayrıca göstərilib ki, bolşeviklərin partiyası ruslardan, ermənilərdən, yəhudilərdən və gürcülərdən ibarət idi (millətlər qalın şriftlə göstərilib)”.

Maraqlıdır, Azərbaycan tarixinə aid dərsliklər çağın tələblərinə, Birləşmiş Millətlər Təşkilatının meyarlarına nə dərəcədə uyğundur? Rusiyada tənqid edilən 9-cu sinif üçün “Ümumi tarix” kitabında onları narazı salan nələr var?

  • Akif Nağı: “Fakt ortaya qoyulanda onlar özlərini narahat hiss edir, müqavimət göstərməyə çalışırlar”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirdi ki, Çar Rusiyası və sovet dövründə tarix təhrif olunub, Azərbaycanın və digər ölkələrin Rusiya tərəfindən işğalına yalançı don geyindirilib , faktlar yanlış konsepsiya əsasında təqdim olunub: “Fakt ortaya qoyulanda onlar özlərini narahat hiss edir, müqavimət göstərməyə çalışırlar. Onlar dünənlə yox, sabahla yaşamalıdırlar. Görünür, hələ bunu başa düşmək istəmirlər. Tarixi danmaq olmaz. Tarixin dərinliklərinə çox getmədən bildirməliyik ki, bolşeviklər 1917-ci ildən sonra imperiyanı xilas etmək üçün adını dəyişdirib “SSRİ” qoydular. Bu, tarixi həqiqətdir. Rusiya rəhbərliyi, o cümlədən Sergey Lavrov bunu qəbul etmək istəmir. Görünür, hələ də imperiyanı başqa ad altında bərpa etmək niyyətindən əl çəkməyiblər. Məsələnin bu cür ictimailəşdirilməsi onların niyyətlərindən xəbər verir. Belarusla Ermənistanı “müsbət nümunə” kimi göstərirlər. Belarusla işimiz yoxdur, amma Ermənistandakı dərsliklər Köçəryan və Sarkisyanın hakimiyyətləri dövründə yazılıb, indi yazılsaydı, yəqin fərqli mənzərə müşahidə olunardı”.

  • Eldar Quliyev: “1918-ci ildə Azərbaycan müstəqil dövlət qurdu, XI-ci Qızıl Ordu isə Azərbaycanı işğal etdi, burada tarixi faktlardan söhbət gedir, əgər bu işğal deyildisə…”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Eldar Quliyev bildirdi ki, sözügedən dərslikdə söhbət XVIII-XIX əsrlərin hadisələrindən gedir: “Birinci Pyotrun dövründən başlayaraq Qafqaz, o cümlədən Azərbaycan işğal olunub. Məlumdur ki, 1918-ci ildə Azərbaycan müstəqil dövlət qurdu, XI-ci Qızıl Ordu isə Azərbaycanı işğal etdi. Burada tarixi faktlardan söhbət gedir. Əgər bu işğal deyildisə, onda Azərbaycan 1918-ci ildə necə müstəqil dövlət oldu? Deməli, bundan əvvəl müstəqil dövlət deyildi və hansısa dövlətin tərkibində idi, Rusiyanın tərkibində idi. 1920-ci ildə isə bolşevik ordusu gəldi, Azərbaycanı işğal etdi və biz 70 ildən yuxarı Sovet İttifaqının tərkibində yaşadıq. Sovet İttifaqı qondarma bir dövlət idi. O dağılandan sonra bütün respublikalar, elə Rusiyanın özü də müstəqillik əldə etdi. Bu tarixdir, necə olubsa, elə də yazılıb, kimin bundan narazılığı ola bilər ki?”.

  • Kamran Əsədov: “Orta məktəb dərsliklərində Rusiyaya qarşı nifrət yoxdur, əksinə, biz XIX-cu əsrdə Rusiyanın Azərbaycanda…”

Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, XIV-XVI əsrlərdə Azərbaycan daha çox osmanlılarla müharibə aparıb: “XVI əsrdə isə Birinci Pyotrun bura yürüşü, daha sonra işğallar olub, Türkmənçay və Gülüstan müqavilələri olub. Bunlara yanaşma fərqlidir. Amma biz birinci növbədə faktı qiymətləndiririk. Tarixçi şərh verə bilməz, biz faktı yazırıq. Bir ölkə digərinin ərazisinə hücum edirsə, bu işğaldır. Biz dərslikləri yazanda XVI əsrin 80-90-cı illərində osmanlıların törətdiklərini də işğal kimi qiymətləndiririk, rusların hücumlarını da. Bunu pis tərəfə yozmaq lazım deyil. Bu faktdır. Bizim ərazilərimiz başqa dövlət tərəfindən işğal edilib. Bu, ərəblərə də, sasanilərə də aiddir”.

Ekspert hesab edir ki, orta məktəb dərsliklərində Rusiyaya qarşı nifrət yoxdur. Əksinə, biz XIX-cu əsrdə Rusiyanın Azərbaycanda kənd məktəblərini açmasından, sənaye inqilabından, aqrar ölkədən aqrar-sənaye ölkəsinə onların dəstəyilə keçiddən də yazırıq. Azərbaycanın ilk konstitusiyası sovet dövründə qəbul olunub. Bundan da yazırıq. Azərbaycan dərslikləri bütün millətlərə qarşı tolerantdır. Amma niyəsə həmin jurnalistlər bunu görmək istəmirlər. Yazılan məqalə isə obyektiv deyil və qərəzli yanaşmadır.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ