Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan daha 8 erməni hərbçisini Ermənistana təhvil verib. Bu hərbçilər 2021-ci ilin noyabrın 16-da Kəlbəcərdə təxribat törədərək Azərbaycan ordusunun əlinə keçiblər.
Məlumata görə, 8 hərbçinin əvəzinə Ermənistan 1-ci Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş, habelə kütləvi məzarlıqlarda dəfn edilmiş azərbaycanlılar barədə məlumatları Azərbaycana vermək öhdəliyi götürüb. Ramil Quliyev