şənbə günü, 14 noyabr 2026
     

UNESCO Ermənistanda məhv edilmiş abidələrimizdən yan keçə bilməyəcək - Əliyevin daha bir razılaşması...

Image


Rizvan Hüseynov: “Fikrimcə, Azərbaycan tərəfi iki ciddi məsələyə nail olub”
Faiq Ələkbərli: “Azərbaycanın təşəbbüsü ilə bu barədə razılığın əldə edilməsi bizim xeyrimizədir”

UNESCO-nun Azərbaycan və Ermənistana missiyası göndəriləcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə razılıq əldə olunub.

Görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib.

Təbii ki, UNESCO Azərbaycana missiya göndərməlidir, bəs Ermənistana niyə göndərir? Bu missiya Ermənistanda nəyi araşdıracaq? Ermənistanda məhv edilmiş Azərbaycan abidələrinin taleyi ilə baglı araşdırma aparıla bilərmi?

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseyov baki-xeber.com-a bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüş çoxlu məsələlərə nöqtə qoymasa da, yəqin aydınlıq gətirib: “Azərbaycan üçün strateji olan məsələlərdən biri bizim ərazilərimizə UNESCO-nun missiyasının göndərilməsidir. Çünki biz neçə illərdir cəhd göstəririk, amma buna hələ nail ola bilməmişik. İşğal dönəmində missiya gəlib, amma nəticə etibarı ilə heç bir təsiri olmayıb. Fikrimcə, Azərbaycan tərəfi iki ciddi məsələyə nail olub. Qarabağa göndərilən UNESCO missiyası Ermənistanın, Nikol Paşinyanın istədiyi kimi İrəvandan gəlməyəcək. Yəni Ermənistanın məqsədi bu idi ki, UNESCO-nun missiyası İrəvana gəlsin, Ermənistan ərazisində monitorinq aparsın və sonra da Laçın dəhlizi vasitəsilə Qarabağa getsin, orada  da ikitərəfli monitorinq aparsın. Yəni Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərində Azərbaycan irsini və yalançı erməni “irsini” araşdırsın. Amma Azərbaycan prinsipial olaraq bu məsələdə nəyə nail olub? UNESCO-nun missiyası Bakıdan gələcək. Yəni Bakıdan Qarabağa gedəcək və Ermənistanın buna heç bir qatqısı yoxdur. Beynəlxalq hüquq baxımından da yəqin Azərbaycan Prezidenti İlham Əliyev videoformatda keçirilən görüşdə onlara bunu çox gözəl izah edib ki, Ermənistanın nə hüququ, haqqı var ki, başqa ölkənin ərazisində hansısa məsələlərə, kiminsə yaşayışına, vəziyyətinə müdaxilə etsin. Biz hüquqi suveren dövlətik Ermənistanın nə gücü, nə də mexanizmləri yoxdur ki, bu məsələdə nəyisə tələb etsin”.

R.Hüseynova görə, ikinci ən mühüm məsələ odur ki, Ermənistanın özünə gələn UNESCO missiyası qədimdən burada yaşayan və sonradan ermənilər tərəfindən qovulan azərbaycanlı əhalinin taleyini, Azərbaycan mədəniyyətinin, memarlıq incilərinin kəndlərinin, yaşayış məskənlərinin qalıqlarını (qalıbsa - R.H) araşdırmalıdır: “Faktiki olaraq birinci dəfədir ki, Azərbaycan bu məsələdə böyük uğur əldə edir. Dədələr-babalar, bizim keçmiş nəsillər əsirlər boyu indiki Ermənistan ərazisində yaşayıb və böyük mədəniyyət yaradıblar, böyük şəhərlər, kəndlər qurublar, orada böyük tarix yazıblar, ancaq təəssüflər olsun ki, vaxtilə ortada azərbaycanlılara qarşı həm qırğınlar törədilib, həm də onlar deportasiya edilib, qovulub. 200 il ərzində Ermənistanda azərbaycanlıların sayı sıfıra düşüb”.

R.Hüseynov qeyd edir ki, İrəvanın timsalında abidələr, məscidlər, türbələr, karvansaralar dağıdılıb, məhv edilib. Ekspert deyir ki, bizim indiki Ermənistan ərazisində çox böyük mədəni irsimiz olub, indi onların çox məhv edilib, qalanlarının isə mahiyyəti saxtalaşdırılıb, dəyişdirilib: “UNESCO-nun missiyası ilk dəfədir ki, Ermənistan ərazisində bu məsələ ilə bağlı monitorinq apara bilər. Ona görə də, dediyim kimi iki məsələdə Azərbaycanın qalibiyyəti göz qabağındadır. Birincisi,  UNESCO-nun missiyası Qarabağa Azərbaycanın paytaxtından gedəcək, ikincisi isə UNESCO-nun missiyası Ermənistanda olacaq və həmçinin də dağıdılmış, məhv olmuş Azərbaycan irsini araşdıracaq”.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, siyasi şərhçi Faiq Ələkbərli də bildirdi ki, videoformatda keçirilən sözügedən görüşdə UNESCO-nun həm Azərbaycana, həm də Ermənistana missiya göndərməsi məsələsində razılığa gəlinməsinə təbii yanaşmaq lazımdır. “Burada bizim üçün narahat olacaq heç bir məsələ yoxdur. Bundan Ermənistan narahat olsun. Çünki Azərbaycanın hər zaman UNESCO kimi təşkilatlara qapısı açıq olub. Zatən Azərbaycan həmişə öz ərazisində mövcud olan milli, dini abidələrin qorunmasında həssas olub. Burada bütün xalqlara, dinlərə məxsus maddi-mədəniyyət, dini abidələr çox həssaslıqla qorunur. Bu gün də Azərbaycan dövləti bu məsələdə öz həssaslığını qoruyub saxlayır. Bir zamanlar Ermənistanın işğalında olan torpaqlarımızdakı abidələrimizin ermənilər tərəfindən vandalizmə, vəhşiliyə, məhv edilməyə məruz qaldığı da məlumdur. Xüsusilə məhz azərbaycanlılara məxsus abidələrin vandalizmə məruz qalması və onların çox böyük bir qisiminin dağıdılması, bir qisminin saxtalaşdırılması, bir qisminin isə qarət olunaraq Ermənistana aparılması faktdır. Biz bu halla rastlaşmışıq. Ermənistandakı Azərbaycan xalqına aid abidələrə gəlincə, oradakı abidələrimizə qarşı erməni vandalizmi özünü daha dəhşətli şəkildə biruzə verib. Haylar burada “yerli xalq” olduqlarını sübut etmək üçün ilk növbədə məhz Azərbaycan türklərinin milli mədəni abidələrinin böyük hissəsini dağıdıblar, xeyli hissəsini də təhrif ediblər, saxtalaşdırıblar. Ermənistan tərəf təhrif edə bildikləri abidələrimizi özününküləşdiriblər və bununla da öz tarixlərini “qədimləşdirməyə” çalışıblar. Təhrif edə, saxtalaşdıra bilmədikləri abidələrimizi isə tamamilə məhv ediblər. Ümid edirəm ki, UNESCO missiyası Ermənistanda olarkən Azərbaycan abidələrinin taleyi ilə daha diqqətlə maraqlanacaq. Orada Azərbaycan xalqına aid həm xristianlıq, həm də islam dövrü abidələrinin ermənilər tərəfindən məhv edildiyini biləcəklər. O abidələr nə qədər təhrif olunsa da, ən azından  onların üzərində bizim milli elementlərimiz müəyyən qədər də olsa qalmaqdadır. Kiçik, lakin obyektiv bir tədqiqat, araşdırma aparmaqla bunu asanlıqla müəyyən etmək olar. Bu anlamda UNESCO-nun Azərbaycana və Ermənistana öz missiyasını göndərməsi Azərbaycanın nə qədər haqlı olduğunu bir daha təsdiqləmiş olacaq. Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü ilə bu barədə razılığın əldə edilməsi bizim xeyrimizədir” - deyən F.Ələkbərli hesab edir ki, həm də Ermənistanın nə qədər terrorçu, vandal bir ölkə olduğunu təsdiqləyəcək. O, qeyd edir ki, bu məsələdə həmçinin Azərbaycanın mövqeyi beynəlxalq arenada daha da güclənmiş olacaq. “Düzdür, burada işin bir tərəfində də dayanan Fransadır. Mənə elə gəlir ki, Fransa da mümkün olduğu qədər erməni vandalizminə göz yummağa çalışacaq. Ancaq nə qədər göz yumurlarsa yumsunlar həqiqət gec-tez zəfər çalacaq”-deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ