şənbə günü, 14 noyabr 2026
     

Ermənilərə Laçından yeni yol verilir, Laçın şəhəri tam qaytarılır...

Image


Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qalan ermənilər  ya tezliklə Azərbaycanın yurisdiksiyası altında yaşamalı olacaq, ya da qısa müddətdə buranı tərk edəcəklər. Hadisələrin indiki inkişaf axarı fonunda bunu ermənilər özləri də etiraf edir. Xüsusən də Azərbaycanın Qarabağı Ermənistanla birləşdirəcək avtomobil yolunun tikintisinə başlaması və prosesin yekunlaşma mərhələsinə yaxınlığı fonunda ermənilərin narahatlığının daha da artması müşahidə edilir.

Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ətrafındakı erməni icmalarının rəhbərləri bildirir ki, hadisələrin gedişatı heç də onların lehinə deyil. Ermənilərin “Hin Şen” adlandırdıqları Kiçik Qaladərəsindəki icmanın başçısı Samvel Sarkisyan müxbirlərə açıqlamasında qeyd edir: “Artıq səkkiz aydır ki, işləyirlər. Erməni tərəfi harda yatıb? Bütün dünyadan qəzəbliyəm”. “Azatutyun” radiosu deyir ki, bu, yerli ermənilər üçün çox ağrılı mövzudur: “Birincisi, bu o deməkdir ki, Azərbaycan tərəfi Laçını azərbaycanlı şəhəri etməyə tələsir. Hazırda Qarabağdan Ermənistana gedən yeganə yol bu şəhərdən keçir. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına görə, üç il ərzində Laçın dəhlizi boyunca yeni marşrutun layihəsi təsdiq olunmalıdır”. Həmin yolda da Rusiya sülhməramlıları yerləşdirilməlidir. Yeni yol Böyük Qaladərəsi və Kiçik Qaladarəsi kəndlərinin ərazisindən keçməlidir. Ermənilərin “Mets Şen” (Böyük Qaladərəsi) və “Hin Şen” (Kiçik Qaladərəsi) adlandırdıqları bu iki kənd Azərbaycanın Şuşa rayonuna aiddir. Böyük Qaladərəsindəki icmanın başçısı David Davtyan da təsdiq edir ki, azərbaycanlılar hazırda fəal işləyirlər: “İşə çoxdan başlayıblar, bir müddət, bilmirəm niyə, nə ilə əlaqədar işi dayandırdılar. Bir aydan çox heç bir iş görmədilər, indi yenidən başlayıblar”. Davtyanın sözlərinə görə, yeni marşrut belədir: “İrəvandan Qarabağa getmək üçün Laçın və Şuşanın bəzi ərazilərindən yan keçirsən. Zəngəzurdakı  Teğdən Laçına yox, Kornidzora gedirsən. Burdan Kiçik Qaladərəsi, Böyük Qaladərsi kəndlərindən Qarabağa daxil olursan, Salatınkənd, və Turşsu meşələrindən keçib Xankəndiyə çatırsan. Deməli, Şuşa altındakı yolu da verəcəyik. Meşəlikdən keçib Turşsuya çıxan təzə yol salınmalıdır. Sonra o yol bizim kəndlərimizdən keçib Kornidzora çıxacaq”.

Davtyanın dediyinə görə, ilkin xəritədə yol kəndlərin içindən keçirmiş, amma onlar Rusiya tərəfinə narazılıqlarını bildiriblər: “Kəndin yarısını, kilsəni sökməyi planlaşdırırdılar. Biz təklif etdik ki, yol kəndə girməsin, kəndin aşağısından keçsin. Biz danışıqları ruslarla aparırdıq. Ruslar dedilər ki, məsələni müzakirəyə çıxaracaqlar. Görək nəsə dəyişiklik etmək olacaqmı?”. Kiçik Qaladərəsinin sakini Karen Barseqyan bildirir ki, öz həyətində oturanda Azərbaycan bayrağını görür: “Onlar bizim evdən 200-300 metr yüksəkdə otururlar. Onların bayrağı dalğalanır. Orda 30-40 nəfər var. Hazırda biz tam mühasirədəyik”.

Məlumata əsasən,  Həkəri çayı və Laçın dəhlizinin alternativ yolu üstündən körpünün tikintisinə artıq başlanıb. Bundan bir neçə gün əvvəl Azərbaycanın bir hərbi eksperti internetdəki saytında bu körpünün tikintisini əks etdirən foto dərc etmişdi. “Azatutyun” qeyd edir ki, üçtərəfli bəyanatın imzalanmasından bir aydan da az vaxt keçəndə Azərbaycan prezidenti İlham Əliyev artıq Laçın dəhlizini əvəz edəcək yolun çəkiləcəyini bəyan etmişdi: “...Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”. “Azatutyun” yazır ki, Azərbaycan, hələ ki, hazırda tikilən yolun Laçın dəhlizinə alternativ yol olması barədə rəsmi açıqlama verməyib. Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova da bu suala cavab verməyib. O deyib ki, hazırda tikilən hər hansı yol barədə məlumatı yoxdur.  Azərbaycan tərəfinin tikdiyi yol barədə separatçılar da şərh verməyiblər. Separatçıların tikinti işlərinə məsul şəxsi – Aram Sarkisyan deyib ki, hələ ki, məsləhətləşmələr gedir və erməni tərəfi heç bir tikinti işinə başlamayıb. Amma baş verənlərdən Qarabağdakı erməni icmaları narahatdır. Bu yolun onların kəndlərindən keçməsi heç ürəklərindən deyil. Onlar deyirlər ki, Laçın şəhəri yenidən Azərbaycanın olsa, buradakı bir neçə erməni kəndi də boşalacaq. Böyük Qaladərəsində yaşayan erməni icmasının rəhbəri deyir: “Onlar bu şəhəri məskunlaşdırsalar, bizim kəndə çox yaxın olacaqlar. Yaşamaq çox çətin olacaq”. Bildirilir ki, yolun Böyük və Kiçik Qaladərəsi kəndlərindən keçən hissəsini də Azərbaycan inşaatçıları tikəcək. Məlumatlara görə, Laçın dəhlizinin yeni marşrutu ermənilər üçün mövcud yolla müqayisədə daha əlverişsizdir.

Bir daha xatırladaq ki, 2020-ci ilin 10 noyabrında Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatda Laçın dəhlizinə alternativ yolun çəkilməsi nəzərdə tutulur. Bəyanatın 6-cı bəndinə əsasən, üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün plan müəyyən ediləcək və bu xətti qorumaq Rusiya sülhməramlı kontingentinə yenidən tapşırılacaq. Azərbaycan bu yolun çəkilişini nəzərdə tutulandan tez icra edir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ