şənbə günü, 14 noyabr 2026
     

“Azərbaycan bir daha dünyanı erməni faşizmi ilə mübarizədə birliyə, həmrəyliyə çağırır” - Vüqar Rəhimzadə

Image


“Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları hər bir bölgənin, şəhər və kəndin, qəsəbənin müasir tələblər səviyyəsində qurulmasına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən layihələrin icrasında əhəmiyyətli rol oynayır.

2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən dövlət başçısı İlham Əliyev iqtisadi tərəqqinin qeyri-neft sektorunun hesabına olması ilə bağlı çağırışlar edəndə bu məqsədə nail olmaq üçün regionların malik olduqları imkanlardan maksimum istifadənin vacibliyini bildirdi və ilk Dövlət Proqramını təsdiqlədi. Son 18 ildən artıq dövrdə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrə diqqət yetirmək kifayətdir. Bütün infrastruktur müasir tələblərə uyğun şəkildə yenilənib. Ən ucqar kəndin, qəsəbənin belə işığa, suya, qaza olan tələbatı yüksək səviyyədə təmin olunub. Dövlət başçısı İlham Əliyevin yanvarın 30-da Gəncəyə 18-ci səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin sayına, ən əsası Vətən müharibəsi dövründə ermənilərin növbəti vəhşiliklərinin təzahürü olan Gəncə terrorunun dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayacaq Gəncə Memorial Kompleksinin təməlinin qoyulmasına diqqət yetirmək kifayətdir. Ölkə Prezidentinin digər  bölgələr kimi Gəncə şəhərinə də hər səfəri yeni sosial, iqtisadi, mədəni və digər obyektlərin açılışı və yaxud da təməlqoyma mərasimləri ilə yadda qalıb. Həmin sosial, iqtisadi, mədəni və digər layihələrin əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, onlar nəinki Gəncənin inkişafına, eləcə də bütün ətraf bölgələrin tərəqqisinə xidmət edir. Bakıdan Gəncəyə dəmir yolu xətti tam modernləşdirilib. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Bu, insanların rahatlığı üçün önəmli məsələdir. Dövlət başçısının səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışı oldu. Lokomotiv deposunun istismarı enerji resurslarına qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına və fasiləsiz daşımaların təmin olunmasına imkan yaradacaq. Deponun Gəncədə inşa edilməsi onun  yerləşdiyi məkanla, malik olduğu iqtisadi və sənaye potensialı ilə bağlıdır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.  

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri əlamətdar hadisələrlə yadda qaldı. Dövlət başçısının səfər çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə-AZƏRTAC-a verdiyi müsahibədə səsləndirdiyi fikirlər Ermənistana və ona havadarlıq edənlərə ciddi mesaj oldu: “44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun hər günü tariximizə Zəfər günü kimi yazmasını, bir gün belə geri çəkilməməsini, 30 ilə yaxın dövrdə havadarlarının dəstəyi ilə qurduqları istehkamların böyük qəhrəmanlıqla yarılmasını həzm edə bilməyən Ermənistan silahlı qüvvələri  hərbi cinayət törədərək döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərini bir neçə dəfə beynəlxalq hüquq çərçivəsində qadağan olunmuş silahlardan atəşə tutaraq xeyli sayda dinc insanın həlak olmasına, yaralanmasına, yaşayış evlərinin, sosial obyektlərin  dağıdılmasına səbəb olmuşdular. Gəncədə 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu. Şəhid olanların 6-sı uşaq idi. Bu hərbi cinayətlər dünyanın gözü qarşısında baş verdiyi halda dünya gücləri hələ də gözləmə mövqeyində dayanıblar. Amma unudurlar ki, 30 ilə yaxın dövrdə belə seyrçi mövqedə dayanmaq sonda 44 günlük Vətən müharibəsinin yaşanmasına, Ermənistanın diz çökməsinə, ən əsası ədalətin və beynəlxalq hüququn  mövcudluğunun dünya tərəfindən qəbul edilməsinə gətirib çıxardı. Dünya Azərbaycanın hansı gücə malik olduğunu gördü. Qanlı cinayətin törədildiyi vaxtdan həmin məkan insanların ziyarət yeri olub, həmçinin xarici qonaqların həmin əraziyə səfərləri təşkil olunub. Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı həmin ərazidə inşa olunacaq Memorial Kompleksin təməlini qoydu və Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsini məhz həmin dağıntıların qarşısında verməklə dünyaya mesajlarını ünvanladı.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Gəncədə yaradılacaq Memorial Kompleks təbliğat işinə böyük töhfə verəcək. Bu kompleks həm ölkə vətəndaşlarımızın, həm də xarici  qonaqların ziyarət etdiyi məkan olacaq. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu çağırış dayanır ki, biz Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etsək də mənfur düşmənin törətdiyi vəhşilikləri, vandalizmi, terror aktlarını unutmayacağıq. Ölkə Prezidentinin bu çağırışına söykənərək deyə bilərik ki, Gəncə Memorial Kompleksi  gələcək nəsillərin erməni faşizminin qanlı əməlləri barədə əsaslı məlumtları əldə etmələrinə dəstək olacaq. Dövlət başçısı bildirir: “Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş  silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq.”

Vüqar Rəhimzadə Azərbaycanın 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etdiyini önə çəkərək bildirib ki, onun bütün təzahürlərini yer üzərindən silmək gücünə malikik. Azərbaycan bunu 44 günlük İkinci Qarabağ müharibəsində dünyaya nümayiş etdirdi. Amma əsas çağırış budur ki, erməni faşizminin tamamilə məhv edilməsi üçün dünya dövlətləri, beynəlxalq ictimaiyyət gərək həmrəy olsun. “Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur” söyləyən dövlət başçısı, eyni zamanda, bu mesajı da ünvanladı ki, biz heç vaxt bölgədə erməni faşizminin baş qaldırmasına imkan verə bilmərik. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir.”

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın tarixi Zəfərimizdən sonra xarici siyasət uğurlarının daha geniş miqyas almasından geniş bəhs edərək bildirib ki, bu günlərdə Rusiyada erməni diasporunun səylərinə baxmayaraq faşist Qaregin Njde haqqında filmin yayımı  dayandırıldı. Ölkə Prezidenti bütün çıxışlarında erməni faşizmindən geniş bəhs edərək dünyaya bu mesajı ünvanlayır ki, faşizmi qəhrəmanlaşdırmaq olmaz. Ermənistan bir tərəfdən rəsmən bu fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması ilə bağlı konkret addımlar atır. Bu günə qədər Ermənistanda  faşist Njdenin adını daşıyan küçələr, meydanlar, metro stansiyası var. Ona böyük abidə qoyulub. Bu abidə bu günə qədər  sökülməyib. Bu, göstərir ki, erməni faşizmi yaşayır. Hər bir çağırışı ilə ədalətin, beynəlxalq hüququn bərpasına, ikili standartlara əsaslanan siyasətə son qoyulmasına çalışan Azərbaycan bir daha dünyanı erməni faşizminə qarşı mübarizədə birliyə, həmrəyliyə çağırır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ