Rusiyanın Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların bu ilin yanvar ayı üçün fəaliyyətləri barədə hesabat yayıb. Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış hesabatda diqqətçəkici məqamlar var. Dostlar, siz də baxın.
Əvvəla, hesabatda dəfələrlə "Dağlıq Qarabağ" termini işlədilir ki, bu da müharibədən sonra Azərbaycanın yaratdığı reallıqları inkar etmək deməkdir. Belə ki, keçmiş "DQMV" ləğv edilmiş və Azərbaycan Prezidentinin sərəncamı ilə "Qarabağ" və "Şərqi Zəngəzur" iqtisadi zonaları yaradılıb. Azərbaycan Prezidenti dövlətimizin adından keçmiş Dağlıq Qarabağın inzibati sərhədlərinin ləğv edildiyini rəsmən bəyan edib.
İkinci, hesabatın əhatə etdiyi fəaliyyət istiqamətləri göstərir ki, sülhməramlılar olduqları ərazidə yalnız erməni maraqlarının müdafiə zərurəti çərçivəsində fəaliyyət göstərir. Belə ki, humanitar yüklərin daşınması, təmas xətləri boyunca patrul xidmətinin göstərilməsi, minalardan təmizlənmə, humanitar aktların həyata keçirilməsi kimi əsas istiqamətlər üzrə fəaliyyətlərdən söhbət açılır.
Bu sayaq fəaliyyətlərin Azərbaycan əhalisinə, bizim nəzarətimizdəki ərazilərə birbaşa faydası isə yoxdur.
Aydın QULİYEV