şənbə günü, 14 noyabr 2026
     

Rizvan Vahabov: “Cəlal müəllim mübarizələrlə zəngin, hamıya örnək ola biləcək və fərqli bir ömür yaşayıb”

Image


Görəkli alim, akademik Cəlal Əliyevin ölümündən 6 il keçir. O, 2016-cı il fevralın 1-də ömrünün 88-ci ilində vəfat edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli Sərəncamına əsasən akademik Cəlal Əliyevin 90 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Cəlal Əliyevlə yaxın dost olan, Dövlət Yanacaq Komitəsinin keçmiş sədri, Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Vahabov mərhum akademiklə bağlı öz xatirələrini qəzetimizlə bölüşüb:

“Artıq 6 ildir ki, özü aramızda yoxdur, amma ruhən bizimlədir: dünyasını dəyişsə də, ötkəm, prinsipial, qayğıkeş obrazı dəyişməz olaraq qalır. Mən Cəlal müəllimi tanıdığım üçün həmişə qürur duymuşam. Onunla ünsiyyət mənim həyatımın yadda qalan xatirələrinə çevrilib. Cəlal müəllim müdriklərdən birinin dostluq haqqında  dediyi fikri müntəzəm xatırladırdı: “Dostlarını tez-tez dəyişən adamın dostu olmaz”. Əqidəsini, məsləkini maddi maraqlara qurban verənləri heç cür qəbul edə bilmirdi.

Deyirdi ki, əsl şəxsiyyət var-dövlətin, rəyasətin yox, həqiqətin yanında dayanmalıdır. Mən onu həmişə belə gördüm: haqqın tərəfində, mərd, mübariz və  əyilməz ... Şəxsiyyətin yetişməsində ailənin böyük təsiri vardır. Ailədəki mühit hər bir insanın gələcək həyat yolunu müəyyənləşdirir. Ulularımızdan ərmağan qalmış əsl azərbaycanlı adət-ənənələrinin üzərində qərar tutan saf ailə mühitində aldığı tərbiyə və daxilindəki vətənpərvərlik hissi çulğaşaraq Cəlal Əliyevin şəxsiyyət kimi formalaşmasında  mühüm rol oynayıb. Cəlal Əliyev Azərbaycan elminin  əfsanələrindən biri sayılır. Onun müstəqil Azərbaycan elminin dünya miqyasında tanıdılmasında  müstəsna xidmətləri vardır. Onun ixtiraları, dəyərli elmi əsərləri, səmərəli təklifləri iqtisadiyyatla elmin vəhdətini təşkil edən fundamental konsepsiyalardır. Elmi kəşfləri Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Cəlal Əliyevin təməlini qoyduğu elmi məktəbin yetirmələri bu gün Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməkdədir. Cəlal Əliyevin ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngindir.

Onun böyük alim kimi yüksək nüfuzu və nümunəvi vətəndaş mövqeyi ölkəmizin ictimai-siyasi həyatındakı coşqun fəaliyyəti ilə qırılmaz vəhdət təşkil edir. Cəlal müəllim mübarizələrlə zəngin, hamıya örnək ola biləcək və fərqli bir ömür yaşayıb. Hər elm adamına nəsib olmayan uğurlara imza atdı. 30 ilə  yaxın  bir  müddətdə Əkinçilik İnstitutunda kiçik, baş elmi  işçi, bitkilərin fiziologiyası laboratoriyasının müdiri işləmişdi.  Onu yaxından tanıyanlar bilirlər ki, Cəlal müəllim çox sadə, hər cür dəbdəbədən, təmtəraqdan uzaq həyat tərzi keçirirdi. Şəxsi mənzili olmadığından 40 yaşına kimi başqa-başqa evlərdə yaşamışdı. 1987-ci ildə Siyasi Bürodan istefa verəndən dərhal sonra Heydər Əliyevin əleyhinə yönəlmiş kampaniya onun yaxınlarından yan keçmədi. Mərkəzi və yerli mətbuatda qərəzli, təhqiramiz yazılar dərc edilməyə başladı. Həmin məqalələrdə kin-küdurət, fürsətkeşlik, intiqam hissi aşıb-daşırdı. “Pravda”, “Sovet  kəndi” və başqa qəzetlərdə Heydər  Əliyevə və  onun qardaşlarına saysız-hesabsız böhtanlar yağdırılırdı. Heydər Əliyev isə bununla bağlı deyirdi ki, məni  ittiham  etmək üçün göstərmək  istəyirdilər ki, mən öz qohumlarımı müxtəlif  vəzifələrə qoymuşam: “Hansı vəzifələrə  qoymuşam? Əgər mən onları nazir və ya raykom katibi , MK -da, Nazirlər  Sovetində, Ali Sovetin Rəyasət Heyətində vəzifələrə təyin etsəydim, bu başqa iş. Lakin mənim bütün qohumlarım elmi  işçilərdir. Özü də onlar mən birinci katib olmamışdan əvvəl bu yolu seçmişdilər. Mən onları elmi işlərdən uzaqlaşdırmalıydım?”

Azərbaycan ictimaiyyətinin yaddaşına Cəlal Əliyev təkcə, böyük alim və ictimai xadim kimi həkk olunmayıb. Azərbaycan cəmiyyəti onu Ümummilli Liderimizin yaxın silahdaşı, əqidə yoldaşı, əvəzsiz xidmətləri olan milli mübariz kimi tanıyır. Cəlal müəllimlə mənim tanışlığımın uzun tarixi var. Cəlal müəllimin fədakarlığına heyran qalmaya bilmirdin. O zaman-zaman çətinliklərlə, məhrumiyyətlərlə üzləşib. Haqsızlıqla  qarşılaşıb, sıxışdırılıb, incidilib. Bütün  bunlara baxmayaraq, əqidəsindən bir addım belə geri çəkilməyib, tutduğu yola inanıb.   Mübarizəsini uğurla başa çatdırana  kimi, sözün həqiqi  mənasında döyüşüb, vuruşub. Cəlal Əliyev bütün qanı və canı ilə dövlətə, dövlətçiliyə, Heydər Əliyevə bağlıydı.

Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılandan sonra onun ailə üzvlərinə qarşı İttifaq miqyasında və respublika rəhbərliyi səviyyəsində hücumlar başlayanda Cəlal Əliyev bütün zərbələri öz üzərinə götürərək həm Heydər Əliyevi mənəvi və fiziki təqiblərdən qorudu, həm də Heydər Əliyevi sevən insanları bir araya topladı.

O, respublikamızın müstəqilliyi və dövlətçiliyi təhlükə altında olanda Ümummilli Liderin hakimiyyətə qayıdışı üçün həyatını təhlükəyə atan, ölümdən belə qorxmayan fədakarlığı və cəsarəti ilə neçə-neçə insana örnək olan, ictimai-siyasi hadisələrin mərkəzində olan şəxs idi . O, həmin dövrdə qəzetlərdə yazılan böhtanların qarşısını cəsarətlə alır, bütün təzyiqlərə baxmayaraq, mübarizəsindən geri çəkilmirdi. Ulu Öndərimizin tərəfdarları Cəlal müəllimi yeriyən, döyüşən, canlı “Heydər Əliyev mərkəzi” hesab edirdilər. Cəlal Əliyev yeganə elm xadimidir ki, Sov. İKP-nin rəsmən buraxılmasından xeyli əvvəl Kommunist  Partiyasından çıxmaq haqqında qərar qəbul etmişdir.

O,1991-ci ildə Elmlər  Akademiyasının partiya  komitəsinə  ərizə  yazdı və partiyadan  çıxdı. Onun yazdığı ərizənin mətni bir daha  sübut  edir  ki, Cəlal müəllim əsl vətənpərvər Azərbaycan ziyalısıdır. Cəlal müəllim ərizədə yazırdı: “Bütün 62 illik ömrüm boyu xalqa, vətənə təmənnasız xidmət etmişəm. Sağlamlığımı, firavanlığımı, ailəmin səadətini elmə fəda etmişəm. Bəs nəticəsi nə olub? Partiya biletini özünə sipər edən cılız, ləyaqətsiz  ünsürlərin təhqir və təqiblərinə məruz qalmışam. Bundan sonra partiyada qalmaq bütün bu cinayətlərdə, vəhşiliklərdə, günahsız  qanlarda, xalqın alçaldılmasında iştirakçı olmaq deməkdir, bu cinayətkar siyasətə tərəfdar çıxmaq deməkdir. Cəlal müəllim dayanmaq  bilmirdi. Yalnız bir dəfə, 1991-ci ildə mərkəzi mətbuatda çıxış etmək  imkanı qazanmışdı. Moskvada  nəşr  edilən  “Nezavisimaya  qazeta” akademikin müsahibəsini  vermişdi. Həmin müsahibədə Cəlal müəllim Heydər Əliyevin və onun  yaxınlarının təqib edilməsinin səbəblərini izah etmiş, Vəzirov və onu əvəzləmiş Mütəllibovu ifşa etmişdi. Belə faktlar onlarla, yüzlərlədir. Məsələn, 1988-ci ildə “Kommunist” qəzetində “Qərəz  çaşqınlığı” adlı böhtan dolu bir yazı çıxmışdı. Əlbəttə ki, bu yazı təsadüfi  deyildi. Hadisələrin  gedişini izləyəndə məlum olur ki, bir neçə gün əvvəl Akademiya  partiya təşkilatının konfransında tribunaya qalxan Cəlal  Əliyev Azərbaycan xalqının şanlı oğlu Heydər Əliyevi tənqid edənləri mafiya üzvləri adlandırmışdı. Və elə buna görə də “Kommunist” qəzeti Cəlal Əliyevi hədəf seçmişdi.

Cəlal Əliyev redaksiyalara, MK-ya  göndərdiyi  məktublarda çəkinmədən, birbaşa yazırdı  ki, Heydər Əliyev haqqında mətbuatda  gedən yazıların əsas səbəbkarı məhz Ə.Vəzirovdur.

Hətta bir dəfə Vəzirov Cəlal müəllimin evinə zəng vurub demişdi ki, Heydər  Əliyev  haqqında məqalələr yazılması üçün mən heç kimə tapşırıq-zad verməmişəm. Cəlal müəllimin dəyanəti Vəzirovu çıxılmaz vəziyyətə salırdı. Elmlər  Akademiyasının prezidenti Vəzirovun göstərişi ilə Cəlal  müəllimdən  xahiş edirdi  ki, o  Vəzirovu tənqid  edən çıxışlarını dayandırsın. O, cəsarətli çıxışlar  edir, qardaşına, onun ailəsinə yağdırılan təhqirləri qəbul etmirdi. Amma onun çoxsaylı  müraciətlərinin təkziblərinin heç biri o illərdə respublika mətbuatında dərc edilmədi. Cəlal Əliyev Azərbaycanın nicatını Heydər Əliyevin Bakıya qayıtmasında və ölkəyə rəhbərlik etməsində görürdü.

O, özü qədər Heydər Əliyevə sadiq olan insanlara müzakirələr açır, onun Bakıya qayıtması üçün çıxış yolu axtarırdı.

Yaxşı xatirimdədir, Cəlal müəllim Əjdər Xanbabayev, Aqil Əliyev və mənimlə görüşündə bütün təhlükələrə baxmayaraq, qətiyyətlə Heydər Əliyevin Vətənə qayıtmasını israrla söyləyirdi. (Bu yolda onun ən yaxın silahdaşı “Azərnəşr”in o dövrkü rəhbəri Əjdər Xanbabayev idi.)

Əjdər müəllim  Moskvaya, Heydər Əliyevə zəng vurub demişdi ki, burada Sizin gəlişinizə mane olurlar, amma Siz mütləq gəlməlisiniz, tərəfdarlarınız Sizi  Bakıda gözləyirlər. Əjdər müəllim yenidən onunla yanvarın 30-da danışdı. Cəlal müəllimlə Ə. Xanbabayev yenidən görüşürlər. Əjdər müəllim  deyir ki, nə olursa-olsun Heydər Əliyev mütləq gəlməlidir. Ə.Xanbabyev neçə müddət idi ki, “KQB” tərəfindən izlənilirdi. Həmin gün  Ə.Xanbabayev dostunun evindən çıxarkən  axşam saat 9 radələrində qətlə yetirildi.  Yeni Azərbaycan Partiyasının (YAP)  yaranmasında əvəzsiz xidmətləri olan Cəlal Əliyev partiyanın quruculuq işlərində fəal iştirak etmişdi. O, YAP-ın “Qızıl Fondu”na adını yazdırmış nadir şəxsiyyətlərdəndir. Onun qazandığı hər bir uğur, nailiyyət gecə-gündüz yorulmadan çəkdiyi zəhmətin, alın tərinin bəhrəsi olub. Onun dövlət və hakimiyyətdən heç bir təmənnası olmayıb.

Cəlal  müəllim qardaşlıq  anlayışını ailə-qohumluq çərçivəsindən çıxarıb əqidədaşlıq, vətəndaşlıq məqamına yüksəltdi. Cəlal Əliyevin böyük vətənpərvərliyinin bariz nümunəsidir. Cəlal Əliyev Qarabağ barədə həqiqətləri yorulmadan dünyaya çatdırırdı. Onun Moskvada işıq üzü görən “Dağlıq Qarabağ Azərbaycanın qanı, canıdır” kitabı erməni işğalı haqqında ən tutarlı elmi-tarixi araşdırma hesab oluna bilər. Akademik Cəlal Əliyev  insanpərvərliyi ilə yaddaşlarda iz qoymuş şəxsiyyətdir. Bu gün Cəlal müəllim aramızda olmasa da vətənpərvər ziyalı, ləyaqətli insan, böyük ictimai xadim kimi qəlbən bizimlədir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ