şənbə günü, 14 noyabr 2026
     

Rusiyanın Avropaya qaz ixracını dayandırması təhlükəsi dünya bazarında neft və qazı bahalaşdıra bilər…

Image


Avropa İttifaqı (Aİ) ölkələri, Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi halda qüvvəyə minəcək sanksiyalar siyahısına Rusiyanın qaz layihələrinin də salınmasını müzakirə edir. Qərb tərəfinin əlindəki ən böyük “kozır” isə Almaniya və Rusiya arasında olan “Şimal axını 2” qaz kəməridir.

Həm ABŞ, həm də Aİ rəsmiləri Almaniya hökumətinin bəyanatları fonunda, sanksiyaların ilk sırasında “Şimal axını 2” layihəsinin dayandığını bildirirlər. Buna Moskvanın sərt cavab verəcəyi və qaz ixracını kəsəcəyi ehtimalını da nəzərə alan Avropa ölkələri qarşılaşacağı çətinlikləri aradan qaldırmaq, azalan ehtiyatlarını təhlükəsiz səviyyədə saxlamaq üçün yeni resurslar axtarışına başlayıblar.

Hazırda Rusiya Avropanın ümumi qaz tələbatının 40 faizini (Almaniya üçün 55%) təmin edir. Bu vəziyyətin öhdəsindən gəlmək üçün Avropa Komissiyası və ABŞ alternativ tədarük marşrutlarını araşdırmağa başlayıb. Həm enerji şirkətlərinin, həm də qaz təchizatçısı ölkələrin qapıları döyülür.

“Financial Times” adı açıqlanmayan avropalı bürokratlara istinadən xəbər verir ki, Avropa Komissiyasının enerji üzrə üzvü Kadri Simson fevralın əvvəlində Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etmək üçün Azərbaycanla danışıqlar aparmağı planlaşdırır. Qeyd edilir ki, Ukraynada hərbi münaqişə olacağı təqdirdə Qərbin sanksiyalarına cavab olaraq Rusiyanın Avropaya qaz tədarükünü azaltmasından narahat olan Aİ qaz tədarükünü təşkil etmək ümidi ilə Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır.

FT-yə danışan bir bürokrat onu da bildirib ki, Brüssel mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün bəzi Asiya ölkələri ilə də danışıqlar aparır.

Avropa Parlamentinin rəhbəri Josep Borrell də bildirib ki, Avropa İttifaqı Rusiyadan tədarükün azalacağı təqdirdə ABŞ, Qətər və Azərbaycan kimi ölkələrin qaz tədarükünü kompensasiya edəcəyini gözləyir. Borrell hesab edir ki, Avropada təhlükəsizlik danışıqları uğursuz olarsa, Rusiyadan Aİ-yə qaz nəqlinin azalması və ya hətta dayandırılması baş verə bilər.

Bundan əvvəl ABŞ-ın Qətər və digər əsas LNG ixracatçıları ilə Avropaya qaz təchizatında fasilələr yaranacağı təqdirdə mümkün fövqəladə tədbirlərlə bağlı danışıqlar apardığı bildirilirdi. Lakin “Bloomberg” yazır ki, Rusiyanın enerji şirkəti "Qazprom" mümkün yeni sanksiyalara cavab olaraq Avropaya qaz tədarükünü məhdudlaşdırarsa, alternativ olaraq qəbul edilən Qətər Avropanın təbii qaz ehtiyacını ödəyə bilməyəcək.

Bununla yanaşı Avropada qısamüddətli və qismən həll yolu kimi ABŞ-ın qurduğu tanker xətti də nəzərdən keçirilir. İlk mərhələdə Avropa ölkələrinə iyirmidən çox LNG (mayeləşdirilmiş qaz) tankeri göndərən ABŞ, onlara daha 33 tanker əlavə etməyi planlaşdırır. ABŞ-ın addımı Avropanın təbii qaz ehtiyacının 40 faizindən çoxunu ödəyən Rusiyanın əlindəki ən mühüm təzyiq alətlərindən birini zəiflətmək məqsədi daşıyır.

ABŞ-ın qurduğu körpü və digər ölkələri də cəlb etməyi planlaşdırdığı “tanker koalisiyası” Aİ üçün müəyyən rahatlıq yarada bilər. Rusiyanın Avropaya qaz ixracı ayda 13,4 milyard kubmetr səviyyəsindədir. Ekspertlərin fikrincə, qaz kəsilərsə, Avropa ölkələri nəzəri olaraq bunun 10,5 milyard kubmetrini digər mənbələrdən LNG kimi əldə edə bilər. Bayden administrasiyasının da hədəfi məhz budur. Ancaq bunun praktikada mümkün olması üçün dünyadakı 400 LNG tankerindən azı 100-ə ehtiyac var. Digər tərəfdən ABŞ-ın LNG ehtiyatının buna yetib-yetməyəcəyi də sual altındadır.

Müstəqil beyin mərkəzi “Bruegel”in təhlilinə görə, Aİ qısa müddətdə bu vəziyyətin öhdəsindən gələ bilər. Bununla belə, o, bunun dərin iqtisadi nəticələr verəcəyini, vəziyyəti nizamlı şəkildə idarə etmək üçün Avropanın çətin və bahalı qərarlar qəbul etməli olduğunu iddia edir. Analitiklər bildirirlər ki, çox mühüm qaz çatışmazlığından qaçmaq üçün LNG idxalını artırmaqla yanaşı, sənayedə istehsal məhdudiyyətləri kimi cari tələbatı azaltmaq üçün təcili tədbirlər həyata keçirilməlidir.

Son zamanlar qaz kəsilməsi ilə əlaqədar artan enerji qiymətləri artıq avropalılar üçün xərcləri xeyli artırıb və onları qazdan asılı olan bəzi sənayelərdə hasilatı məhdudlaşdırmağa məcbur edib. Moskvanın qaz nəqlini tamamilə kəsilməsi isə qiymətlərin daha da yüksəlməsinə və Aİ iqtisadiyyatının inflyasiya ilə üzləşməsi kimi yeni problemlərə gətirib çıxara bilər.

Lakin ümumi rəy ondan ibarətdir ki, qlobal təbii qaz təchizatı məhduddur və Rusiyadan gələn qazın həcmini ödəməkdən uzaqdır. Almaniya Federal Geologiya və Təbii Sərvətlər İnstitutunun (BGR) professor-müəllim heyətinin üzvü Martin Pein bildirir ki, tədarük dayandırılacağı təqdirdə Almaniyanın tez bir zamanda Rusiya qazı üçün əvəzedici tapması mümkün görmür.

"Qısa müddətdə bu qədər əvəzedici enerji mənbəyi tapmaq mümkün deyil. Rusiyanın kömür, qaz və neft bazarındakı sahib olduğu payı sürətlə və tamamilə yeniləmək son dərəcə çətin, hətta qeyri-mümkündür" - Pein deyib.

Avropa Siyasət Mərkəzinin analitiki Marko Giuli isə Rusiyanın Avropaya qaz tədarükünü dayandırmasının qlobal enerji sektoruna mənfi təsir edəcəyini bildirir. Məsələn, Rusiyanın beynəlxalq pul köçürmələri sistemi olan SWIFT-dən kənarda qalması kommersiya əməliyyatlarına ciddi təsir göstərə bilər. Bu təkcə təbii qaz bazarlarında deyil, həm də xam neft və neft məhsulları bazarlarında qiymət artımlarına səbəb ola bilər. Lakin bu, hazırda mümkün bir ssenari kimi görünmür. Vəziyyət o səviyyəyə çatarsa  Rusiya əleyhdarları enerji sektoru üçün müəyyən istisnalara gedə bilərlər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ