Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) növbənkənar parlament seçkilərinin nəticələri rəsmi mətbuatda dərc olunub.
Baki-xeber.com-un xəbərinə görə, nəticələrə əsasən 5 partiya – UBP, CTP, DP, HP və YDP 5 faizlik baraşı aşaraq Cümhuriyyət Məclisində təmsil olunmaq şansı qazanıb.
Bu gün, yanvarın 31-də yeni millət vəkillərinə mandatları təqdim olunacaq. Eyni zamanda, KKTC qanunlarına əsasən, parlamentin ilk iclası fevralın 7-də keçiriləcək. Həmin gün yerli vaxtla saat 10:00-da toplanacaq yeni parlamentin ilk iclasında millət vəkilləri and içəcəklər.
KKTC parlamentinin əsasnaməsinə görə, ilk iclası parlamentin ən yaşlı üzvü UBP millət vəkili Ünal Üstel idarə edəcək. Yeni parlamentin spikeri seçilənə qədər Ü.Üstel müvəqqəti olaraq parlamentin sədri postunda oturacaq.
Bundan sonra Cümhurbaşqanı E.Tatar yeni hökuməti qurma səlahiyyətini UBP genel başqanı Faiz Sucuoğluna verəcək.