şənbə günü, 14 noyabr 2026
     

Ermənistan ordusunun qalıqları da sürətlə dağılır...

Image


İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən darmadağın edilən Ermənistan ordusunun qalıqları yenə nizamnamədənkənar hərəkətlərin, “dedovşına”nın və digər qanunsuzluqların nəticəsində ciddi problemlər yaşamaqdadır. Bunu Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi də təsdiq edir.

Qurum qeyd edir ki, bu il fevralın 1-də Qafandakı hərbi hissələrdən birinin hərbi qulluqçusu ona qarşı tətbiq edilmiş davamlı və cəzasını almayan insan ləyaqətini alçaldan hərəkətlər - döyülmə, zorakılıq halları, qidadan məhrum etmək və başqa neqativ hallar səbəbindən hərbi hissənin ərazisini tərk edərək naməlum istiqamətdə qaçıb və gizlənib. Qeyd olunub ki, milliyyətcə yezidi kürdü olan gənc əsgərin nənəsinin sözlərinə görə, nəvəsi meşədə bir gün qaldıqdan sonra zəng vurub və harada olduğunu deyib. Bəyanatda bu xüsusda bildirilib: “Hərbi qulluqçunun babasının KİV-ə bildirdiyi məlumatlara görə, onun nəvəsindən başqa, daha bir yezidi əsgər hərbi hissənin zabitləri tərəfindən təzyiqə məruz qalıb. Yeməkxanaya, əsgər yataqxanasına girməyə icazə verilməyib, əsgərlər qışın bu soyuq havasında uzun müddət çöldə qalmalı olublar”. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi qeyd edir ki, Ermənistan Silahlı Qüvvələrində zabitlər və xidmət yoldaşları tərəfindən hərbi qulluqçulara qarşı işgəncə və zorakılıq halları nadir hal deyil. Ermənistan mətbuatı bu fonda yazır ki, ölkədə daha iki hərbçi qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxıb. Qeyd edilir ki, onlardan biri Vayotsdzor Qladzor icmasının sakini, müqaviləli hərbçi, 33 yaşlı Vahe Manukyandır. Vahe Manukyan 2021-ci ilin 12 noyabrından axtarışdadır. Hərbçi həyat yoldaşı ilə telefon danışığı zamanı yoxa çıxıb. Onun itkin düşməsi faktı üzrə 10 gün sonra mövqeni icazəsiz tərk etməsi maddəsi ilə cinayət işi açılıb. Yerli KİV vurğulayıb ki, hərbi polisin belə məlumatları haradan əldə etdiyi, hərbi polis əməkdaşlarının ailəyə hansı əsasla Vahenin fərari kimi qaçması barədə məlumat verməsi məlum deyil, çünki bununla bağlı şahid və müvafiq ifadə yoxdur. Üstəlik, Vahenin yoxa çıxma şəraiti, xüsusən Müdafiə Nazirliyinin onun xidmət müddətinin uzadılması ilə bağlı açıqlaması, habelə digər iddialar fonunda şübhəlidir. Qeyd edilir ki, eyni mövqedə daha bir əsgər, 19 yaşlı Narek Mkrtçyan da itkin düşüb. Onun barəsində də eyni əsasda cinayət işi başlanıb. Uzun müddət davam edən istintaq zamanı Narekin cinayət işində heç bir şübhəli və digər təqsirləndirilən şəxslər iştirak etməyib, ittiham yalnız itkin düşən hərbçiyə qarşı irəli sürülüb.

Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan isə ordu ilə bağlı başqa bir məqama diqqət çəkib. O qeyd edir ki, Azərbaycanın qaytardığı erməni hərbi əsirlərlə ölkəsində çox pis rəftar edilir: “Həbsdə saxlanılan zabitlərlə görüşmək üçün “Nubaraşen” cəzaçəkmə müəssisəsinə getmişdim. Müxtəlif mərhələlərdə, müxtəlif günlərdə 44 günlük müharibə, Çaylaqqala və Köhnə Tağlar kəndləri, eləcə də16 noyabr 2021-ci il hadisələri işi üzrə adı hallanan çoxlu sayda hərbçilərlə görüşdüm. Təbii ki, müxtəlif işlər üzrə adı hallanan hərbçilərin heç bir səhvə yol vermədiyini iddia edə bilmərəm, lakin hər bir işə fərdi yanaşmaq lazımdır. Ancaq böyük bir amma var, cinayət işləri üzrə hakimiyyətin yaratdığı bardaqxana, fəaliyyətsizlik, pərdəarxası razılaşmalar, orduda yaranan böhran, hərbçilərin hədəfə alınması nəzərə alınmayıb”.

Ermənistanın “Beşinci kanal”ında ötən il noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər istiqamətində Azərbaycan ordusu tərəfindən təxribatın qarşısının alınması zamanı əsir düşən erməni əsgərə həsr olunmuş reportaj da düşmən silahlı qüvvələrində hansı xaotik durumun hökm sürdüyünü əyani surətdə nümayiş etdirir. Burada qeyd edilir ki, İkinci Qarabağ müharibəsi artıq tarixə çevrilib: “Amma bu müharibə əsirlik həyatı yaşayan, sağ qalan və öz vətənində cəhənnəmə düşmüş erməni hərbçiləri üçün bitməyib. 2021-ci il noyabrın 26-da Bakı iki əsgəri İrəvana qaytardı. Onlardan biri də əsgər Aren Aramyan olub. Onun vəkili Ara Karapetyanın “Beşinci Kanal”a verdiyi məlumata görə, A.Aramyan Ermənistana qaytarıldıqdan dərhal sonra həbs edilib. Toqquşma zamanı əsgər A.Aramyan ayağından yaralanıb, erməni əsgər Bakıda müalicə olunub. Lakin İrəvana qayıdandan sonra A.Aramyan reabilitasiya keçmək əvəzinə saxlanılaraq həbsxana kamerasına salınıb: “Aren mənəvi cəhətdən sarsılıb. İrəvana gəldikdən sonra o müalicə kursu keçib, lakin 2021-ci il dekabrın 6-da saxlanılıb və həbs edilib. Bütün bu müddət ərzində Aren dəfələrlə bir təcridxanadan digərinə aparılıb. Baxmayaraq ki, həkimlərin verdiyi rəyə görə, onun zədəli ayağı ən azı bir ay hərəkətsiz qalmalıdır. Onunla amansızcasına rəftar edilir, belə olan halda onu ömürlük əlillik həyatı gözləyir. Bu gün onu o zaman ölmədiyi üçün ittiham edirlər”. Aren Aramyanın yaxınları bildiriblər ki, o, əsir düşəndən sonra əvvəlcə Gəncəyə, oradan isə Bakıya aparılıb. Onların sözlərinə görə, Azərbaycan tərəfi A.Aramyana qarşı humanistlik nümayiş etdirsə də, Ermənistan hakimiyyəti onunla amansız davranır”.

Ermənistan telekanalında yayımlanan reportajda ​​bu xüsusda daha sonar deyilir: “Axı Aramyanın məhkəməsiz və istintaqsız həbs edilməsini və ona qarşı qeyri-insani ittihamların irəli sürülməsini başqa necə izah etmək olar?”. Jurnalistlərə danışan erməni əsgərin anası deyib: “Aren ayağından yaralanıb, mühasirədə olarkən əsir düşməmək üçün özünü güllələmək istəyib. Lakin Azərbaycan əsgəri buna imkan verməyib. Beləliklə, o, Bakıya aparılıb. Orada xəstəxanada necə yaxşı münasibət göstərildiyini, müalicə edildiyindən danışanda, mən sadəcə olaraq təəccüblənirəm - doğrudanmı belə olur? Axı o, Azərbaycanda gördüyü diqqəti öz vətənində görmür. Azərbaycan prezidenti İlham Əliyev deyirdi ki, onun azad etdiyi erməni əsgərlər öz ölkələrində həbsə salınır və işgəncələrə məruz qalır”. Arenin səhhəti həbsxanada sürətlə pisləşir. Azərbaycanda müalicə edilən oğlum Ermənistanda şikəst edilir”. Bu fonda hərbi ekspert Van Hambarsumyan qeyd edir ki, erməni cəmiyyəti artıq hərbi-siyasi rəhbərliyə inanmır. Bu halda yeni müharibə risqinin Ermənistan üçün ölümcül nəticələnəcəyini ifadə edən hərbi ekspert bu proqnoz üçün əsas kimi İkinci Qarabağ müharibəsinin yaratdığı real mənzərəni təsvir edir: “Ötən müharibədə Ermənistan Silahlı Qüvvələri elə itkilər verib ki, döyüş qabiliyyətindən söhbət gedə bilməz. Bundan başqa, xüsusilə hərbi çağırış yaşında övladları olanlar arasında ciddi mühacirət var”. Açıqlamasını Azərbaycan ordusunda intensiv modernləşmə və yeni hərbi birləşmələrin yaradılması barədə fikirlərlə davam etdirən Van Hambarsumyan bədbinliyə əsas verən bu faktorları göstərir: “Azərbaycan öz ordusunu ən yaxşı hərbi texnika ilə təchiz etməkdə davam edir, Ermənistan hakimiyyəti isə ancaq mükafat paylamaqla məşğuldur”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ