şənbə günü, 14 noyabr 2026
     

Bakıdan İrəvana sülh mesajları daha da konkretləşdirilir...

Image


Zəngəzur dəhlizi bütün iştirakçı tərəflərə, o cümlədən qonşu Ermənistana böyük imkanlar yaradacaq ki, bu da onun dənizə çıxışı olmayan ölkə kimi regional və daha geniş inteqrasiyadan faydalana biləcəyi deməkdir. Bunu prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasından sonra əvvəllər yaradılmış regional dəhlizlər öz əhəmiyyətini itirməyəcək: “Ermənistan Azərbaycan və Gürcüstanın öz aralarında qurduğu əməkdaşlıq modelini qəbul edə bilər. İrəvan da buna qoşulub özü üçün müavinət əldə edə bilər”. Regional təhlükəsizlik məsələlərinə toxunan H.Hacıyev qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsi həll olunandan sonra gələcəyə baxır və sülh tərəfdarı kimi hərəkət edir: “Azərbaycan həm qonşularla, həm regional dövlətlərlə, həm də ABŞ, Avropa İttifaqı və digər tərəfdaşlarla əməkdaşlığa can atır. Ölkəmiz tərəfdaşları və qonşu dövlətlərlə birlikdə müharibələrdən azad region yaratmaq prosesindədir”. Bununla yanaşı, Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara başlayır və bu danışıqlarda beynəlxalq hüququn suverenlik, sərhədlərə və ərazi bütövlüyünə qarşılıqlı hörmət kimi prinsipləri əsas olmalıdır: “Regionun yeni “brend” strategiyasına ehtiyacı var və Azərbaycan vahid, inteqrasiya olunmuş Cənubi Qafqazın yaradılmasında öz rolunu oynamağa hazırdır. Biz ABŞ-ı bu işdə mühüm tərəfdaş kimi görürük”. Beləliklə, Azərbaycan bir daha regionda sülh və əməkdaşlıqla bağlı konkret yanaşmasını ortaya qoyur. İndi hər şey Ermənistanın bunlara müvafiq praktiki addımlar atmasından asılıdır. Sözdə erməni tərəfi də sülh sazişinin imzalanmasında maraqlı olduğunu bəyan edir. Elə bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib, lakin əlavə edib ki, bundan əvvəl bu sənəd danışıqlar nəticəsində tərtib olunmalıdır: "Biz hesab edirik ki, bu danışıqlar baş tutmalıdır və Ermənistan buna hazırdır". O xatırladıb ki, Ermənistanla Azərbaycan parlamentləri hələ 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya ediblər, lakin, onun sözlərinə görə, bir çox məsələ və incəliklər həll olunmamış qalır və bunun üçün danışıqlar aparılmalıdır. Azərbaycan bu fonda hesab edir ki, Ermənistan sülh sazişi, regional əməkdaşlıq üçün praktiki addımlar atmalıdır. Bunun üçün rəsmi Bakı tərəfindən Ermənistana müvafiq təkliflər ünvanlanıb. Elə Hikmət Hacıyev də sülh üçün Ermənistanın yerinə yetirməli olduğu şərtləri açıqlayıb. O bildirib ki, Azərbaycan sülh gündəliyini izləyir və bu gündəlik qonşu və tərəfdaş ölkələrlə dinc əlaqələrin yaradılması mesajıdır. H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfdaş və qonşu ölkələrlə birlikdə Cənubi Qafqazın münaqişə və müharibələrdən azad regiona çevrilməsi istiqamətində fəaliyyət göstərir və regionun parçalanmadan inteqrasiyaya, qarşılıqlı faydalı əlaqələrə əsaslanan regional əməkdaşlığa yönəlməsinə çalışır. Bundan başqa, prezidentin köməkçisi qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır: “Bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır”. Beləliklə, Azərbaycan beynəlxalq hüquq normaları əsasında Ermənistanla münasibətləri normallaşdırmağı düşünür. Bu, Ermənistan üçün də mühümdür. Sadəcə, bu ölkədə revanşist qüvvələr prosesin qeyd edilən istiqamətdə inkişafının qarşısını almağa çalışır. Məhz bu fonda hesab edilir ki, Paşinyan iqtidarı artıq özündə siyasi cəsarət tapıb, sülh sazişinin imzalanması istiqamətində əməli addımlar atmalı, revanşist qüvvələrə məhəl qoymamalıdır.

Dünyanın müxtəlif yerlərinə, o cümlədən Rusiya, ABŞ və Fransaya səpələnmiş  erməni diasporu, Ermənistanda “Qarabağ klanı”nın təmsilçiləri, eyni zamanda erməni kilsəsi də bu gün Azərbaycanla sülh müqaviləsinə qarşı fəal təbliğat aparır, revanşist mövqe sərgiləyirlər. Bununla onlar ən böyük zərbəni elə erməni xalqına vurmuş olurlar. Çünki Azərbaycanla normal münasibətlər qurulmadan Ermənistan əhalisi səfalət içində yaşamağa məhkumdur. Dünya miqyasında da belə yanaşma hakimdir ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması vacibdir. Bunu Ermənistan da qəbul etməli və bilməlidir ki, sülhə, əməkdaşlığa qarşı yönəlmiş istənilən cəhd sonda iflasa məhkumdur. Çünki Ermənistanın Azərbaycana qarşı çıxmaq üçün əvvəlki qaydada nə hərbi gücü, nə də digər potensialı var. Cənubi Qafqazda vəziyyətin sabitləşməsi, əməkdaşlıq əlaqələrinin qurulması, sülhün bərqərar olması üçün regionda maraqlı ölkələr, eləcə də BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa vadar etməli, bunun üçün rəsmi İrəvana təsir mexanizmlərindən faydalanmalıdırlar. Məhz bu halda Cənubi Qafqaz sabitlik və inkişaf məkanına çevrilə bilər. Ermənistan özü də qəbul etməlidir ki, onun perspektiv inkişafı bilavasitə Azərbaycanla, Türkiyə ilə münasibətlərin normallaşmasından, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasından asılıdır. Bu səbəbdən rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsini imzalamağı, ölkəmizin ərazi bütövlüyünü tanımağı tezləşdirməlidir. Əks təqdirdə ölkənin fiaskosu qaçılmazdır. Sərhədlərin delimitasıyası və demarkasiyası dövlətlərin ərazi bütövlüyünün tanınmasını şərtləndirməklə yanaşı, Azərbaycanla Ermənistan arasında gələcəkdə sərhədyanı ərazilərdəki münaqişə və insidentlərdən sığortalanmaq  baxımından da mühüm əhəmiyyət kəsb edir. Sülh müqaviləsinin mühüm tərkib hissəsi kimi sərhədlərin razılaşdırılması qarşılıqlı əməkdaşlıq üçün də olduqca vacibdir. Sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyən edilməsi, üçtərəfli bəyanatların icrasının təmin edilməsi regionda kommuniksiyaların bərpası prosesini sürətləndirə bilər. Azərbaycan bu prosesdə maraqlıdır və kommuniksiyaların açılması istiqamətində əməli addımlar atır. Ermənistan hakimiyyəti də kommuniksiyaların açılmasının tərəfdarı olduğuğunu bildirir. Lakin indiqyə qədər bununla bağlı Ermənistanda praktiki heç bir addım atılmır. Bu mənada Ermənistan artıq sözdən əmələ keçməlidir. Əks təqdirdə bundan zərər görən özü olacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ