şənbə günü, 14 noyabr 2026
     

"Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinin davam etdirilməsi Azərbaycanın növbəti diplomatik uğurudur" - Vüqar Rəhimzadə

Image


“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə yeni reallıqlar yaradan və son bir ildən artıq dövrdə bu reallıqların təsdiqi, dünya tərəfindən qəbulu istiqamətində uğurlu nəticələr əldə edərək  region və dünya siyasətində  dəyişikliklərə yol açan Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi, rolunun artması təqdir olunur, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəflər böyük dəstək qazanır.

Fevralın 4-də Fransa  Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan  Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın  baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən  görüş  bu reallıqlara bir daha işıq saldı.  Görüşdə  Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan  Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə  ötən il  dekabrın 14-də Brüsseldə keçirilmiş görüşün əhəmiyyəti vurğulanmışdır. Qeyd edək ki, həmin görüş Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində həyata keçirilmişdir. Dövlət başçısı İlham Əliyevin Sammit çərçivəsində keçirdiyi digər  iki və üçtərəfli görüşlərdə, o cümlədən  NATO-nun Baş katibi Yens Stoltenberqlə, Avropa İttifaqı Şurasının  Prezidenti Şarl Mişellə danışıqlarında ölkəmizin dünyada möhkəmlənən mövqeyinin yüksək dəyərləndirilməsi, qlobal təşəbbüslərinin dəstəklənməsi Azərbaycanın haqq-ədalət işinə beynəlxalq səviyyədə göstərilən etimad kimi dəyərləndirildi.  Şarl Mişelin, Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın arasında keçirilən üçtərəfli görüşün nəticələrinə dair Bəyanatda Cənubi Qafqazda sülhün bərqərar olması, regionda kommunikasiya infrastrukturunun yaradılması, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycanın təşəbbüslərinin və təkliflərinin dəstəklənməsi, dəmir yolu xəttinin çəkilməsinə xüsusi diqqət göstərilməsi Prezident İlham Əliyevin siyasi iradəsinə, qətiyyətinə verilən dəyər kimi önə çəkildi. Görüşlərdə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinin yaratdığı acı nəticələrdən bəhs edən Prezident İlham Əliyevin söylədiyi faktların  qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın acizliyi dünya güclərinin diqqətindən kənarda qalmadı və bir daha sübut olundu ki,  Azərbaycan nəinki döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində, diplomatik müstəvidə də qalibdir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə  bu xatırlatmanı da edib ki, Şərq Tərəfdaşlığının Sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-formal görüşü keçirilmişdir:  “Həmin görüşdən sonra Fransa Prezienti “Facebook” hesabında  Azərbaycan dilində etdiyi paylaşımında bildirmişdir ki, biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Fransa Prezidentinin fevralın 4-də keçirilən videoformatda görüşə ATƏT-in Minsk qrupunun  həmsədri kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi qatılması da artıq postmünaqişə dövrününün reallıqlarını qəbul etdiyinin təsdiqidir. Sirr deyil ki, Fransa daim ermənipərəst mövqeyi, işğalçı Ermənistana dəstəyi ilə diqqətdə olan ölkə olub. İstər 30 illik işğal dövründə, istərsə də Vətən müharibəsinin davam etdiyi günlərdə Fransanın  yürütdüyü  siyasətə, səsləndirdiyi bəyanatlara diqqət yetirsək daim özünə qarşı etimadsızlıq mühitini yaratdığını görərik. Artıq bugünədək keçirilən Moskva, Soşi, Brüssel görüşlərinin, həmçinin fevralın 4-də keçirilən videoformatda görüşün birgə Bəyanatına diqqət yetirsək  Minsk Qrupuna istinadın olmadığını görərik. Sənədlərdə həmçinin Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadə də yoxdur. Bu, bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının təsdiqidir. Son görüşün Bəyanatı da bu reallığın növbəti nüminəsidir. Fransa ATƏT-in Minsk qrupunun  həmsədri  olaraq bu reallığı qəbul edir. 30 illik işğal dövründə vasitəşilik missiyasının mahiyyətini dərk etməyən, ikili standartlara əsaslanan siyasəti ilə münaqişənin həllinin uzanmasına yardımçı olan ATƏT-in Mİnsk qrupunun fəaliyyəti artıq başa çatıb. Azərbaycan özü ədaləti bərpa etdi, BMT qətnamələrini təkbaşına icra etdi, işğalçıya yerini göstərdi. 28 illik fəaliyyəti dövründə işğalçını adı ilə çağırmaq istəməyən, amma münaqişənin həllinə vasitəçilikdən danışan quruma hazırkı dövrdə-işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin geniş vüsət aldığı mərhələdə ehtiyac yoxdur. Keçirilən görüşlərin Bəyanatları da bu reallığın nümayişidir.”

    Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinin  davam etdiyini  önə çəkən YAP Xətai rayon təşkilatının sədri  bildirib ki, bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər təşkil edir. Qeyd edilən məsələlər ətrafında müzakirələr  postmünaqişə dövrünün reallıqlarının həm Ermənistan, həm də dünya gücləri tərəfindən qəbul olunduğunu və davamlı sülhün təmin edilməsi prosesinə dəstək göstərməyə hazır olduqlarını təsdiqləyir.

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyev müzakirə olunan məsələlərlə bağlı  Azərbaycanın mövqeyini bir daha vurğulayaraq Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması kimi məsələləri xüsusi diqqətdə saxladı: “Ölkə Prezidenti  Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini növbəti dəfə xüsusi diqqətə çatdırdı. Bu fakt da diqqətə çatdırıldı ki,  Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.”

“Postmünaqişə dövrünün reallıqları fonunda keçirilən hər bir görüşün sonunda qəbul olunan sənəd  siyasətində ədalətə və beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verən, ən əsası 44 günlük İkinci Qarabağ münaqişəsi dövründə dünyaya bu məfhumların mövcudluğunu sübut edən Azərbaycanın sözünün nə qədər dəyərli olduğunu, irəli sürdüyü təşəbbüslərin böyük dəstək qazandığını özündə ehtiva edir. Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır. Bölgədə daimi sülhün, təhlükəsizliyin təmin olunması ilə yeni əməkdaşlıq formatlarının reallığa çevrilməsi imkanları da genişlənəcək. Kommunikasiyaların açılması əlaqələrin inkişafına, iqtisadi tərəqqiyə böyük dəstək olacaq. Dövlət başçısı İlham Əliyevin çıxışlarında səsləndirdiyi “Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur” bəyanatında da bu çağırışlar özünü aydın şəkildə göstərir ki,  Ermənistan reallıqları qəbul etməli, bölgə dövlətləri arasında münasibətlər bu reallıqlar əsasında qurulmalıdır”,- deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ