“Cənubi Qafqaz Dəmir Yolu” şirkəti (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) Azərbaycan və Ermənistan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olacaq.
Bu barədə məlumatı Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan hökumətin iclasında açıqlayıb:
“Dəmir yolunun bərpası ilə əlaqədar olaraq bizim mütəmadi ikitərəfli təmaslarımız olacaq, çünki infrastrukturun operatoru “Cənubi Qafqaz Dəmir Yolu”dur”.
Burada ciddi dəqiqləşməyə ehtiyac var. Ermənistan rəsmisinin verdiyi açıqlamadan bu qənaətə gəlirik ki, yola ümumilikdə Rusiya şirkəti nəzarər etmiş olacaq. Ermənistan tərəfi buna könüllü icazə verə bilər, ancaq yolun bizim ərazimizdən keçən hissəsinə niyə Rusiya şirkəti nəzarət etməlidir?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu layihə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək: “Eyni zamanda, Ermənistan ərazi iddialarından əl çəkərsə layihədən faydalana bilər. Ermənistan bu dəmir yolu vasitəsi ilə həm Azərbaycanla ticarət əlaqələrini genişləndirər, həm də Türkiyə qolundan istifadə edə bilər. Amma bu dəmir yolundan Rusiya və İranın səmərəli bəhrələnəcyi bir qədər mürəkkəb məsələdir. Əgər, Sovet dövründəki dəmir yolunu bir az bərpa edib, inkişaf etdircəklərsə, o qədər də effektiv olmayacaq. Müasir dəmir yolu sistemi yaradılacaqsa o halda effektiv ola bilər.
Ptezident bugünlərdə etdiyi çıxışda bildirdi ki, Zəngilan Hava Limanı bu il açılacaq. Orada da kifayət qədər iş yerləri açılacaq, o cümlədən gənclər üçün. İnfrastruktur layihələri, Zəngəzur dəhlizini nəzərdə tutub. Prezident dedi ki, biz 2023-cü ildə dəmir yolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik, avtomobil yolunun da tikintisi gedir. Bu o deməkdir ki, deyilən məsələnin bizə heç bir aidiyyəti yoxdur. Çünki biz öz ərazimizdə aparılan işləri dövlətimizin vəsaiti hesabına yerinə yetiririk. Rusiya şirkətinin dəmir yolu layihəsində iştirakı Ermənistanın enerji, nəqliyyat məsələlərində müstəqil olmaması ilə bağlıdır. Kim dəmir yolu inşa edəcək, layihəyə nə qədər sərmayə qoyulacaq - bunlar barədə düşünmək lazımdır. Ermənistanın uzun illərdir bu kimi imkanları yoxdur, enerjisi, nəqliyyatı Rusiyaya məxsusdur. Bu səbəbdən Rusiya şirkətinin prosesdə iştirak etməsi təbiidir. Yəni Ermənistanda hər hansı işin görülməsi burada Rusiya tərəfinin də iştirak etməsi anlamına gəlir. Həm də dəmir yolunun tikiləcəyi ərazi Rusiya sərhəd qoşunlarının nəzarət etdiyi ərazidən keçəcəyi üçün optimal variant bu olub. Bunun aidiyyatı yalnız Ermənistanadır”.
Məhəmmədəli QƏRİBLİ