şənbə günü, 14 noyabr 2026
     

AMEA-da etiraz bu dəfə siyasiləşir - Prezidenti bir dəfə dəstəkləməyiblər?...

Image


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş verənlər, çoxluğun Ramiz Mehdiyevi akademiya prezidenti vəzifəsindən istefa verməyə çağırması böyük ajeotaja səbəb olub. R.Mehdiyevin fəaliyyətini tənqid edib onu istefaya çağıranların həlqəsi get-gedə genişlənir.

Bəziləri birmənalı şəkildə onun istefasını tələb etsə də, bəziləri hesab edir ki, Mehdiyev ya ona yönələn bütün arqumentlərə əks arqumentlərlə cavab verməli, cavab verə bilmədiyi təqdirdə isə istefa verməlidir. Bir sözlə, AMEA-da aləm bir-birinə qarışıb, vəziyyət günü-gündən tündləşir. Ara-bir Mehdiyevin müdafiəçiləri səslənib atılan “güllələrə” cavab versələr də, əsasən tənqidçi və istefa tələbçiləri meydandadır. Mehdiyevi heç AMEA-nın Rəyasət Heyətinin üzvləri olan alimlər müdafiə etmir. Bu da yeni şübhəli söz-söhbətlər ortaya çıxarıb. Bir çox mütəxəssislər deyirlər ki, AMEA-nın Rəyasət Heyətinin üzvləri olan əksər akademiklər indiyə qədər dövləti, dövlətçiliyi, Prezidenti müdafiə etməyən adamlardır, onlar həmişə yalnız öz kreslolarını qoruyurlar.   

  • “Rəyasət Heyəti üzvlərinin böyük əksəriyyətinin bir dəfə də olsun dövləti, dövlətçiliyi, Prezidenti müdafiə etdiyini görmədim”

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov bizimlə söhbətində bildirdi ki, AMEA-da baş verənlər və AMEA-nın Rəyasət Heyətininin proseslərə səssiz qalması təəssüf doğurur. “Son günlər ölkəmizin tanınmış alimlərinin Ramiz Mehdiyevlə bağlı yazdıqılarını oxumuşam. Fikirləşirəm ki, alimlər arasında həmrəyliyin formalaşması çox müsbət haldır. Azərbaycan elminin düşdüyü acınacaqlı vəziyyət, idarəetmədəki yarıtmazlıq, bütövlükdə akademiyanın elmi mərkəzdən intriqa mərkəzinə çevirilməsi təəssüf doğurur. Akademiyada baş verənlərlə bağlı alimlərin həmfikir olması yaxşı haldır. Musa Qasımlının yazısında oxudum, o qeyd edib ki, akademiyanın ümumi yığıncağında Ramiz Mehdiyevə etimadsızlıq məsələsini qoymaq lazımdır. Amma düşünürəm ki, bu etimadsızlıq məsələsi təkcə Ramiz Mehdiyevə qarşı deyil, eyni zamanda akademiyanın Rəyasət Heyətinə qarşı da bu etimadsızlığı qoymaq lazımdır. Çünki akademiyanın Rəyasət Heyəti Kolegial qərar qəbul edən qurumdur. Biz indiyə qədər biz akademiyanın Rəyasət Heyətinin bir üzvündən Ramiz Mehdiyevin özbaşnalığına qarşı bir ifadə belə eşitməmişik. Bunlar nəyi və kimi gözləyirlər? Akademiyanın Rəyasət Heyəti, onun hər bir üzvü AMEA-da baş verənlərə cavabdehdilər. Amma bu gün Ramiz Mehdiyev orada at oynadırsa, özbaşnalıq edirsə, yaxud ondan əvvəlki prezident özbaşnalıq edibsə burada Rəyasət Heyətinin günahı da var. Necə ola bilər ki, Rəyasət Heyətinin bir nəfər üzvü belə nə mətbuatda, nə Rəyasət Heyətinin iclasında bu kimi özbaşnalıqlara qarşı hər hansı bir münasibət, mövqe ortaya qoymayıblar. Bu onu göstərir ki, onlar Ramiz Mehdiyevlə həmfikirdirlər, yaxud bunlar hardansa, kimdənsə tapşırıq, göstəriş  gözləyirlər. Akademiyanın Rəyasət Heyəti üzvlərinin ziyalı mövqeyi, müstəqil fikir söyləmək iradələri yoxdur.

Ulu öndər Heydər Əliyevin bir fikri vardı, deyirdi ki, hər bir insanın mövqeyi olmalıdır. Akademiyanın Rəyasət Heyəti mövqesizdir”.

AMEA-nın Rəyasət Heyətində təmsil olunan və dövlətin bütün imtiyazlarından istifadə edən akademiklərlərin dövlətin özünü belə müdafiə etmədiyini deyən İ.Orucovun sözlərinə görə, bu adamların indi susurlar: “Dövlət bu adamlar üçün bütün imkanlar yaradıb. Bu adamların içində heç akademik titulu daşımağa layiq olmayanlar var. Bunu demək lazımdır. İllər əvvəl gənc idim, amma o yaşımda da deyirdim ki, dövlətçiliyimi düşünməliyəm, dövlətimin, Prezidentimin yanında olmalıyam, dövlətimin maraqlarını müdafiə etməliyəm. Amma Rəyasət Heyəti üzvlərinin böyük əksəriyyətinin bir dəfə də olsun dövləti, dövlətçiliyi, Prezidenti müdafiə etdiyini görmədim.

Nəinki bu gün müdafiə etmirlər, onlar heç keçmişdə də müdafiə etməyiblər. Çox yaxşı yadımdadır ki, 2003-cü ildə dövlət çevirişinə cəhd olanda, Azadlıq meydanında, Bakının ayrı-ayrı küçələrində müxalifətin radikal qanadı dağıntılar törədəndə, bir dəfə də olsun o akademiklərin birinin də səsi çıxmadı. Bir dəfə də olsun  görmədim ki, dövləti müdafiə etsinlər, dövlətin yanında olsunlar. Amma dövlət onlar üçün hər şey edib, bu akademiklər dövlət üçün nə edirlər? Onlar çox yüksək əməkhaqqı alırlar, imtiyazları var, dövlətdən nə qədər evlər alıblar. Dövlətin elə bir imtiyazı yoxdur ki, Rəyasət Heyəti üzvlərində, bu akademiklərdə olmasın. Azərbaycan elminin rəhbərliyində təmsil olunan bu adamlar görün nə qədər mövqesizdirlər. Onlar ziyalıya yaraşmayan əqidəyə qulluq edirlər. Bu gün Ramiz Mehdiyevə əl çalırlar, dünən də Akif Əlizadəyə çalırdılar. Akif Əlizadə akademiyanın rəhbəri vəzifəsindən uzaqlaşdırılandan sonra və Mehdiyev Əlizadəni tənqid edəndə akademiklər “düz deyir” dedilər. Sabah bu mövqesiz, adını “ziyalı” qoyduğumuz, dövlətin hər cür şərait yaratdığı bu insanlar (təbii ki, bəzilərini çıxmaq şərti ilə - İ.O) sabah Azərbaycanın siyasi rəhbərliyində olan istənilən adama qarşı belə münasibət orataya qoyacaq. Çünki əqidələri yoxdur. Düşünürəm ki, AMEA-nın Rəyasət Heyəti tamamilə ləğv olunmalıdır...”

İ.Orucov qeyd etdi ki, Rəyasət Heyətində təmsil olunan adamların əksəriyyəti heç zaman Prezidentin etimadına layiq olmayıblar və elmimizin qara günə düşməsi üçün onlar əlindən gələni ediblər. “Rəyasət Heyətində təmsil olunan adamlar zamanında ən azı Azərbaycan dövlətçiliyi üçün bir təhlükə yarananda bəlli bir yaşda olublar. Onların böyük əksəriyyəti ulu öndərin dəstəyindən, onun yaratdığı imkanlardan bəhrələnərək təhsil alıblar. Hətta o zaman belə onların böyük əksəriyyəti bir dəfə də olsun dövlətlə, dövlətçiliklə bağlı məqamlarda dövləti müdafiə etməyiblər. Hər zaman tapşırıq gözləyiblər, eyni zamanda da “əsən küləyin” istiqamətini müəyyənləşdirməyə çalışıblar. Hətta ulu öndərin zamanında onun tərəfdarı, müdafiəsçisi olan “91-lərin” siyahısında onların adı yoxdur. Halbuki, onlar mövqe ifadə etmək yaşında, başında olublar. Onlar hər zaman məqam gözləyiblər. Elə hazırkə dövrdə də onlar məqam gözləyirlər ki, görəsən Mehdiyevlə bağlı səslənən fikirlərə  dövlətin, bu məsələyə ölkənin siyasi rəhbərliyinin mövqeyi necə olacaq? Çünki bu adamlar üçün Azərbaycan elminin düşdüyü vəziyyət maraqlı deyil. Onlar düşünürlər ki, görəsən Ramiz Mehdiyevin qanunsuz əməllərinə dövlət necə münasibət göstərəcək? Həmişə o fikirdəyəm ki, dövlətçilik məsələsində əqidəsi, mövqeyi olmayan adamlar hər zaman təhlükəli adamlardır və onlar üçün dövlətin nə etməsindən asılı olmayaraq məqam gələndə öz maraqlarına uyğun hərəkət edirlər” - deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ