şənbə günü, 14 noyabr 2026
     

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fevralın ortalarında baş verə bilər...

Image


Ukrayna ətrafında hadisələrin inkişaf axarı getdikcə daha maraqlı xarakter almağa başlayır. Rusiyanın Ukrayna ilə sərhəddə yeni qüvvələr cəmləşdirməsi fonunda Kremlin bu ölkəyə müdaxilə ehtimalı yüksəlib. Amma hələ də Rusiyanın dəqiq niyyəti bəlli deyil.

“The Financial Times” qəzetinin yazdığına əsasən, Kreml Ukraynaya gözlənilən müdaxilə ərəfəsində Qərbə xəbərdarlıq etmək üçün “nüvə dəyənəyini” də istifadə etmək niyyətindədir. Belə ki, Rusiya özünün strateji nüvə qüvvələrinin hər il keçirilən təlimlərinin vaxtını bu il dəyişdirib və həmin təlimləri fevral ayına təyin edib. Nüvə qüvvələrinin manevrləri NATO və ABŞ-a Moskva Ukraynaya hücum edəcəyi təqdirdə situasiyaya qarışmamaq barədə xəbərdarlıq qismində istifadə ediləcək. ABŞ Silahlı Qüvvələrinin Birləşmiş qərargah rəisləri komitəsinin sədri, general Mark Milli və ABŞ kəşfiyyatının rəhbəri Evril Heyns bildirir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fevralın ortalarında başlaya bilər. Bir qayda olaraq, Rusiya qitələrarası ballistik nüvə raketlərini tətbiq etməklə nüvə qüvvələrinin təlimlərini payızda keçirir. Amma bu il təlimlər fevral ayına keçirilib. ABŞ hesab edir ki, Rusiya prezidenti Vladimir Putin bu yolla “əzələ oynadır”, ABŞ-ı və Şimali Atlantika alyansını xəbərdar edir ki, Ukrayna ətrafındakı situasiyaya qarışmaq niyyətinə düşməsinlər. Qəzetin yazdığına görə, bu arada Rusiya Ukayna sərhədləri boyu qoşun cəmləşdirməyi də davam etdirir. ABŞ kəşfiyyatına istinad edən digər nəşrlər yazır ki, Ukrayna ilə sərhədə cəmləşdirilən batalyon taktiki qruplarının sayı 83-ə çatıb. Halbuki, bir həftə əvvəl bu say 60-a yaxın olub. Daha 14 qrupun isə yolda olduğu bildirilir. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan "Fox News"a verdiyi müsahibəsində bildirib ki, Rusiya Ukraynanı günlər və ya həftələr ərzində işğal edə bilər: “Biz pəncərənin qarşısındayıq. İstənilən gün Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlaya bilər, ya da bu bir neçə həftə ərzində baş verə bilər, ya da bunun əvəzinə Rusiya diplomatik yolu seçə bilər”. O daha sonra bildirib ki, Rusiyanın istənilən mümkün hərəkəti Ukraynanın Donbas bölgəsinin ilhaqı, kiberhücumlar və ya Ukraynaya genişmiqyaslı müdaxiləni əhatə edə bilər.

Bu arada ABŞ Rusiyanın mümkün müdaxiləsi fonunda Almaniya və Şərqi Avropaya 3000 əlavə əsgər göndərdiyini elan edib. Sallivan bununla ilgili qeyd edib ki, ABŞ Ukraynada müharibəyə başlamaq və ya Rusiya ilə müharibə aparmaq üçün qoşun göndərmir. Qeyd edib ki, qoşunların yerləşdirməsi ehtiyat tədbiri və müdafiə xarakteri daşıyır. Buna əsas səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxilə üçün lazım olan qüvvə və vasitələrin təxminən 70 faizini sərhədlərə doğru çəkməsidir. “Washington Post" qəzeti bu xüsusda yazır:  “Amerika kəşfiyyat mənbələrinin məlumatına görə, Ukrayna ilə sərhədə cəmləşdirilən batalyon taktiki qruplarının sayı 83-ə çatıb. Cəmi bir həftə əvvəl bu say 60-a yaxın olub. Daha 14 qrupun isə yolda olduğu bildirilir. Batalyon taktiki qruplarının ümumi sayına “Müttəfiqlərin qətiyyəti” təlimində iştirak etmək üçün Belarusa yollanan Rusiya hərbçilərinin daxil olub-olmadığı aydın deyil. Bir batalyon taktiki qrupunda 750 hərbçi olur. İlhaq edilmiş Krımdakı hərbçilərlə bir yerdə Ukrayna sərhədində yerləşdirilən Rusiya hərbçilərinin sayının 100-130 min nəfər olduğu bildirilir. Fevralın 15-ə doğru ağır hərbi texnikanın yoldan kənarda hərəkət edə bilməsi üçün yer kifayət qədər donmuş olacaq, bu, işğalı asanlaşdıran şərtlərdən biri adlanır. Hava şəraiti baxımından təhlükə martın sonuna kimi davam edəcək. “Reuters” agentliyi isə, ABŞ rəsmilərinə istinad edərək, genişmiqyaslı işğal halında mümkün itkilər barədə maraqlı məlumat paylaşıb.  Bu hesablamalara görə, Ukrayna hərbçiləri arasında itkilər 5-25 min arası, Rusiya hərbçiləri arasında 3-10 min, mülki şəxslər arasında 25-50 min ola bilər. Bundan əlavə, işğalın Avropa İttifaqı ölkələrində 5 milyona qədər qaçqının didərgin düşməsinə səbəb ola biləcəyi iddia edilir. Bundan başqa, mümkün hərbi kampaniyanın gedişatının qiymətləndirilməsindən də bəhs edilir. İddia olunur ki, rus hərbçilərinin Kiyevə daxil olması üçün cəmi 2 gün lazım ola bilər, lakin bu şəhərin ələ keçirilməsi çoxsaylı itkilərlə müşayiət olunacaq. “Fox News" ABŞ Silahlı Qüvvələrinin Birləşmiş qərargah rəisləri komitəsinin sədri, general Mark Millinin konqresmenlər qarşısında bu yaxınlarda etdiyi şəxsi çıxışı ilə tanış olan konqresdəki mənbələrə istinadən iddia edir ki, Kiyev 72 saat ərzində tutula bilər. Rusiya isə Ukraynanı işğal etmək planının olmadığını bildirir və belə bir təhlükə barədə yazıb-yaradan Qərb siyasətçilərini və medianı tənqid edir. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski isə son yazılanları dəlilik və təşviş adlandırıb. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Moskvanın belə niyyəti yoxdur: “Rusiya heç kimə hücum etməyə hazırlaşmır, bu bizim maraqlarımıza cavab vermir və sərfəli deyil”. O, Ukraynaya qarşı gözlənilən Rusiya təcavüzü barədə deyilənləri boş söhbət və illüziya adlandırıb.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ