şənbə günü, 14 noyabr 2026
     

Bəzi Avropa qurumları Media haqda yeni qanunla höcətləşməkdə davam edir - Agentlikdən daha bir əsaslı izah-cavab...

Image


Yanvarın 26-da Avropa Şurasının Demokratik İştirak İdarəsinin (Directorate of Democratic Participation) tabeliyində olan Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platformasının rəsmi səhifəsində “Azərbaycanda yeni media məhdudiyyətləri qəbul edilir” başlığı altında məlumat yerləşdirilib.

Medianın İnkişaf Agentliyindən verilən məlumata görə, məlumatda “Media haqqında” Qanun layihəsinin məzmunu və mahiyyətinə dair bir sıra əsassız iddialar yer alır. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bununla bağlı cavab hüququndan istifadə edərək, Avropa Şurasının Demokratik İştirak İdarəsinin direktoru cənab Matias Qrudenə məktub göndərib. Məktubda qeyd olunub ki, qanun layihəsi Azərbaycanın beynəlxalq öhdəlikləri nəzərə alınmaqla hazırlanıb və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının hər kəsin öz fikrini ifadə etmək azadlığı hüququnu nəzərdə tutan 10-cu maddəsinin tələbləri əsas götürülüb, layihənin ideya və məqsədləri müvafiq maddənin məzmununa uyğun olaraq formalaşdırılıb. Agentlik cənab Matias Qrudenin nəzərinə çatdırıb ki, Qanunda tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhəd müəyyən edilib.

Xüsusi olaraq vurğulanır ki, Qanun layihəsinin müddəaları sosial şəbəkələr, video paylaşım platformaları, internet televiziyaları, habelə blogger və bu kimi digər fəaliyyət növlərinə qətiyyən şamil edilmir, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur. Layihə jurnalist anlayışını daha geniş mənada istifadə edərək, rəsmi olaraq hər hansı media subyektində işləyən şəxslərlə yanaşı, “freelancer” kimi fəaliyyət göstərən şəxsləri də jurnalist adlandırır, yalnız qəzet, jurnal, televiziya və radiolarda deyil, veb-saytlarda fəaliyyət göstərən jurnalistlərə də jurnalist statusu və bu statusdan istifadə hüququ tanınır.

Jurnalist vəsiqəsi məsələsinə aydınlıq gətirən Agentlik qeyd edib ki, beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərə vəsiqənin könüllülük əsasında verilməsi nəzərdə tutulub. “Vahid jurnalist vəsiqəsi” deyil, sadəcə “jurnalist vəsiqəsi” adlanan bu vəsiqə şəxsin həqiqətən jurnalist olduğunu deyil, ona dair məlumatların həqiqətən reyestrə daxil edildiyini təsdiq edən sənəddir və onu əldə etmək üçün jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur”, deyə məktubda vurğulanır.

Həmçinin qeyd olunur ki, Qanun layihəsində reyestrə daxil edilməmiş jurnalistlərə münasibətdə heç bir məhdudiyyət nəzərdə tutulmayıb: “Jurnalistlər adıçəkilən vəsiqəni əldə etmədən də peşəkar fəaliyyətlərini maneəsiz və yeni qanun layihəsi ilə müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər. Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və onların bu sahədə fəaliyyətinin inkişaf etdirilməsi məqsədi daşıyır”.

Məktubda, həmçinin media subyekti təsis etmək üçün dövlət orqanlarından icazə tələbinin olmadığı, jurnalistlərin üzərinə fakt və hadisələrin obyektiv şərhinə dair hər hansı bir öhdəlik qoyulmadığı, qeyri-rəsmi mənbədən əldə edilən məlumatın yayımlanmasına qadağanın nəzərdə tutulmadığı vurğulanır: “Əksinə informasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi məqsədilə dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyulub”.

Bununla yanaşı, gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə və ya onları yaymağa yol verilən halların dairəsi müəyyənləşdirilərkən də Avropa Konvensiyasının 10-cu maddəsinə istinad edilib: “Layihənin müvafiq norması hər hansı şəxsə xəbərdarlıq etmədən onun barəsində audio və ya video yazı, foto çəkilişin aparılmasına deyil, bu fəaliyyətin həyata keçirilmə üsuluna, yəni informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən gizli qaydada istifadə etməyə diqqət çəkir. Yəni, hansısa görüntünün yayımlanması üçün yazılı icazənin alınması tələb olunmur”.

Məktubun sonunda qeyd olunur ki, qanun layihəsinə əsasən media sahəsində dövlət senzurası qadağandır: “Layihə dövlət senzurasını qadağan etməklə media sahəsindəki münasibətlərin müasir çağırışlara və tendensiyalara uyğun nizama salınmasına, bu sahədəki fəaliyyətin dairəsinin genişləndirilməsinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində meydana çıxan subyektlər də daxil olmaqla media subyektlərinin hüquqlarının qorunmasına yönəlmişdir və media azadlığını təmin edir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin cavab məktubu Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platformasında yerləşdirilib.

Bəzi Avropa təşkilatları bizim yeni “Media haqqında” Qanun layihəsi ilə niyə razılaşmır? Hər dəfə bir əsassız irad tuturlar, bu təşkilatların əsası olmayan iradlarına isə Medianın İnkişaf Agentliyi tərəfindən əsaslı cavablar verilir, amma yenə də qane olmurlar. Bunun səbəbi nədir? Bu qurumlar yenə niyə qərəzli mövqe nümayiş etdirirlər?

  • “Bu “iradları” göstərməklə belə rəy yaratmaq istəyirlər ki, bunlar Azərbaycanda işləyirlər”

“Novaya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bizimlə söhbətində bildirdi ki, qanun layihəsi hazırlanarkən orada əks olunan bütün məsələlər ictimai müzakirəyə çıxarılıb, bununla bağlı mütəxəssislər fikir, rəy bildiriblər.  Medianın İnkişaf Agentliyi “Media haqqında” Qanun layihəsinə bəzi beynəlxalq təşkilatların qərəzlə yanaşdığını vurğulayan Ş.Ağayev hesab edir ki, əgər beynəlxalq qurumların nəyə isə istəyi varsa ona dərhal müsbət cavab verirlər, nəyə yoxdursa, bu cür davranış sərgiləyirlər. “Beynəlxalq təşkilatlarını yaxşı tanıyırıq, əgər istəkləri olsa layihə haqqında müsbət fikirlər bildirəcəklər, istəkləri olmasa nə isə bir “nöqsan” tapacaqlar. Hətta əsaslı izahlar verilsə də, hər şey incəliyinə qədər izah edilsə də, bəzi Avropa qurumları yenə də öz fikirlərində qalırlar, tutduqlarını buraxmaq istəmirlər. Bu təşkilatlar belə yanaşmalar sərgiləməklə müəyyən mənada öz iradələrinin həyata keçməsini istəyirlər. Bunların işi bundan ibarətdir. Onların Azərbaycana münasibətləri məlumdur və həmişə çalışırlar ki, Azərbaycana aid qanun layihələrinə əsassız iradlar tutsunlar. Bilirsiz ki, bu iradları əvvəlcədən o təşkilatlara çatdıran adamlar var, onlar başdan bu layihəyə irad bildiriblər, onda hansısa nösanlar axtarıblar. Ona görə də, bəzi beynəlxalq təşkilatlar tərəfindən belə iradlar tutulacağı gözlənilən idi. Bu  “iradları” göstərməklə belə rəy yaratmaq istəyirlər ki, bunlar Azərbaycanda işləyirlər. Bəzi Avropa təşkilatları çalışır ki, Azərbaycan mətbuatına aid qanunvericilikdə onların da fikirləri nəzərə alınsın”.

Ş.Ağayev qeyd etdi ki, həm də Azərbaycanda  müəyyən insanlar var ki, onlar da davamlı olaraq qanun layihəsini heç bir əsas olmadan tənqid edirlər, məqsələri öz fikirlərini layihəyə daxil etməkdir. “Agentliyin əsasalı izahlarına baxmayaraq beynəlxalq təşkilatlar öz qərəzlərindən əl çəkmək istəmirlər, bu da o qurumların məqsədini göstərir. Onların əsas məqsədlərindən biri odur ki, öz istədiklərini qəbul etdirsinlər, bununla da gələcəkdə müəyyən sahədə nəzarəti əllərində saxlasınlar. Məqsədlərinə çata bilmədikləri üçün də bu cür mövqe göstərirlər” - deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ