şənbə günü, 14 noyabr 2026
     

Gənc nəslin fiziki-mənəvi inkişafında dövlət idman siyasəti xüsusi çəkiyə malikdir

Image


Sirr deyil ki, Azərbaycanda idman bütün dövrlərdə uşaq və gənclər siyasətinin formalaşmasında mühüm rola malik olub. Müasir dövrdə bu aspektdə idmanın rolu daha da çoxalıb.

Məsələ burasındadır ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da gənclər dövlətin əsas kapitalıdır, iqtisadi, intellektual və mədəni inkişafın mənbəyidir. Bu gün internetin təsiri və gənclərin onlayn mühitə kütləvi şəkildə cəlb olunması fonunda dövlətin səmərəli gənclər siyasəti yürütməsi müstəsna əhəmiyyətə malikdir. Bu siyasətin başlıca vəzifəsi millətin sağlamlığının qorunması, idmanın və sağlam həyat tərzinin təbliğidir. Bəs şəxsi inkişaf vasitəsi kimi idmanın əhəmiyyəti nədir? İdman təşkilatlarının sosial məsuliyyətinin artırılması nə üçün vacibdir? İnsan kapitalı kimi resurs dövlətin iqtisadi, intellektual və mədəni inkişafına necə təsir edir? Əlçatan idman mühiti necə olmalıdır? İdmanın populyarlaşması üçün azarkeşləri böyük idmana baxmağa və məşq etməyə necə ruhlandırmaq olar? İdman marketinqi tamaşaçılarla ünsiyyət qurmağa necə kömək edir? İdman sponsorluğu vasitəsilə dövlət korporasiyaları üçün düzgün imici necə formalaşdırmaq olar? Azərbaycan gənclər siyasətində bu suallar indi xüsusi aktuallaqıq kəsb edir.

Azərbaycanda nəzərə alınır ki, idman sosial münasibətlər sisteminə gedikcə daha geniş rakursdan təsir edir, dəbi, etik dəyərləri, insanların həyat tərzini formalaşdıran fenomen kimi özünü göstərir. Rusiyalı məşhur idmançı Aleksey Volkov bu xüsusda qeyd edir ki, idman bu gün ucuz mədəniyyət və pis vərdişlərin istilasına qarşı durmağa qadir olan əsas sosial amildir: “ Bu, insanları mövcud sosial problemlərdən yayındıra biləcək ən yaxşı haldır. Bu, insanları biri-birinə yaxınlaşdıran  yeganə sosial faktordur. Bunu nə hansısa millət, nə də siyasətçilər bacara bilər”.  Çoxsaylı tədqiqatlar göstərir ki, idman mühüm sosial fenomen kimi bütün cəmiyyətdə bütün səviyyələrə nüfuz edir.  O, milli münasibətlərə təsir edir, iş həyatı, ictimai mövqe, moda, etik dəyərləri, insanların həyat tərzi formalaşdırır. Bu mənada hazırda istənilən cəmiyyətdə idman o qədər böyük əhəmiyyət kəsb edir ki, ona insan fəaliyyətinin əsas növlərindən biri kimi yanaşılır. İdman artıq yalnız sağlamlığı gücləndirmək və qorumaq üçün deyil, həm də alkoqolizm və narkomaniyanın qarşısınını alınması, xüsusən gənclər arasında davranışın digər antisosial təzahürlərinin aradaq qaldırılması üçün profilaktik tədbir kimi qəbul edilir. Bütün bunlar fonunda təsadüfi deyil ki, kütləvi idmanın inkişafı müasir Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan aktual məsələdir. Azərbaycan əhalisinin, xüsusən də gənclərin keyfiyyət xüsusiyyətlərinin yüksəldilməsi, intellektual, əxlaqlı, mənəvi inkişaf üçün şəraitin etibarlılığı faktorunun yaradılmasında da idman böyük əhəmiyyət kəsb edir.  Bu baxımdan sağlam həyat tərzinin təbliği informasiya sahəsində dövlət siyasətinin istiqamətlərindən biri kimi prioritet vəzifələrdən birinə çevrilməlidir ki, onun həlli qarşıya qoyulan strateji məqsədlərə nail olmağı xeyli dərəcədə şərtləndirir.

Bədən tərbiyəsi, sağlam həyat tərzinin təşviqi müasir dövrdə cəmiyyətdə kök salmış idmanın əsas növlərinə uyğun olaraq dəqiq müəyyən edilmiş bölgü tələb edir. Demək olar ki, idmanın bir-biri ilə əlaqəli iki əsas təşkilati forması var: kütləvi həvəskar idman və ən yüksək nailiyyətlər idmanı. Birincisi, bədən tərbiyəsi sisteminin üzvi hissəsidir: kütləvi idman yalnız yaş, sağlamlıq vəziyyəti və insanların fiziki inkişaf səviyyəsi ilə nisbətən məhdudlaşır. Hər bir insan həyatında ən azı bir dəfə kütləvi idmanla məşğul olub. Ən azı ona görə ki, idman akademik bir fənn kimi bütün növ təhsil müəssisələrinin proqramlarına və orduda hərbi bədən tərbiyəsinə daxildir. Bu formada ilk növbədə idmanın ümumi təhsil, tərbiyəvi, hazırlıq, tətbiqi, sağlamlaşdırıcı və rekreasiya vəzifələri həyata keçirilir. Kütləvi idman elitar idmanın əsasıdır, gənc nəslin fiziki cəhətdən təkmilləşməsi üçün əlverişli zəmindir. Elit idman növləri üzrə rekordlar, rəsmi beynəlxalq, respublika və digər idman yarışlarında qazanılan qələbələr kütləvi idmanın inkişafına mənəvi stimul yaradır. Elə bu da sonda professional idmanın inkişafına gətirib çıxarır.

  • Yaradılan baza gənclər arasında idmana marağı daha da artırır

Dünya miqyasında qəbul olunmuş həqiqətdir ki, Azərbaycanda idmanın inkişafı ildən-ilə geniş vüsət almaqda, bununla bağlı fonda məqsədyönlü dövlət siyasəti reallaşdırılmaqdadır. Azərbaycanın yeni müstəqillik tarixində idmana xüsusi qayğı göstərilib. Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal qazanması, bayrağımızı ən uca zirvələrdə dalğalandırması da qeyd edilənlərin faktiki təsdiqidir.

Dövlət tərəfindən görülən məqsədyönlü tədbirlər nəticəsində idmanın maddi-texniki bazasının davamlı şəkildə möhkəmləndirilməsi, Olimpiya ideallarının təbliği, qeyd edilən istiqamətdə gerçəkləşdirilən dövlət siyasəti öz müsbət nəzticələrini verir. İdman ölkəmizdə artıq kütləvi bir ictimai hərəkat olaraq qəbul edilir. Qeyd edildiyi kimi, bunun üçün zəruri bazis yaradılır və bu, Bakı ilə yanaşı, regionları da əhatə edir. Elə bu günlərdə Prezident İlham Əliyev Gəncəyə səfəri fonunda buradakı İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub. Bu sarayın əhəmiyyətini dövlət başçısı belə qiymətləndirib: “Bu çox böyük layihədir. Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhərində bir çox idman sarayları var, - ancaq bütün əsas idman növlərinin bir yerdə cəmləşməsi Bakıda yoxdur. Burada isə həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel. Yəni, bir daha demək istəyirəm ki, bu, ölkəmizin ən böyük idman sarayıdır. Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir. Onu da bildirməliyəm ki, hələ mən Prezident olmadığım dövrdə, Milli Olimpiya Komitəsinin prezidenti kimi Gəncədə Olimpiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüslə çıxış etmişdim və o idman qurğusu o vaxt inşa olunub. Ancaq illər keçdikcə, əlbəttə ki, bu idman obyekti həm fiziki, həm mənəvi cəhətdən köhnəlib və orada normal məşq etmək üçün şərait o qədər də uyğun deyildi. Amma bu idman sarayı əminəm ki, gələn ilin sonuna qədər istifadəyə veriləcək, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı olacaq. Çünki mən hesab edirəm və haqlıyam ki, hər bir insan idmanla məşğul olmalıdır. Yəni bu obyektlərin açılması və təməlinin qoyulması, əlbəttə ki, şəhərə olan qayğının təzahürüdür”.

Yaradılan baza gənclər arasında idmana maraq və diqqəti artırır. Bu da dövlət üçün böyük önəm kəsb edir. Bu səbəbdən təsadüfi deyil ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına qayğı gənc nəslin fiziki-mənəvi inkişafına mühüm töhfələr verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ