şənbə günü, 14 noyabr 2026
     

İnsan və fikir... - Əkbər QOŞALI yazır...

Image


Türk şeirinin enlikürək klassiki Nəcib Fazil Qısakürək "Sakarya turküsü"ndə deyir:
"Hər şey axar: su, tarix, yıldız, insan və fikir,
Oluklar cüt: birindən nur axar, birindən kir"... 

Bir də Cabir Novruzun sözləri var: "Sağlığında qiymət verin insanlara"... Daha bir də Söhrab Tahirin sözləri yada düşür: "Qızıl toxum dənəsidir yaxşılıq". - İlk baxışdan "bu üç poetik misalın bir-biri ilə nə bağlantısı var?" sualı yarana bilər. Deyim. Biz toplum olaraq (hələ-hələ əli qələmli, önü bilgisayarlı, telefonu internetli, mikrofonu açıqlar...) millətin xeyirxah insanlarının "Axilles daban"ını gəzməməliyik. - Xarakterik xeyirxahlıqları, danılmaz yaxşılıqları sorğulamamalıyıq. Daha doğrusu, belə sərzənişləri önplanda tutmaqdansa, xeyirxahlığı təşviq etməli, xeyirxahları məzmunsuz, əsassız "e-linc"dən qorumalıyıq. Bugünlərdə sözün həqiqi anlamında Millət vəkili, sözün həqiqi anlamında ziyalı, alim, türkoloq, xeyirxah insan Cavanşir Feyziyevin adının bəzi yeni media resurslarında gərəksiz tənqidə (tənqid olsa, eybi yox, az qala təhdidə) tuş gəldiyini görməkdəyik. Nəymiş? - London məhkəməsində bir maliyyə dəqiqləşdirməsi olayı keçmiş və bu bəzi əli mikrofonlu, interneti açıqların acıq çıxmasına vəsilə olmuş... Pəki, nəyin acığı? Bəyəm, kiminsə imkansızlığı hansısa imkanlını, şöhrətlini düsmən gözündə görməyə əsasmı verir? Əgər kimsə maddi imkanlarını xalqın qanını soraraq, vəzifə yetkisindən sui-istifadə edərək gercəkləşdiribsə, haramxorluq edibsə, sözum yox!.. Axı azacıq bilgisi olanlar bilir ki, Feyziyev soyadı Millət vəkilliyindən öncələrdən iş dunyasında sayğın olub. Özü də, ilkin qazancın önəmli bölümü ölkə xaricində qazanılıb, sonra o qazanc ölkəyə yatırılıb, uğurlar əldə edilib və biznesləri böyüdülüb. İndi Millət vəkili olan insan daha öncə qazandıqlarına yaxud ailə uzvlərinin uğurlu biznesinə görə nifrət ünvanımı olmalıdır? Üstəlik, mətbuata yetərincə açıq olan, özü Mətbuat Şurası İdarə Heyətinin üzvü olan bir ziyalıya müraciət imkanları varkən, bulanıq suda balıq tutmaq sevdası da nəmənədir? O sular balıq olmayan sulardı, ölü göldür, balıq bəsləmir... 

Budur, Millət vəkili açıqlama da verdi, aydınlıq da gətirdi. Olmazdımı, onun üstünə haray-həşirlə qaramat yağdıranlar məhz aydınlıqda maraqlı olaydı? Yoxsa, qaranlıq aydınlıqdan daha cazibdir də, bizmi bilmirik?..

Bu sətirlərin müəllifi Şəkili deyil, Feyziyevlərin qurucusu, rəhbəri olduğu kollektivlərin üzvü olmayıb, ancaq həqiqətləri, gercəkləri bilmə imkanı olub. Feyziyevlərin qurucusu olduğu müəssisələr haqqında ən umumi fikir belədir: əgər sənin isgüzarlığın,iş ədəbin, yetənəyin varsa, bu, sənin müəssisə daxilində inkişafına zəmanətdir. - Oralarda "tapış-mapış" yoxdur, ləyaqətli insan münasibətləri var. Bu, öz yerində.

Cavanşir Feyziyev klassiklərin, yaşayan ədəbiyyat, elm xadimlərinin kitablarının nəşrinə xərclədiyi öz halal vəsaiti ilə ən güclü ictimai müdafiəni haqq edir. Bura, öz müəllifi olduğu qiymətli kitabları, özəlliklə "Türk dövlətləri birliyi", "Türk dünyası" çoxcildliyini əlavə etsək, Cavanşir müəllimə qarşı yönəlmış hərzə-hədyanlar, onun oxucularına, onun səmərəli milli maarifçilik yoluna qarşı yönəlmiş akt olaraq da, alqılana bilər. Cavanşir Feyziyev Milli Məclisdə təmsil etdiyi Şəkidən olan neçə-neçə tələbənin, şagirdin, imkansız ailə mənsubunun keyfiyyətli təhsili, iş imkanı üçün neçə illər içində və nə qədər yardım edib. Elə yalnız bu faktın özü (yaradıcılığı ilə bir yerdə) onun maarif, təhsil, elm mövzusunda nə qədər sabitqədəm olduğunu ifadə edir. Bu, qaranlıq qəlblərə aydın cavabdır. O da xüsusi bir cavabdır ki, yaralı qazilərimiz, şəhid ailələrimiz öz Millət vəkillərinin isti əlini, yanar ürəyini necə hiss edib, necə tanıq olublar... 

Cavanşir müəllim yalnız Şəki və yalnız Azərbaycanla yetinmir, onun dəstək verdiyi xeyirxah layihələrin miqyası ən azı Türk dünyası ismarıcında, sevdasında, yolunda və məzmunundadır... Onun kitabları qardaş türkcələrə uyğunlaşdırılır, təqdimatları keçirilir, yayılır, istinad olunur. Ən azı pandemiyaya qədər özüm şəxsən tanıq olmuşam: Millət vəkili Azərbaycana gələn çoxsaylı Türk dünyası yeni nəsil aydınlarını qonaq edib, qayğıları ilə yaxından maraqlanıb. (Mən "qonaq edib" deyərkən, ilk növbədə könül süfrəsini nəzərdə tuturam). O, qonaqlarla bir başqa cür ilgilənir, onları hal əhli olaraq anlayır - sanki şəxsi qonağıymış kimi, öz evində ağırlayırmış kimi... Bu, ancaq uca könüllərə xas özəllikdir. Türk ölkə və topluluqlarına gedərkən şəxsən məndən soruşulan azsaylı adlar içində Cavanşir müəllimin adı mütləq keçir. Biri xatirə hədiyyəsini göstərir, biri kitabından danışır, biri Cavanşir müəllimin bağışladığı "Xarıbülbül" qalstukunu, digəri "Xarıbülbül" kəlağayısını ən əziz günlərdə taxdığını söyləyir... "Sizin əliniz çatan, ününüz yetən belə kübar, xeyirxah Millət vəkiliniz var, qədrini bilin" deyirlər.

Bilirsiz, Cavanşir Feyziyevin Türk dünyasından ölkəmizə gələn yeni nəsil yazarlarına yüksək diqqət-qayğısı mənim özümdə də qibtə hissi doğurub: o, qonaqlardan heç bir yaxın- uzaq şəxsi istəkdə bulunmaz və ən əsası, bilgisi daxilindəsə, xahiş gözləmədən, özü Türk dünyasından qonağı olanlarla, gələnlərlə əlaqə yaradar, iltifat göstərər. (Xahişdən sonra dəstək duranlar sayğıya layiqkən, xahiş gözləmədən, könüllü şəkildə əlini daşın altına qoymaq, ayrı bir gözəllikdir). Uzun sözün qısası, belə uca könüllülüyün cavabsız qalmadığını da deməliyəm. Tovuz döyüşləri, 44 günlük müharibə vaxtı Türk dünyası yeni nəsil yazarlarının Azərbaycana açıq dəstəyini xatırlayırsızmı? - Bax, o, dostları, qardaşları biz birgə qazanmışıq. Millət vəkili bizimlə söhbətlərində bir düstur irəli sürərdi: siz ölkəmizə dəvət etdiklərinizi yönləndirməyə çalışmayın, siz ölkəmizin həqiqətlərini, mədəniyyətimizin ucalığını niyəsiz, necəsiz göstərin, özləri vurulacaq, sevəcəklər. O, dövlət bayrağımızın, o bayrağı yaratmıs, ucaltmıs maarifci babalarımızın irsinin bir universal yol göstərici olduğunu, ali dövlət rəhbərliyinin xarici siyasətinin cağdaş örnək təşkil etdiyini təlqin edir, vurğulayır.

Mənim vaxtilə basqanı olduğum DGTYB-nin "Gəldik, gördük, yazdıq" məzmunlu layihələri məhz bu fəlsəfi yanaşmaya uyğun gəlir. O dostları ki, biz qazanmışıq, onlar bizim xahişimiz olsa geri çevirməz, sorğulamazlar. Necə deyərlər, biz də, dost-qardaşlarımızla eyni könül, eyni düşüncə alqoritmindənik: onların ölkəsi ilə bağlı heç nəyə biganə qalmırıq. Beləcə, güvən, məsuliyyət həlledici faktora cevrilir.

İnsani yaxlaşımlar, təmənnasız könül bağları sevgi selinə donüşür, boyüyür! Bax, Cavanşir müəllimin ailə üzvlərinin hansısa maliyyə uğursuzluğunu dördgözlə gözləyənlər, bir azca da, biz deyənlərə diqqət etsələr, peşman olmazlar.

Sevgi seli axan oluklar (novlar, novalçalar) varkən, adam niyə çirk axan olukdan içsin ki?.. 

Keşkə, insanları yaxşılıqlarına peşman eləməyək. Sağlığında qiymət verək insanlara... Əgər kimsə bizimlə eyni siyasi düşüncəni paylaşmırsa, dövlətə, dövlətçiliyə, xeyirxahlığa sadiqliyindən və öz prinsiplərindən, məğrurluğundan taviz vermirsə, bəhanə, "ilisgənə" axtarmayaq. Bihudədir. Amma YAXŞILIQ QIZIL TOXUM DƏNƏSİDİR. 

Qoy, su, tarix yıldız, insan və fikir yaxşılıqla... axsın. Axınımız alxışımızla süslənsin. Heç quşqusuz, könlüdarlar qaramatı, genişürəklər üfüqötəsini bulacaqdır...

BİLƏNLƏRƏ SALAM OLSUN!

Əkbər QOŞALI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ