şənbə günü, 14 noyabr 2026
     

Kreml krossvordu Qərbi çaş-baş salıb, NATO-da parçalanmalar başlanıb

Image


Dünyanın xüsusi diqqət mərkəzində yer alan Ukrayna böhranı Qərb dünyasında ciddi parçalanmaya yol açmaqdadır. Hesab edilir ki, bu gedişlə Qərb ölkələri arasında kəskin fikir ayrılıqları ciddi fəsadlarla müşayiət ediləcək. Baş verənlərlə bağlı nüfuzlu "Faynənşl Tayms" qəzeti yazır ki, Qərb yenidən ciddi sınaq qarşısındadır.

Qeyd edilir ki, Fransa və Almaniya İngiltərənin Rusiyaya qarşı döyüşkən siyasətini narahatlıqla izləyir. Berlin və Paris Moskvaya qarşı daha təmkinli diplomatiyaya üstünlük versə də, London ABŞ-ın kursunu tamamilə qəbul edib. Kiyevi tank əleyhinə qurğularla təchiz edərək, Ukraynaya qaçılmaz müdaxiləni bəyan edib. Məlumata görə, Fransa və Almaniya Böyük Britaniyanın özünü ABŞ-ın fəal müttəfiqi kimi təqdim etməsini narahatlıqla izləyir. Qeyd olunur ki, İraq müharibəsi zamanı olduğu kimi, Şərqi Avropadakı böhran Qərbi iki düşərgəyə parçalaya bilər: bir tərəfdə ingilis-amerikan, digər tərəfdə isə fransız-alman. Məhz belə bir vxtda bəlli olub ki, ABŞ hakimiyyəti yaxın zamanlarda Şərqi Avropaya və NATO ölkələrinə əlavə qoşun göndərmək niyyətindədir. Xatırladaq ki, daha əvvəl Pentaqonun sözçüsü Con Kirbi jurnalistlərə bildirmişdi ki, ABŞ Avropaya 8500 əsgər göndərməyə hazırdır. Onun sözlərinə görə, bunlar döyüş, kəşfiyyat, aviasiya, tibb və nəqliyyat bölmələri olacaq. Qeyd edək ki, son zamanlar Rusiyanın Ukraynaya potensial müdaxiləsi ilə bağlı iddialar Ukraynada və bütün Qərb ölkələrində tez-tez səslənir. Kremlin sözçüsü Dmitri Peskov bu cür xəbərləri boş və gərginliyin əsassız artırılması kimi qiymətləndirərək, Rusiyanın heç kim üçün heç bir təhlükə yaratmadığını vurğulayıb. Peskov bu cür iddialara haqq qazandırmaq üçün təxribatların baş verə biləcəyini qeyd edib və belə cəhdlərin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Baş verənlər fonunda BBC radiosu bildirir ki, hazırda Vladimir Putinin fikirlərini və planlarını anlamağa çalışmaq çətin məsələdir: “Bu, Kremlin xoşuna gəlir: hamı təxmin etməyə çalışsın. Rusiya prezidenti Putinin Ukrayna ilə bağlı planı nədən ibarətdir? Moskva genişmiqyaslı işğala hazırlaşır, yoxsa kiçikmiqyaslı əməliyyat olacaq? Və ya müharibə təhdidi sadəcə eskalasiya siyasətidirmi? Bu xüsusda Kremlin cızdığı krossvordun görünən hissələri Qərbi narahat edir: 1.Ukrayna sərhədində təxminən 100 min Rusiya əsgəri var; 2.Moskva quruda və dənizdə təlimlərə başlayıb; 3.Fevral ayında Belarus-Rusya birgə təlimləri başlayacaq; 4.Kreml ABŞ tərəfindən rədd ediləcəyini bildiyi tələblər irəli sürür (Ukraynanı NATO-ya qəbul etməmək və alyansın qoşunlarını Şərqi Avropa ölkələrindən çıxarmaq; 5. Putinin ruslar və ukraynalılar barədə "bir xalq, bir vahid" deməsi.

Bütün bunlardan sonra Vaşinqton və Moskva arasında sərt ritorika davam etməkdədir. Hakim partiyanın deputatı Yevgeni Popov bu xüsusda bildirib: "Ukrayna torpaqlarında NATO infrastrukturunu yerləşdirməyin. Biz NATO-nun "tərəfdaşlarımızı" tərk etməsini istəyirik. Sərhədlərimizdən çəkilin. Keçmiş sovet respublikalarından çıxın, çünki bu, rus xalqını təhdid edir. Vaxt azalır, bir qərar verməlisiz, həm də təcili". Əks halda nə ola bilər?

Bu sualıma deputat belə cavab verdi: "Əks halda bütün dünya üçün son dərəcə təhlükəli bir reaksiya veriləcək. Bəzi Qərb rəsmiləri Rusiyanın cəsarəti olmadığını deyir. Dostlar, həqiqətən görmək istəyirsizmi?". Rusiya rəsmiləri israr edirlər ki, NATO bu ölkənin milli təhlükəsizliyi üçün təhdiddir. Halbuki, Rusiya sərhədlərinin cəmi 6 faizi NATO ölkələrilə ortaqdır. Kremlin İtaliya və Macarıstan kimi NATO ölkələrilə yaxşı münasibətləri var, hətta bu alyansın üzvü olan Türkiyəyə müdafiə sistemləri satır. Üstəlik, NATO 70 ildən çoxdur ki, Rusiya sərhədlərindədir. Digər tərəfdən, yaxın gələcəkdə Ukrayna, Gürcüstan və hər hansı başqa keçmiş sovet respublikasının NATO-ya qəbul ediləcəyinə dair heç bir işarə yoxdur. Bəs nə üçün Kreml bu məsələni idefiksə çevirib? Qismən daxili səbəblərə görə. Məqsədlərdən biri rus xalqını sözdə düşmənə qarşı biləşdirməkdir. Eyni zamanda, səbəb bəlkə də o ola bilər ki, Rusiya bu vəziyyətdən Avropanın təhlükəsizlik düzənini Moskvanın maraqlarına uyğun şəkildə yenidən formalaşdırmaq üçün bəhanə olaraq istifadə edir, ya da öz təsir dairəsini genişləndirmək və "soyuq müharibənin" nəticələrini yenidən "yazmağa" çalışır. Bəs sonrakı addım nə olacaq?

Krossvordun bütün hissələri olmadığı üçün bunu ancaq təxmin edə bilərik. Sonrakı addım Amerikanın Avropa düzənini müzakirə etmək təklifinin Vladimir Putini qane edib-etməyəcəyindən asılı ola bilər. Rusiya lideri bu düzəni ləğv etmək fikrində qərarlıdırsa, Qərb və Şərq arasında hərbi qarşıdurmalar və uzunmüddətli mübahisələr yarana bilər. Rusiya Beynəlxalq Münasibətlər Şurasının baş direktoru Andrey Kortunov qeyd edir: "Ümid edirəm, indiyə kimi əldə etdikləri Putini qane edər. Mən onun müəyyən qədər uğur qazandığını düşünürəm. Qərblə dialoq qurdu, Ukrayna sərhədindəki gərginliyi qorumaqla Qərbin Rusiya tərəfinin təkliflərini nəzərə almaq üçün təşviq edilməsinə yardımçı oldu. Amma Putin vəziyyəti başqa cür dəyərləndirə bilər. Deyə bilər ki, Qərb Rusiyanı sonsuz və mənasız müzakirələrə cəlb etməyə çalışır və onun Ukraynaya təsiri artmaqda davam edəcək. Amma Rusiya vətəndaşları Ukraynada böyük bir hərbi əməliyyatda iştirak etməyə həvəs göstərmirlər". Məhz belə bir vaxtda diqqətçəkən məqam odur ki, Qərb ölkələri bir-birinin ardınca Ukraynadakı səfirlik əməkdaşlarını geri çağırır. 

Bu fonda “Reuters” agentliyi Rusiyanın Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxiləsinin qaçılmaz olduğuna dəlalət edən informasiya yayıb. Orada bildirilir ki, Rusiya Ukrayna ilə sərhəddə qurulmuş səhra hospitallarına donor qan ehtiyatı yığır. Qan ehtiyatının son bir həftədir Ukrayna sərhədləri istiqamətində daşındığı bildirilir. Sərhədboyu qurulmuş səhra hospitallarına xüsusi həkim briqadaları göndərilir. Beynəlxalq Strateji Kəşfiyyat Mərkəzi (ICSI) isə Ukrayna ilə bağlı  maksimal müharibə təhlükəsi statusu - qırmızı+ səviyyəsi elan edib. Bu, döyüş əməliyyatlarının başlaması ilə bağlı maksimal təhdid səviyyəsidir, daha sonra isə qara səviyyə gəlir ki, bu artıq müharibənin başlaması deməkdir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ