Ermənistanın hakim “Mülki müqavilə” partiyası prezidentliyə namizədlə bağlı qərar verib. Ermənistan KİV-lərinin verdiyi məlumatda bildirilir ki, partiyanın prezidentliyə namizədi baş nazir aparatının rəhbəri, keçmiş mədəniyyət və idman naziri Arayik Arutyunyan seçilib.
Erməni nəşri qeyd edir ki, məhz bu qərara görə, hazırda kadr dəyişiklikləri aparılır. O cümlədən, Nairi Sarkisyan baş nazirin köməkçisi vəzifəsindən azad edilib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Nairi Sarkisyanın hökumət başçısının köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Arayik Arutyunyan 2021-ci ilin yayında Ermənistanın baş nazirinin aparat rəhbəri təyin olunub.
Bu şəxsin prezident seçilmək şansını nə dərəcədə real saymaq olar?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın üsul idarəsi parlamentdir: “Yəni ölkəsə əsas söz sahibi baş nazir sayılır. Prezidentlik həmin ölkədə daha çox notariat kontoru rolunu oynayır. Prezident simvolik olaraq ölkənin ali şəxsi sayılır. Qərarların icrası qismində də əsas rol düşürdü Prezidentin Administrasiyasının üzərinə . Nikol Paşinyan indi də yaranmış situasiyadan istifasə edib özünün hazırkı aparat rəhbərini Prezidentliyə namizəd kimi irəli sürür. Bu şəxsin perspektivi var. 44 günlük müharibədən sonra Paşinyan bir müddət zəif düşdü, lakin sonra vəziyyəti nəzarət altına aldı. Növbədənkınar seçki ilə isə öz pozisiyasını daha da möhkəmlətdi. Onu narahat edən postlardan biri müdafiə naziriydi. Çünki həmin qirumda çoxlu sayda köhnə hakimiyyətin adamları vardı. Müdafiə naziri postuna əvvəl biabırçı bir maddə ilə həbs edilən şəxsi gətirdi. Bundan sonra Nikol Paşinyan siyasi elitanı tam ələ keçirmək istiqamətində də addımlar atmağa başladı. Hazırda Paşinyanın qarşısında qalan əsas maniyə ədliyyə sistemidir. Çünki məhkəmə sistemində onun əleyinə çoxlu sayda qərarlar verilir. Bu istiqamətdə mübarizə üçün Prezidentlik postuna özünün adamını yerləşdirməyin ona böyük faydası olacaq. Həmin posta onun alternativi də var. Arutunyanın çox pis olan korrupsioner imici var. Görsələr ki, xalqa bunu həzm etdirə bilmirlər başqa bir namizədin də üzərində dayana bilərlər”.
Məhəmmədəli QƏRİBLİ