şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın “İran manevrləri” Ermənistanı ofsayd vəziyyətinə saldı

Image


Şərqlə Qərbi nəqliyyat baxımından birləşdirən Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi olduqca vacibdir. Belə bir açıqlama ilə İranın Rusiyadakı səfiri Kazım Cəlali İRNA agentliyinə verdiyi müsahibədə çıxış edib.

O bildirib ki, Finlandiyaya qədər uzanan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu Avropa ilə Asiyanı birləşdirəcək. Yüklərin tranzit daşınmasından yalnız İran deyil, Rusiya və digər region ölkələri də gəlir əldə edəcək. İran 164 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisini yekunlaşdırmaq üçün ciddi səylər göstərməlidir. Səfir nəzərə çatdırıb ki, Çindən, Hindistandan və digər Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən yüklər İrandan tranzit keçərək Rəşt-Astara dəmir yolu ilə Avropaya və əks istiqamətə daşınacaq. Qeyd edək ki, Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Bu yol İranla Azərbaycanın da dəmir yolları sistemlərini birləşdirəcək. İranın Bəndər-Abbas və Çabahar limanına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq. Hazırda Qəzvin-Rəşt yolu istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhərlərini birləşdirən 8,5 kilometrlik dəmir yolu da inşa olunub. Rəşt-Astara yolu istismara buraxıldıqdan sonra “Şimal-Cənub” dəhlizinin dəmir yolu seqmenti işə salınacaq. Xatırladaq ki, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsi “Şimal-Cənub” dəhlizinin reallaşmasında, eləcə də Azərbaycan vasitəsilə Rusiya və İran arasında ticarət dövriyyəsinin artmasında mühüm rol oynayıb. Ancaq dəhlizin tam işə düşməsi üçün Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu Qəzvin-Rəşt dəmir yoluna birləşməlidir. Bunun üçün Rəştdən İran Astarasına dəmir yolu inşa edilir. Azərbaycan İrana Rəşt istiqamətində dəmir yolunun çəkilməsi üçün 500 milyon dollarlıq kredit xətti ayrılmasına razılıq verib. Bu dəmir yolu xəttinin çəkilməsi “Şimal-Cənub” dəhlizi üzərindən daşınan yüklərin həcmini əhəmiyyətli dərəcədə artıracaq. Prosesdə Rusiya, Hindistan, Türkiyə, Çin, Mərkəzi Asiya və Avropa ölkələri də maraqlıdır. Azərbaycan və İran arasında yenidən strateji tərəfdaşlıq səviyyəsinə yüksələn qarşılıqlı münasibətlər və bunun Türkmənistanda İqtisadi Əməkdaşlıq Təşkilatının  XV Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin iranlı həmkarı Seyid İbrahim Rəisi ilə görüşündə bir daha təsbit edilməsi fonunda gözlənilir ki, ölkəmizin ayırdığı krediti cənub qonşumuzun qəbul etməsi tezləşəcək. İran ərazisində Astara-Rəşt dəmir yolu xəttinin çəkiliş prosesini sürətləndirəcək. Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu Çənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əsas rol oynayacaq. “Şimal-Cənub” dəhlizinin dəmir yolu seqmenti tam hazır olduqdan sonra yüklər Hindistanın Mumbai limanından çıxaraq İranın Çabahar limanına daxil olacaq. Buradan yüklər qatarlara yüklənərək İran, Azərbaycan və Rusiya üzərindən birbaşa Şimali Avropaya, Finlandiya və Niderlandın limanlarına daşınacaq.

Dəmir yolu ilə yanaşı, “Şimal-Cənub” dəhlizi dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturunu da özündə ehtiva edir. Lakin daşınmada əsas üstünlük dəmir yoluna verilir. Tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə sözügedən dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə səbəb olacaq. Prosesdə maraqlı olan tərəf kimi Rusiya da İrana 5 milyard dollar məbləğində kredit ayıracaq. İranın iqtisadiyyat və maliyyə işləri naziri Ehsan Xanduzi bildirib ki, ayrılan kredit əsasən “Şimal-Cənub” dəhlizinin əsasını təşkil edən Rəşt-Astara dəmir yolunun çəkilişinə yönəldiləcək. Bu yol İranın şimal bölgələrini Fars körfəzi ilə birləşdirməklə yanaşı, Avropa ölkələri ilə yükdaşımaları artıracaq. Nəzərə çatdıraq ki, Avropadan İran ilə yanaşı, körfəz ölkələrinə və əks istiqamətə ixrac ediləcək yüklər İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanında Rusiya və Azərbaycan ərazisindən keçməklə çatdırılacaq. Şimali Avropadan yük qatarları Rusiya və Azərbaycan ərazisindən tranzit keçərək Astaradan İrana daxil olacaq. Artıq Azərbaycanla İranın dəmir yolları sistemləri birləşib. Rəşt-Astara yolu isə inşa edilərək başa çatdıqdan sonra “Şimal-Cənub” dəhlizi ilə hərəkət edəcək bütün qatarlar Azərbaycandan tranzit olaraq keçəcək. İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin qeyd edir ki, İranla Azərbaycan arasında nəqliyyat əlaqələrinin artırılması iki ölkənin də gəlirlərini artıracaq. O bildirib ki, İran və Azərbaycan “Şimal-Cənub” dəhlizi üzərində yerləşən əsas ölkələrdir. Avropa ilə Asiyanı nəqliyyat baxımından birləşdirən avtomobil və dəmir yolu məhz bu iki ölkənin ərazisindən keçir. Keçmiş səfir diqqətə çatdırıb ki, hər iki dövlət yüklərin tranzit daşımalarını artırmaq üçün bir sıra layihələr həyata keçirir: “Bunlardan Astaraçay üzərində yeni körpünün inşa olunması, Rəşt-Astara dəmir yolunun tikilməsi, Astarada dəmir yolu terminalının inşasının başa çatdırılması, Naxçıvan-Məşhəd sərnişin qatarının fəaliyyətinin bərpa olunması hər iki ölkənin büdcəsinə valyuta daxilolmalarını artıracaq. 35 kilometrlik Rəşt-Ənzəli dəmir yolu tikilərək istifadəyə verilərsə, İran, Azərbaycan, Rusiya və digər Xəzəryanı ölkələr arasında dəniz yükdaşımaları da artacaq”.

“Şimal-Cənub” dəhlizinin işə düşməsi Azərbaycana böyük miqdarda tranzit gəlirlər qazandıracaq. Dəhlizlə bağlı baş verənlər və Azərbaycanın burada rolu Ermənistanda ciddi narahatlıq yaradır. Ermənistan son 20 ildə bu dəhlizin onun ərazisindən keçməsinə çalışıb. Lakin bunun üçün lazımı infrastruktur qura bilməyib. Azərbaycan və İran arasında münasibətlərin dərinləşməsi, ölkələrimizin iqtisadi müstəvidə atdığı addımlar artıq Ermənistanda ciddi narahatlıq yaradıb. Erməni ekspert dairələrində açıq etiraf edilir ki, İranın Ermənistana görə Azərbaycanla münasibətlərini  pozacağına dair ümidlər həyata keçməyəcək. Əksinə, Azərbaycan-İran münasibətlərində yeni yüksəliş mərhələsi başlanır. Erməni ekspert, iranşünas Emma Beqicanyan bu fonda bildirir: “Təxminən bir həftə əvvəl İranın nəqliyyat naziri Azərbaycanda idi. Həqiqətən ordusunu dünyanın bütün növ silahları ilə silahlandırmaq niyyətində olan Azərbaycan İran silahları ilə də silahlansa, pis olmaz”. Onun sözlərinə görə, Azərbaycanla İran siyasi əlaqələri intensivləşdirir, bunun fonunda tez-tez qarşılıqlı səfərlər olur: “Ermənistanla minlərlə anlaşma memorandumu, razılaşmalar imzalanıb və heç nə baş verməyib. Sadəcə olaraq Azərbaycan daha fəaldır”. Erməni ekspert vurğulayıb ki, Azərbaycan İranla əlaqələri gücləndirməklə, hətta İranın da Ermənistanın yanında olmadığını göstərmək istəyir, məqsəd budur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ