şənbə günü, 14 noyabr 2026
     

“Qarabağ klanı” Azərbaycan tərəfindən sındırıldıqlarını etiraf etdi

Image


İkinci Qarabağ müharibəsində üzləşdiyi sarsıdıcı məğlubiyyət fonunda Ermənistanın ictimai-siyasi dairələrində ziddiyyət və çəkişmələr davam edir. Baş nazir Nikol Paşinyanın bu fonda “Qarabağ klanı”nın ünvanına səsləndirdiyi ittihamlar isə bir çox maraqlı məqamların üzə çıxmasına səbəb olmaqdadır.

Nikol Paşinyanın “Azərbaycana Qarabağla bağlı şifahi razılıq verilmişdi və 2018-2019-cu illərdə bu vəd yerinə yetirilməli idi” fikirləri “Qarabağ klanı”nda ciddi əndişə yaradıb. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bunu təkzib etməyə çalışaraq iddia edib ki, heç bir şifahi razılaşma olmayıb: “Mən bu müsahibədən Qarabağ nizamlanması ilə bağlı çıxarışları oxuyanda şoka düşdüm. Çünki orda elə arqumentlər səslənirdi ki, mən onları 2008, 2009, 2010-cu illərdə Azərbaycan prezidentindən eşitmişdim. Mənə elə gəldi ki, Ermənistan lideri yox, Azərbaycan prezidenti danışır. Mənə çox ağır gəldi, çünki Paşinyan Qarabağın statusu ilə bağlı bizə yaxşı imkanlar verən arqumentlərdən daha istifadə edə bilməyəcək. Çünki sabah buna cəhd etsə, bu gün dedikləri ona xatırladılacaq”. Sarkisyan etiraf edib ki, ölkəsində məyus bir mühit var: “Hazırkı hakimiyyətin və Azərbaycanın Qarabağ münaqişəsinin həll edildiyi barədə bəyanatları insanlara təsir edir. Biz kapitulyasiya imzalamağa məcbur olduq, sındırıldıq”. O, hakimiyyətin “siyasi dilənçilik”dən qurtarmalı olduğunu deyib və iddia edib ki, Paşinyan doğru olmayan yolla gedir. Sarkisyan etiraf edib ki, indi Azərbaycan prezidentinin çıxış və sözləri birmənalı olaraq Ermənistan cəmiyyətində həqiqət kimi qəbul edilir. Daha bir vacib nüans odur ki, Nikol Paşinyan Qarabağ danışıqları ilə bağlı uzun illərdir davam edən və Köçəryan-Sarkisyan cütlüyünün bağlı qapılar arxasında hansı vədlər verdiyini ictimaiyyətə təqdim etməklə, əsl reallığı göstərmək yolunu tutub. Paşinyan Kazan danışıqlarından sonra masa arxasında Ermənistanın bütün arqumentləri itirdiyini və keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına mane olacaq heç bir əsasının qalmadığını faktlarla ortaya qoyur. Sarkisyan iddia edir ki, onda bütün sənədlər var, hansı danışıqların aparıldığını söyləyə bilər, ancaq daha sonra qeyd edir: “Bu danışıqlar konfidensialdır və həmsədrlərin razılığı olmadan mən onları aça bilmərəm”. Başqa sözlə, Paşinyanın arqumentlərinə heç bir cavab verə bilmir, masa arxasında danışıqlarda hansı öhdəliklər götürdüyü və sonra da bu öhdəliklərdən qaçdığı haqda rəqibinin faktları qarşısında susmağa üstünlük verir. Ermənistanın “Qraparak” nəşri  bütün bunları təsadüf hesab etmir: “44 günlük müharibə Ermənistanda təkcə on minlərlə insan taleyinə deyil, həm də bütöv bir nəslin, xalqın kollektiv psixologiyasına dönməz şəkildə zərbə vurub. Hazırkı vəziyyətə dözmək, döyüşə çıxmamaq böyük milli utancın təzahürüdür. Bunun əksinə olaraq, milli fəlakətin ən böyük günahkarı və cavabdehi olan Nikol Paşinyan getdikcə daha qəti şəkildə sübut edir ki, onda utanc hissi yoxdur. Paşinyanın az qala hər gün dövlətə xəyanətin yeni meyarını şifahi şəkildə müəyyən etdiyi halda insanlar onu hakimiyyətdən uzaqlaşdırmağın hələ də mümkün olmadığına təəccüblənirlər. Baş prokuror kimi yüksək vəzifə tutan inadkar asayiş keşikçisinin isə Paşinyana qarşı cinayət işi açaraq araşdırma aparmağa cəsarəti çatmayıb. Hüquq-mühafizə sistemi cinayətkar hərəkətsizliyi ilə yüz minlərlə vətəndaşı ümidsizliyə, əxlaqsızlığa, məyusluğa sürükləyib”. Qeyd edilir ki, bu vəziyyətdə Paşinyanın “Qarabağ klanı”nın əməllərini ifşa etməsi erməni cəmiyyətində hamıya inamı sarsıdıb. Elə bu səbəbdən cəmiyyət Azərbaycandan gələn məlumatlara daha çox etibar edir. Bu da erməni cəmiyyəti üçün fəlakət hesab olunur. Erməni politoloq Beniamin Poğosyan qeyd edir ki, bu vəziyyətdə Azərbaycan Qarabağ məsələsində üstünlüyünü daha da möhkəmləndirib: “Biz artıq Azərbaycandan kənarda Qarabağın “status”unu tələb etmirik”. Onun sözlərinə görə, kənarda belə bir fikir var ki, Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olacağına razılaşıb. “1in.am” nəşri yazır ki, əslində, İrəvanın başqa yolu da yoxdur: “Azərbaycanın dediklərinə qarşı çıxmaq yeni müharibə deməkdir. Bu müharibəni aparmaq üçün Ermənistanın gücü yoxdur. Xatırlamaq lazım gəlir ki, son 30 ildə Ermənistan ordusu üçün işlər görülsə də, bu, lazım olan səviyyədə edilməyib. Korrupsiyaya qarşı mübarizədə daha çox iş görmək lazım idi, ordunun formalaşması ilə paralel olaraq ölkədə korrupsioner “ordu” formalaşdırmaq, mümkün olandan qat-qat artıq korrupsiya ilə institutlaşmış, sistemli bir şəbəkə yaratmaq lazım deyildi. Onilliklər ərzində korrupsioner “ordu”nun formalaşdırılması addım-addım həyata keçirilib və hər hansı ictimai sual və ya etiraz rəqib tərəfindən istifadə ediləcəyi bildirilərək susdurulub və ordu bütün bunların pərdələrindən birinə və ya “alibisinə” çevrilib. Əslində rəqib Ermənistanı yeyən korrupsiyadan sui-istifadə edirdi, silahlı qüvvələri daha da gücləndirmək potensialına malik resursun necə yuxarıdan Ermənistanda institutsionallaşmış korrupsiya iştirakçılarının cibinə axdığınnı görürdü. Bu korrupsiyalaşmış şəxslərin həm Ermənistanda, həm də xaricdə villaları, müxtəlif biznesləri, milyonlarla, on-yüz milyonlarla hesabları, o cümlədən ofşorlar var idi.
Bu vəziyyət və həmin sistemin qüsurları Ermənistanı siyasi həyat qabiliyyəti və dayanıqlılığı baxımından tükəndirir, iqtisadi strukturları və perspektivləri məhv edirdi. Bu mənada, ordu ya effektiv dövlət idarəçiliyinin nəticəsini əks etdirir, ya da illər ərzində zəif idarəçiliyin ağır nəticələrini hiss edir”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ