şənbə günü, 14 noyabr 2026
     

Rusiya ən müasir 40 döyüş gəmisini Qara və Baltik dənizlərinə göndərdi…

Image


Ukrayna sərhədinə 100 mindən çox əsgər yığaraq son illərin ən böyük gərginliyini yaradan Rusiya, Avropanın ürəyində yerləşən Kalininqraddan 20 döyüş gəmisini Baltik dənizinə aparıb.

Rusiya ordusunun “Zvezda” televiziyası xəbər verir ki, donanma, o cümlədən yeni nəsil “Stoikiy” və “Soobrazitelnıy” gəmiləri təlim üçün bazalarını təcili tərk ediblər.

Rusiya mətbuatı nəhəng təlimin NATO-nun Şərqi Avropaya qoşun yeritmək qərarından dərhal sonra həyata keçdiyinə diqqət çəkir və bunu alyansa cavab addımı kimi dəyərləndirir.

Rusiya Müdafiə Nazirliyi isə İdil çayı kənarında Engelsdə yerləşdirilən uzaqmənzilli strateji bombardmançı Tu-95-lərin fotolarını paylaşıb. Engelsdəki aviabaza Ukrayna sərhədindən təxminən 470 kilometr məsafədə yerləşir.

Rusiya ordusu ölkənin cənubunda Ukrayna yaxınlığında və Moskvanın ilhaq etdiyi Krımda da hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyinin yaydığı açıqlamada, təlimlərdə 6 min əsgər və ən azı 60 döyüş təyyarəsinin iştirak etdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya donanması yanvar və fevral aylarında “məsul olduğu” bütün bölgələrdə ardıcıl hərbi təlimlər keçirəcək. Artıq 20-dən çox rus döyüş gəmisi təlim üçün Qara dənizə gəlib.

Rusiya hərbi təlimlər üçün Belarusa Su-35 döyüş təyyarələri göndərib.

Qərb cəbhəsində isə həm diplomatiya, həm də hərbi hərəkətlilik daha da artıb. NATO dörd ölkənin öz döyüş gəmilərini və reaktiv təyyarələrini bölgəyə göndərəcəyini təsdiqləyib. Buna uyğun olaraq Hollandiya ordusu Bolqarıstana iki F-35 təyyarəsi endirəcək. İspaniya həmçinin Bolqarıstana döyüş təyyarələri, Qara dənizə isə hərbi gəmilər göndərəcək. Danimarka Baltik dənizinə bir freqat, Litvayaya isə dörd F-16 göndərəcək. Fransanın isə Rumıniyaya qoşun göndərəcəyi gözlənilir.

  • 8500 ABŞ əsgəri yüksək hazırlıq vəziyyətinə gətirildi

Bu arada, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukrayna ətrafında gözlənilməz vəziyyətlə əlaqədar NATO Çevik Müdaxilə Qüvvələri hərəkətə keçəcəyi təqdirdə dəstək üçün 8500 əsgərin yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

Pentaqonun sözçüsü Con Kirbi bəyan edib ki, NATO çağırarsa, 8500 əsgər alyansın çevik müdafiə qüvvələrinə qoşulmaq üçün hazır vəziyyətdə olacaq. ABŞ-ın müdafiə naziri Lloyd Austin isə bir qrup əsgərə digər fövqəladə hallara hazır olmaq göstərişi verib, lakin sözçüsü Kirbi bu əsgərlərin sayını açıqlamayıb.

Pentaqona görə, Rusiyanın hazırda gərginliyi azaltmaq niyyəti yoxdur.

Qeyd edək ki, NATO Çevik Müdaxilə Qüvvələrini yüksək hazırlıqlı və texnoloji cəhətdən inkişaf etmiş çoxmillətli quru, hava, dəniz və xüsusi əməliyyat qüvvələrindən ibarətdir. Xidmətə hazırlaşmaq üçün əmr alan qoşunlar əlavə briqada döyüş ekipajları, maddi-texniki təchizat personalı, tibbi təminat, aviasiya dəstəyi, kəşfiyyat, müşahidə missiyaları üzrə qüvvələrdən ibarətdir. Alyansın Estoniya, Litva, Latviya və Polşada tanklar, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat və müşahidə sistemləri ilə təchiz edilmiş 4 minlik qoşunu var.

  • Bayden Ukraynaya əsgər göndərmək istəmir...

Ağ Ev isə Vaşinqtonun bütün ssenarilər üzrə hərbi planlar hazırladığını bəyan edib. Ancaq bununla belə Bayden administrasiyası dəstək üçün Ukraynaya əsgər göndərmək niyyətində deyil. Ağ Evin sözçüsü Cen Psaki ABŞ-ın hər cür ssenariyə hazır olduğunu deyib: "Seçdiyimiz yol diplomatiyadır, lakin sərhəd bölgəsində hərəkətliliyin artdığını görürük".

Baydenin diqqətinin NATO-nun şərq cinahında olduğunu vurğulayan Psaki, onun Ukraynaya qoşun göndərmək niyyəti və ya istəyində olmadığını deyib.

NATO-nun baş katibi Yens Stoltenberq də bəyan edib ki, alyans Ukraynaya əsgər göndərməyəcək: “Lakin biz hazır olduğumuza və bütün müttəfiqləri, xüsusən də alyansın şərqində müdafiə öhdəliyimizlə bağlı anlaşılmazlıqların olmamasına əmin olmalıyıq".

  • Consondan Putinə xəbərdarlıq - bir çox rus ananın oğlu evə dönə bilməyəcək

Britaniyanın baş naziri Boris Conson da Rusiya Ukraynaya təcavüz edərsə, Avropadakı müttəfiqlərini qorumaq üçün NATO-ya dəstək verəcəklərini bəyan edib. Britaniya ordusunun 2015-ci ildən bəri 21 min Ukrayna əsgərinə təlim keçdiyini deyən Conson Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib: "Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə baş verəcək faciə haqqında düşünəndə ürpəşirəm. Ukraynalıların öz ölkələrini müdafiə etmək üçün qanuni hüquqları var. Onların müqaviməti Çeçenistanda, Bosniyada və ya Avropanın 1945-ci ildən bəri dözdüyü istənilən münaqişəyə bənzər şəkildə inadkar və qanlı olacağına inanıram...

Əgər Putin qan tökmək yolunu seçsə, ukraynalılar şiddətlə müqavimət göstərəcəklər. Tarix bunu göstərir. 2014-cü ildə öz ölkələrini müdafiə etməyə çalışan ukraynalılar daha güclü döyüş qabiliyyəti ilə döyüşmək əzmində olacaqlar. Əgər Rusiya bu yolu seçsə, bir çox rus ananın oğlu evə dönə bilməyəcək".

Conson həmçinin vurğulayıb ki, Britaniya və müttəfiqləri Rusiyaya “ağır iqtisadi sanksiyalar”la cavab verəcəklər. O, deyib ki, Böyük Britaniya aylardır ABŞ və onun avropalı müttəfiqləri ilə sanksiyalar vasitəsilə müharibənin qarşısını almaq üçün işləyir. Conson deyib ki, o və ABŞ, Fransa, Almaniya, İtaliya, Polşa və Aİ liderləri Rusiyaya qarşı əvvəlki sanksiyalardan daha ağır, əlaqələndirilmiş və sərt iqtisadi sanksiyalar tətbiq edəcəkləri barədə razılığa gəliblər.

Qeyd edək ki, ABŞ-ı Ukraynadakı diplomatların ailələrini və bəzi işçilərin bu ölkədən çıxarmaq barədə qərar qəbul edib. ABŞ-ın ardından Böyük Britaniya və Hollandiya Kiyev səfirliyindəki işçilərini yarıya qədər ixtisar edir.

Kanada hökuməti də Ukraynada xidmət edən diplomatik heyətin ailə üzvlərini geri çağıracaq. "Rusiyanın Ukraynada və onun ətrafında davam edən hərbi hərəkətliliklə əlaqədar olaraq, biz Kanada səfirliyinin əməkdaşlarının ailə üzvlərini müvəqqəti olaraq ölkədən çıxarmaq qərarına gəldik. Ukraynanın Kanadadakı və Kiyevdəki səfirliyinin rəsmiləri vəziyyəti yaxından izləməyə davam edəcəklər" deyə bu barədə rəsmi bəyanatda bildirilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ