şənbə günü, 14 noyabr 2026
     

Musa Qasımlı da Ramiz Mehdiyevə istefa tövsiyəsi verdisə... Akademikin dairəsi qapanır...

Image


Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı yazdığı məqalədə Ramiz Mehdiyevi AMEA-nın prezideni vəzifəsindən istefa verməyə çalışıb.

2019-cu ildən AMEA-nın prezidenti olan R.Mehdiyevin qurumdakı fəaliyyətini geniş təhlil edən M.Qasımlı hesab edir ki, elmi və akademiyanı Mehdiyevin istefası xilas edə bilər: “...İlk növbədə, bu gün AMEA elminin inkişafında başlıca əngələ çevrilmiş Ramiz müəllim Mehdiyev istefa verməlidir. Əgər Ramiz müəllim Mehdiyev özü istefa verməsə, onda AMEA-nın həqiqi və müxbir üzvləri Azərbaycan elminin gələcəyi naminə ümumi yığıncağa toplaşmalı və Ramiz müəllim Mehdiyevi istefaya göndərməlidir. Bunu elmimizin bu günü və gələcəyi tələb edir. Mövqe aydın, konkret və birmənalı olmalıdır...”

Qeyd edək ki, M.Qasımlı R.Mehdiyevin istefasını tələb edən yeganə alim deyil, deputat, AMEA-nın Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rəfael Hüseynov da, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov da AMEA prezidentinə istefa verməsi ilə bağlı çağırış ediblər. 

  • Qulu Məhərrəmli: “Ölkəyə, millətə, milli düşüncəyə bu qədər ziyan vurmuş adam AMEA-nın rəhbərliyində qala bilməz”

Professor Qulu Məhərrəmli “Bakı-Xəbər”şərhində bildirdi ki, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlının, AMEA-nın Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, kultroloq, görkəmli alim Rəfael Hüseynovun, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasovun, onlardan əvvəl isə AMEA-nın Bakıxanov adına Tarix İnstititunun baş direktoru professor Kərim Şükürovun R.Mehdiyevə ünvanlanan istefa çağırışlarını çox diqqətlə oxuyub. “Hesab edirəm ki, bu çağırış mövcud reallıqlardan doğur. AMEA uzun illərdir ki, bir bataqlıq içindədir. Xüsusən də müstəqillik dövründə, keçən əsrin 90-cı illərin ortalarından başlayaraq akademiyanın ayrı-ayrı institutlarında müəyyən olunmuş elmi işlərin istiqaməti, aparılan elmi tədiqatların keyfiyyəti əsasən aşağı səviyyədədir. Əsasən də elmi əlaqələndirmədəki problemlər, dəqiq elmlər sahəsində tədqiqatların istehsalata tətbiq olunmaması, ümumiyyətlə dünya elmindən qopmuş bir vəziyyətdə olması göz qabağındadır. Özüm də təxminən 2014-2016-cı illərdə AMEA sistemində çalışmışam, Dilçilik İnstitutunda Monitorinq şöbəsinə rəhbərlik etmişəm və onda akademiyanın mətbəxi, daxili ilə geniş tanış olmuşam. İşlərin təşkili, elmi hesabatların hazırlanması, orada mövcud olan formallıq, üçüncü-dördüncü dərəcəli məsələlərə diqqət yetirilməsi, zamanın çağırışlarına cavab uyğun gəlməyən tədqiqatların önə çəkilməsi, habelə  elmi işlərin yazılması, müdafiəsi, elmi şuraların təşkili, bu gün həyatın önə çəkdiyi problemlərə diqqət yetirilməməsini görmüşəm. Habelə, akademiya sistemində şüur, ruh etibarı ilə ölüşmüş elm adamlarının həddən artıq çoxalmasının, gənclərin qarşısında maneələrin yaradılmasının, istedadsız, yalandan bir müdafiə edib şöbə rəhbərləri olan, heç bir cəhəti ilə alim adına cavab verməyən xeyli sayda “elm adamları”nın olduğunun da şahidi olmuşam. Ona görə də, Ramiz Mehdiyevin AMEA-ya gəlişi ilə bu proses daha da sürətlənib. Çünki Ramiz Mehdiyev elm adamı deyil, elm təşkilatçısı deyil. Onun hansısa bir sahədə dərin, sistemli, fundamental elmi tədqiqatlarla məşğul olması absurddur. Bu gün akademiya sisteminin məhz inzibati-amirlik üsulu ilə idarə olunması, bir-birinə zidd qərarların verilməsi, tayfabazlıq, regionçuluq, istedadsız adamların öndə olması, elm sisteminə biznes maraqlarının dərindən müdaxilə etməsi, Rəyasət Heyətindən tutmuş ayrı-ayrı institutlara qədər hər yerdə elmə dəxli olmayan adamların artması kimi məsələlər əlbəttə, vicdanlı adamları narahat etməyə bilməz.  Hesab edirəm ki, professor Kərim Şükürov da, professor Musa Qasımlı da, görkəmli alim, kultroloq Rəafel Hüseüynov da, professor Əbülhəsən Abbasov da öz çağırışlarında haqlıdırlar. Yəni Ramiz Mehdiyevin idarəçiliyi hər kəsə bəllidir. Ramiz Mehdiyev bu ölkədə müsbət tendensiyaların, milli inkişafın qarşısında hansı maneələr yaradırdısa, elm sahəsində də həmin funksiyanı yerinə yetirir. Ümumiyyətlə, bu cür adamların bəlli bir yaşdan sonra da kreslodan yapışıb qalması, vəzifə aşiqi olması, həmin sahənin çox ciddi problemlərinin qabarmasına gətirib çıxarır. Ona görə də, bu qədər çağırışdan sonra Ramiz Mehdiyevin akademiya rəhbərliyində saxlanması məntiqə uyğun deyil. Yəni adam gedib öz işləri ilə məşğul olmalıdır. Ölkəyə, millətə, milli düşüncəyə bu qədər ziyan vurmuş adam AMEA-nın rəhbərliyində qala bilməz” - deyə Q.Məhərrəmli bildirdi.  

  • Bünyamin Qəmbərli: “Ramiz Mehdiyevin istefaya çağırılması məsələsi süni gündəm yaratmaqdır”

Sabiq millət vəkili Bünyamin Qəmbərli isə bizimlə söhbətində bildirdi ki, M.Qasımlının məqaləsi və R.Mehdiyevə istefaya çağırması ilə bağlı fikirlərlə tanış olub. “Musa Qasımılı qeyd edir ki, Ramiz Mehdiyev 2019-cu ildə akademiyaya prezident seçildi. Hər halda ona qədər akademiyanın prezidenti var idi. Belə başa düşürəm, AMEA-nın əvvəlki prezidenti də, seçkilərdə iştirak edən akademiklər də, elm adamları da bir gecə də yatdılar və onlara yuxularında vəyh gəldi ki, Ramiz Mehdiyev AMEA-ya prezident seçilməlidir. Bilirsiz, o qədər gülməli, o qədər süni bir gündəm yaradırlar ki. Ramiz Mehdiyev özü akademiyaya gəlib çıxmadı. Ramiz Mehdiyevi seçənlər, ondan əvvəlki prezident yatıb yuxusunda görmədi ki, o prezident seçilməlidir. Yəni bilirsiz, hakimiyyət süni gündəm yaradır, bütün mətbuat, Azərbaycan mətbuatı da o süni gündəmlə məşğul olur. Ramiz Mehdiyevin istefaya çağırılması məsələsi süni gündəm yaratmaqdır. O akademiklər dünən də həmin tabeliyi göstəriblər bu gün də. Yəni bunlar müstəqil fəaliyyət göstərmirlər ki, onlardan nəyisə tələb edəsən. Sonra bəzi məsələlər qoyulur. Başqaları da o məsələləri qaldırır. Bütövlükdə, Azərbaycan elmi, Azərbaycan səhiyyəsi, araşdırma tələb edən, milli təfəkkürü formalaşdıran bütün sahələr sistemli məhv edilir. Belə çıxır ki, guya Ramiz Mehdiyevdən əvvəl nə isə yaxşı idi, Ramiz Mehdiyev gəlib məhv etdi və ondan sonra yaxşı olacaq... Ramiz Mehdiyev süni gündəmdir. Digər tərəfdən, Ramiz Mehdiyev bu dərəcədə güclüdürsə nədən onun əleyhinə çıxan öz tabeliyindəkiləri məhv edə bilmir? Zəifdirsə, hamı onun əleyhinə çıxa bilirsə onda bu Azərbaycanda nəyi həll edir? Azərbaycanda hakimiyyət Ramiz Mehdiyevlərin əllərində deyil. Ramiz Mehdiyevlər siyasi meyiddir, qurtarıb, bitib, gedib...”

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ