şənbə günü, 14 noyabr 2026
     

Qarabağ şair gözündə; öz zəfəri, öz bayramı ilə...

Image


Bu zəfər donu geymiş bir ilin sevinci içində əlbəttə, yada düşən, göz önünə gətirdiyimiz gözəlliklər arasında əsas yeri şeir tutur. O düşüncəmizin, zövqümüzün şeir guşəsində təbii ki, dost şairlərin öz yeri var; şair Əli Mahmud qələm dostumuzdur. Amma onun haqqında düşünərkən nə etsəm də, hayana baş vursam da öncə baş redaktoru olduğu “Qarabağa aparan yol” qəzeti məni bir ahənrüba kimi çəkir özünə.

Nəhayət anlayıram ki, qəzetdən başlamaq lazımdır... bizi tanışdıran, yaxınlaşdıran, sonda bir əqidə, məslək dostuna çevirən qəzetdən. Əvvəllər qəzetin adında bir qəribəlik görür, onun adını redaktə etmək fürsəti arayırdım. Lakin Fariz özünəməxsus təmkinlə: Əli müəllim bu adı sevir. Bir də Qarabağsız olmaz, Əli müəllim üçün Qarabağsız heç nə mümkün deyil. Axır ki, fikir tərəddüdlərimə son verdim, adlıq cümlə şəklində olan bu ada öyrəşdim. Qəzetin redaksiya otağı tezliklə mənə də bir oxu zalı, kitabxana, nə bilim, qonaqpərvər dost evi kimi doğma ocağa çevrildi. Gözlərimiz önündə doğulub işıq saçan, böyük azərbaycançılıq ideologiyası yolunda olan bir qəzetdən danışarkən nədənsə həm kədərli səhifələr çevirməli olur, həm də qürurlu  duyğular ilə dolursan. Elə o gündən mən də bu yolu tutub düz Qarabağacan getmək, Kirs dağına qalxmaq, “Üç Mıx”, “Sarıbaba” yayalalarında yaylamaq, “Ərimgəldi”qayasında intizar çəkmək istədim. Qəzet sırf o mövzuları dilə gətirir ki, sadə dillə desəm: yəni, o əziz yurdumuzu nə unutmayaq, nə də o gözəl ellərimizin getməsilə barışa bilməyək. İtirilən torpaqlarımızın xatirəsini bir an olsun yaddan çıxmasına dözməyək, necə ki, dözmədik... Necə ki, barışmadıq da, dözmədik də.

Bu qəzetdə mənim həmfikirlərim, eləcə də düşüncəmə, zövqümə hörmət edən, öz növbəsində mənim də yürütdükləri xəttinə, üslubuna sayğı bəslədiyim insanlar çalışmaqdadır. “Qarabağa aparan yol” gözlərim önündə yarandı, işığını saçdı. Redaksiya özü mənə elə o vaxtdan balaca bir Qarabağ guşəsini xatırlatmağa başladı. Burada el-oba həsrətliləri görüşür. Çox keçmədən söhbət gəlib şirin anların üstünə çıxırdı. Buradakı görüşlər mənə bu redaksiyanı doğma yerim-yurdum, obam qədər məhrəm edirdi. Var olsun bu sadə güzəran içində “ev” adlı böyük məsələlərin ağırlığına umuzunu dayayanlar. Tək bir guşəsinin deyil,  Vətənin hər tərəfinin, hər bir bucağının kişi qeyrətini çəkənlər... Var olsun Qarabağ yoluna sədaqət, vəfa göstərən qələm sahibləri, ağrıların, acıların, məhrumiyyətlərin verdiyi çətinlikləri eyninə almayan belə fədakar qələm dostlarım. Əziz dostumuz Əli Mahmud da ətrafına məhz belə qələmdaşları toplayıb məsləkinə, yoluna tən gələn gəncləri. Qəzet 30 ilə yaxın bir müddətdə ağır həsrət yükünü çəkə-çəkə yol gəlib, “Xarı bülbül” festivalı, “Vaqif poeziya günləri”, Şuşa zəfərinə qədər... Hərbi qüdrətimizin davamı - Şuşadakı zəfər təntənəsində, 30 illik sükutu öz bayram hay-harayı ilə qovub dağıdan “Vaqif poeziya günləri”ndə - o möhtəşəm tədbirdə dostumuz Əli Mahmud da iştirak edirdi. Sanki biz də onunla dəvətli, onunla iştirakçı idik.  Əyilib payızı baharı ilə qovuşan Cıdır düzü çəmənliklərindən inci toplayırmış kimi fərəh içində çiçəklər döşürürdük. Sevinci sevincə qatarkən o artıb sel olarmış; gəldi bizi başına yığdı, Qarabağ eşqinə Bayandır xanın bayram süfrəsindən açdı, yedirtdi-içirtdi. Qədim-qayım yurd yerlərini ziyarət edərkən gözləri dolmuşdusa da o gün par-par parlayan səmanın, öz isti təbəssümünü səxavətlə bəxş edən günəşin sevinci  qəlbinə nəğmə sevinci doldurmuşdu amma. Gözləri dolmuşdusa da ruhunda bir zəfər çırağı yandırmışdı bu toy-büsat fərəhi. Bu çıraq Şuşada, Şuşanın dağlarında, Cıdır düzündən üzü Topxana meşələrinə baxarkən daha da gur bir işıqla şölələndi, yandı; həyata həyat qatıldı. Bu ruhumuzun, ruhumuzla birgə bədənimizin də dincəlib aram olduğu gün idi.  Səmadakı qatarlaşıb uçan quşların bəxtəvər-bəxtəvər süzməsi, payıza açan çiçəklərin rənglərinin bir   daha əlvanlaşması... hamısı təbiətlə insanın burada sevinclərinin   bir-birinə qarışdığından xəbər verirdi. Bir qanadlı ifadə düşür yadıma, amma onu azca dəyişdirirəm: “Şuşanı, dağları görməmisənsə, demə ki görmüşəm Azərbaycanı”.

Amma sözün gerçək mənasında hicranın, həsrətin od vurub yandırdığı illər də vardı, olmuşdu, yaddaşda idi. Bilirəm ki, həssas, həm də kövrək bir insan olaraq tanıdığım Əli müəllim xəyallarında yaşatdığı yaralı, nisgilli xatirələrin cana gəlməsi, o ağır ayrılıq illərinin şairin qəlbində açdığı şırımların sağalması isə xeyli vaxt istəyəcək.

Az qala 30 ilə gəlib çatan yaxıcı, üzücü  həsrət, doğma torpaqlar, bir vaxt qədəm-qədəm gəzdiyi-gördüyü yurdundan ayrı düşmək də ona sözsüz ki, ayrılıq nəğmələri yazdıracaqdı:

Şuşa şəhərlərin baş şəhəriydi,

Yaddaş şəhəriydi, daş şəhəriydi.

Günəş güllərini öpə bilirdi,

Ulduzlar göz yaşı səpə bilirdi.

O Qızıl qayası səs qülləsiydi,

Allahın sonuncu möcüzəsiydi.

Əli Mahmud Vətən sevdalı, Vətən ünvanlı bir şairdir. Ürək adamdır; hər sətrində, hər misrasında mənhus düşmənin yaraladığı, tapdaq-tapdaq əzdiyi doğma yurd yerinin ağrısı dilə gəlib danışır. Deyir ki, böyük zəfərimizə, qələbəmizə yetməyimizdə ilk növbədə Azərbaycan əsgərinə, Azərbaycan ordusuna, Ali baş komandana və onun yürütdüyü beynəlxalq əhəmiyyətli siyasətə borcluyuq. Şairin sözünə qüvvət olaraq deyim ki, həm də  biz bütövlükdə xalq olaraq bir yumruq kimi birləşib bir olduq o hərb meydanında. Ədəbiyyatımızla, mədəniyyətimizlə, elmimizlə bütövlükdə səfərbər olduq o açıq savaşa. Televiziyamız, radiomuz, mətbuatın bütün sahələri, əli qələm tutan hər kəsimiz, hər kəs bu savaşda döyüşdü. 30 il dünyanın ədalətinə bel bağladıq, Vətən savaşında da, qələbəmizdə də kimsənin payını kəsib kiçildə bilmərik. Döyüşənlərin sırasında, zəfərə imza atanların sırasında Əli müəllimin də şeirlərində ruh verib, can verib yaratdığı əsgəri vardı. Onu dinləyək:

Vətənə, bir gülə güllə dəyərsə,

Bütün ömrüm boyu günahkaram mən.

Bu torpaq mənə də oğul deyibsə,

Oğulun gözündə yaşayır Vətən.

Odur ki, adında Qarabağ adı daşıyan qəzetimiz “Qarabağa aparan yol”un yükü də daha ağır idi. Bütünlüklə Qarabağa, onun qayğılarına, habelə mədəniyyətinə, tarixinə aid mövzuları işıqlandıran qəzet haqqında həmişə arzulamışam ki, Qarabağ zəfərlərini işıqlandırdığı günün də səadətini yaşamaq ona qismət olsun. Budur, indi həmin günlər gəlib çatıb. Lakin yenə durub demək olmaz ki, qəzet öz missiyasını yerinə yetirib, gəlib mənzil başına yetişib. Çünki “Qarabağa aparan yol”un missiyası daha böyükdür. Şah babamızın qılıncının su içdiyi ərazilərimiz xəritəmizdə bütövləşməyənə qədər “Qarabağa aparan yol” da mənzil başına yetdim deyə bilməz. Belə bilirəm ki, qələm dostum Əli Mahmudun illərin ağrı-acısına qatlaşaraq mütəmadi nəşr etdirdiyi qəzet dövlətçilik prinsiplərinə, milli mentalitetimizə, milli varlığımıza, milli əxlaqımıza bundan sonra da sədaqətlə xidmət etmək əzmindədir. O da həqiqətdir ki, torpaqlarımızın işğal edildiyi 30 ilə yaxın bir müddət ərzində qəzetin problemi təkcə Qarabağ problemi deyildi, çünki Azərbaycansız Qarabağ, Qarabağsız da Azərbaycan ola bilməzdi. Bu üzdən daima harda olmasından asılı olmayaraq Azərbaycan insanının taleyi, gələcəyi məsələsi “Qarabağa aparan yol”un gündəlik səhifələrində işıqlandırılırdı. Qəzetdə mənəviyyat məsələri, yeni insan tərbiyəsi ən müxtəlif mövzuların ana xətti kimi görünürdü. Görünürdü, amma Qarabağ baş mövzu idi:

Sarıbaba bu dağların ulusu,

Çarıqbulaq bulaqların sulusu,

Bu yerlərdə gülsən ürəkdolusu,

Qayalarda səsin qalar əbədi

Mənim Şuşam qədim sənət məbədi.

Yadımdadır, tədbirlərin birində xəfifcə bir təbəssümlə cibindən Şuşadakı mənzilinin açarlarını çıxarıb göstərmişdi. Ümidlə qorunan o açarlar bir gün geri dönəcəyimizə işarə idi, o çağlara böyük inam tərbiyə edir, qəlblərimizdəki şübhəni vurub çıxarırdı. Şair hər zaman çalışıb ki, qəzetdə dərc olunan yazılar ruhnəvaz, nikbin ovqata köklənsin. Ümidsizliyi, bədbinliyi, nə də küskünlüyü heç vaxt yaxına qoymayıb - nə özünün, nə də naşiri olduğu qəzetin.

Amma xatırlatdığım o görüşdəki çıxışı dinləyiciləri yaman kövrəltmişdi. Sanki bu anda dərd ilə diz-dizə oturub qalmışdılar... Şairin iztirablı halı hamının yadına bülbülləri tərk edib getmiş viranə bağları salmışdı. Daha necə olmalıydı; həm şair olasan, həm də bir ev böyüyü kimi öz evinin açarını gözdağı kimi saxlayıb özünlə gəzdirəsən, buna dözmək varsa, dözən varsa... daha sözüm yox.

Şeirlərində, yaradıcılığında Qarabağın poetik izharı, dəqiq salnaməsi, əzbərə bildiyi tarixi var. Bu səbəbdən həqiqətlərə, gerçəkliklərə daha bir qədəm də yaxın olan həssas bir şairin könül ahları hopan şeirlərinə kədər, ağrı qonmazmı? Axı ayrılıq müddəti uzandıqca ümidlər, təsəlilər də kəsilər, azalarmış. Bunlar şeirə çevrilərkən bilirsən yara nədir, yaralanmaq nədir:

Bir körpə görmüşəm

gözlərində

yaş gilələnmişdi,

elə bil körpənin

gülüşü güllələnmişdi.

Şairin belə beşik başındakı laylalar misalı təsirli,  yanqılı şeirləri çoxdur. Təkcə şeirlərində deyil, bədii-publisistik yazılarının özündə də el-oba dərdinin təsirli , acı həqiqətləri var. Erməni vəhşiliyi, onların törətdiyi Xocalı dəhşətləri şairin misralarına da vəhşət rəngi qatıb.

Bu misralar Ana tariximizi qana boyayan fəlakətlərin bədiyyata çevrilən üzü, silinməz yaddaşıdır. Şairin məqsədi də yaddaşı ölməyə, itməyə qoymamaqdır. Yaddaş kirşəlsə, bundan qarı düşmən qazanacaqdır, şair bundan əmindir. Əli Mahmud əqidəsində də,  düşüncəsində də, qələminin yaddaş gücündə də dönməz üzlü, ötkəm, barışmaz  bir şairdir.

Əli Mahmud heç də təqvim şairi deyil yəni vətən, yurd sevgisi bu 30 illik tarixə sığmayır heç də.  Gənclik illərində yazdığı misraları xatırlayıram. Şeir 1977-ci ildə qələmə alınıb. Bu, o dövrlər idi ki, sən tarixi torpaqlarının əzəli ərazilərə malik xəritəsi haqqında danışa bilməzdin. Amma qorxulara, qadağalara baxmayaraq tarixçilərin demədiyini Əli Mahmud  deyib:

Deyirlər ki,

Vətənimiz böyük olmuş.

Hanı Vətən?

Xəritədə parası var.

...Mən bilirəm kimliyimi,

Məni məndən gizlətməyin,

Məni belə inlətməyin.

Şairin belə bəndləri, belə misraları ara-sıra deyil, şeirlərinin mövzu, mahiyyət dərinliyini ifadə edən belə misraları çox-çoxdur. “Vətəndaş şair”imiz deyə biləcəyim şairimizin əsgəri ruhda, qələbə inamlı bir şeirini oxuyum sizə:

Mən əsgər gedirəm, darıxma, ana,

Mənə tapşırırsan axı Vətəni.

Südünə and olsun, inan oğluna,

Gözümün içində gizlərəm səni.

Şair o məsuliyyətə işarə edir ki, əgər yağı düşmən evimizə güllə atmaq qədər həyasızlaşıbsa, o hamının, hər kəsin yerinə fədakar əsgəri ilə birgə özünü günahkar hesab edəcəkdir. Şairin çiyinlərinə qoyulan vətəndaşlıq yükü, onun poeziyasının səciyyəsi də, mahiyyəti də məhz bu məqamlarda üzə çıxır.

Ümumiyyətlə, yaradıcılığının bütün məzmununda Qarabağın zəngin mənəvi həyatı, irsi, mədəniyyəti, onun coğrafiyası, təbiəti canlanır. Şair əksər şeirlərində, bədii yaradıcılığının bir çox məqamlarında keçmişin ən yaxşı keyfiyyətlərini gələcəyə daşıya bilib. “Daşıya bilib” ifadə qəribə görünməsin. Keçmişi gələcəyə daşımaq, tanıtmaq üçün irsi, mənəvi yaddaşı qorumaq üçün şairin özünün körpüyə çevrilməsi gərəkdir. Əli Mahmud Qarabağın köhnə, “ağırtaxta” kişilərindəndir. Özü də, poeziyası da bu mənada etibarlı, sədaqətli bir zaman körpüsüdür.

Köhnə söz xiridarları ifadəsincə “hüsnü-xitam” üçün Əli Mahmud dostumuzun çoxdankı - “başına daş düşmüş” ayrılıq çağlarında Şuşanın, Cıdır düzünün həsrətilə yazılmış şeirindən (belə şeiri çoxdur şairin) misal gətirmək istəyirəm:

Cıdır düzü igidlərin oylağı,

Maral yalı gözəllərin yaylağı,

Ceyranqaçan ovçuların ovlağı,

Hər qayanın, hər cığırın adı var,

Çiçəklənir, ləçəklənir arzular.

O gözlər indi xoşbəxt, nurlu baxışları ilə o ucalıqdan qoruqsuz-qaytaqsız hər yanı seyr edə bilir. “Tanrı qonşuluğundakı şəhərim” dediyi zirvədəki qartal yuvasını andıran, qoynunda  Xan taxtı qurduran Şuşası da azaddır, mutludur şairin. Və bu yazıda məqsəd əslində şairin yaradıcılığını təhlil etmək deyil, şairə doğma diyarının, Şuşasının azadlığı üçün gözaydınlığı verməkdir. Gözün aydın, şair! demək üçündür.

Prof. Minaxanım Nuriyeva Təkləli
Azərbaycan Dövlət Pedaqoji Universiteti



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ