şənbə günü, 14 noyabr 2026
     

Bakı və İrəvan arasında gələn ildən dəmir yolu əlaqəsi işə düşəcək, ardınca...

Image


Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən müharibəsi Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin, yüksək rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması üçün münbit zəmin yaradıb. Bu kontekstdə region ölkələrinin əməkdaşlığında yeni mərhələ başlanır, qeyd edilən istiqamətdə müvafiq addımlar atılır. Yeni əməkdaşlığın əsas konturlarının, regionun iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində Azərbaycan yenə həlledici rol oynayacaq.

Dağlıq Qarabağ münaqişəsi dövründə regionda bağlı qalan kommunikasiya əlaqələrinin yenidən bərpası Azərbaycanın regionda geosiyasi, geoiqtisadi mövqelərinin daha da güclənməsinə gətirib çıxaracaq. Kommunikasiya əlaqələrinin bərpası və yenilərinin yaradılması artıq qarşısalınmaz prosesdir. Bu məsələ Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatlarla da adları çəkilən ölkələr üçün hüquqi öhdəlik xarakteri daşıyır. Hadisələrin inkişaf axarı yaxın tezlikdə tərəflər arasında dəmir yolu əlaqəsinin işə düşəcəyini göstərir. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bu xüsusda maraqlı açıqlamalar verib. Dövlət başçısı bildirib ki, azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyası inşa ediləcək. Nəzərdə tutulan layihələr arasında Ağalı kəndinin inşasının artıq tamamlanmasını qeyd edən prezident deyib ki, bunun böyük rəmzi mənası var: “Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür”. Bununla yanaşı, Prezident İlham Əliyev cari ildə Zəngilan Hava Limanının açılacağını, 2023-cü ildə dəmir yolunun Ermənistan sərhədinə gətiriləcəyini, avtomobil yolunun tikintisinin isə davam etdiyini diqqətə çatdırıb. Ermənistanın baş naziri Nikol Paşinyan da hökumətin iclasında bildirib ki, Bakı ilə İrəvan regionda dəmir yolları kommunikasiyalarının açılması barədə razılaşmaya çox yaxındır. Beləliklə, proseslərin inkişaf axarı gələn il ərzində Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin işə düşməsini istisna etmir. Bununla  Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının yaradılması təmin ediləcək. Azərbaycan üçün bu məsələ həyati önəm kəsb edir və ölkəmiz tərəfindən bu kontekstdə artıq zəruri addımlar atılır. İnşası sürətlə davam edən Horadiz-Ağbənd dəmir yolu xətti bunun faktiki təsdiqidir.

Barəsində bəhs edilən dəmir yolunun digər mühüm əhəmiyyəti  Azərbaycanla qardaş Türkiyə arasında iqtisadi bağların daha da möhkəmlənməsinə verəcəyi yeni töhfələr olacaq. Belə ki, bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və Bakı-Tiflis-Qars xəttindən sonra  Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Bu yoldan region ölkələrinin hamısı, o cümlədən Ermənistan da istifadə edə bilər. Azərbaycan bununla postmüharibə dövründə regional əməkdaşlığın inkişaf etdirilməsində maraqlı tərəf olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda, rəsmi Bakının mövqeyi həm də bundan ibarətdir ki, bölgənin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risqlərinin sıfıra endirilməsi üçün nəqliyyat layihələri xüsusi rol oynayır. Başqa sözlə, sözügedən nəqliyyat layihələrinin həyata keçməsi Azərbaycanın sülhə verdiyi vacib töhfələrdəndir. Reallaşdırılacaq nəqliyyat layihələrindən böyük mənfəət əldə edəcək tərəflərdən biri Ermənistandır. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəmir yolundan Ermənistan da istifadə edə biləcək, İranla birbaşa dəmir yolu bağlantısı qurmaq imkanı qazanacaq. Rəsmi Bakı Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xətti açılmasına da imkan yaratmağa hazır olduğunu bildirir. Qeyd edilənlərlə bağlı “Vətəndaş Müqaviləsi” partiyasından Ermənistan prezidentliyinə namizəd Vaaqn Xaçatryan İctimai Televiziyanın efirində maraqlı fikirlər səsləndirib. O etiraf edir ki, Ermənistan Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalıdır. Xaçatryan qonşularla müharibə, mübahisə etməyi təsəvvür etmədiyini əlavə edib: “Hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq lazımdır”. Xaçatryan Ermənistan vətəndaşlarının sülhün həyat və inkişaf üçün yeganə variant olduğunu əlavə edib. Prezidentliyə namizəd Türkyə-Ermənistan münasibətlərinin normallaşmasına pozitiv baxdığını deyib: “Prosesi davam etdirmək lazımdır. Bu, nəticədə iqtisadi və siyasi münasibətlərin yaranmasına gətirib çıxaracaq”. Lakin onu da qeyd edək ki, Ermənistana böyük dividendlər qazandıracaq nəqliyyat layihələrinə qarşı bu ölkədə revanşist qüvvələr tərəfindən ciddi narazılıq ifadə olunur. Lakin nəqliyyat dəhlizi ilə bağlı Ermənistanda səslənən fikirlərə və nümayiş etdirilən fərqli mövqelərə baxmayaraq, onun reallaşması mütləqdir. Bunu şərtləndirən əsas səbəblər Azərbaycanın iradəsi, Ermənistanın müvafiq öhdəlikləridir. Dəhlizin reallaşması  bütün bölgə ölkələrinə böyük mənfəət gətirəcəyindən, bu, regionda davamlı sülhə əsas töhfələrdən biri hesab edilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ