şənbə günü, 14 noyabr 2026
     

Ermənistan hansı əsasla Azərbaycanın Qarabağına 290 milyon dollar ayırır?..

Image


Bir müddət əvvəl Ermənistan hökumətinin Qarabağdakı separatçılara maliyə yardımını dayandıracağı haqda rəsmi məlumatlar yayılsa, ermənilərin hər sözü kimi bu da yalan çıxdı.

Görsənən odur ki, Ermənistan hökuməti “nə yardan doyur, nə əldən qoyur”, yəni Nikol Paşinyan nə separatçıbaşı Araik Artunyunyandan nə əl çəkir, nə də birdəfəlik onu rədd edir. Bəzən aşkar, bəzən də gizli şəkildə separatçıları “yemləyən” Paşinyan hökumətinin separatçılara yardım ayıracağı haqda məlumatlar yayılıb. Teleqram kanalında yayılan xəbərlərə görə, Ermənistan hökuməti 2022-cu ildə Qarabağ separatçıları və terrorçularına 290 milyon dollar pul ayıracaq. Məlumatlara görə, bu barədə Paşinyan Qarabağ quldurlarının başçısı Araik Arutyunyanla görüşü zamanı qərar verib. Deyilənə görə, Ermənistanın separatçılara ayırdığı pul vəsaiti Barada - Xankəndi subkəmərininin və Barada su anbarının inşasına, eləcə də digər layihələrə yönələcək. Onlar həmçinin evlərin, infrastrukturların tikintisi və Qarabağin sosial problemləri barədə müzakirə edib.

Paşinyan bir tərəfdən deyir ki, Azərbaycanla sülh sazişi imzalamaq istəyirik, Azərbaycanın ərazisi bütöv, sərhədləri toxunulmazdır, o biri tərəfdən müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdəki sepratçılara pul ayırır. Bunu necə anlamaq olar? Ermənistan hansı əsasla Azərbaycanın Qarabağına 290 milyon dollar pul ayırır?

  • Rövşən Rəsulov: “Ermənistan rəhbərliyi Azərbaycanın səbr kasasını doldurur və eyni zamanda, bu qanunsuzluqların qarşısının alınması...”

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın siyasi rəhbərliyinin bu davranışı açıq-aşkar Azərbaycanın səbr kasasının daşmasına xidmət edir: “Nikol Paşinyanın İrəvanda Qarabağ separatçılarının quldurbaşısı Araik Arutynunyanla görüşməsi və ona Ermənistanın büdcəsindən 290 milyon pul ayırması göstərir ki, artıq Ermənistan rəhbərliyi Azərbaycanın səbr kasasını doldurur və eyni zamanda, bu qanunsuzluqların qarşısının alınması üçün Bakı ciddi tədbirlərə əl atmalıdır. Artıq nə vaxt 2020-ci ilin sentyabrına qədərki vaxtıdır, nə də regiondakı mövcud proseslər illər əvvəl burada cərəyan edən proseslərlə eynilik təşkil etmir. Yəqin Nikol Paşinyan və terrorçu Araik unudublar ki, 2020-ci ilin noyabrında Azərbaycan əsgəri Xankəndinin həndəvərində dayanmışdılar və saxta, qondarma “respublikada” beş-on nəfər adamdan başqa kimsə qalmamışdı. Məhz bu baxımdan qeyd etmək istərdim ki, səbr kasası dolmağa başlayıb və onlara öz yerlərini göstərməyin tam zamanıdır. Nə Rusiya sülhməramlılarının oradakı qeyri-qənaətbəxş fəaliyyətləri, nə də digər faktorlar Bakının bu məsələlərə birdəfəlik son qoymasını əngəlləyə bilməz. Sizi inandırım ki, düşmənin ayağı yer aldıqca o daha da həyasızlaşacaq və biz bu kimi məlumatları da tez-tez oxumalı, istər-istəməz əsəb, stres keçirməli olacağıq. Mən burada cənab Prezidentimizin ölkə jurnalistlərinə verdiyi müsahibədə bir ifadəsini xatırlatmaq istərdim. Dövlətimizin başçısı Ermənistanla sülh sazişi və sərhədlərin delimitasiyası ilə bağlı sualları cavablandırarkən birbaşa Nikol Paşinyana, bütövlükdə isə Ermənistanın siyasi dairələrinə etibar etmədiklərini açıq şəkildə bəyan etdi. Həmçinin xatırlatdı ki, belə davam edə bilməz. Bu kontekstdən çıxış edərək qənaətə gələ bilərik ki, artıq belə davam etməyəcək və bir gün, özü də ümid edək ki, tez bir zamanda, düşmən ölkənin qıcıqlandırıcı hərəkətlərinə, eləcə də separatçıların həyasızlıqlarına tərəf dəmir yumruq endiriləcək”.

R.Rəsulovun sözlərinə görə, 44 günlük savaşın üzərindən xeyli müddət keçib və ötən müddət ərzində bir neçə dəfə görüşlər baş tutub. “Lakin demək olar ki, üçtərəfli bəyanatdakı bəndlər yalnız birtərəfli qaydada yerinə yetirilir, yəni Azərbaycan üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra edir. Ermənistan isə bildiyimiz kimi hələ də müxtəlif bəhanələrlə prosesi uzadır. Halbuki, Rusiya sülhməramlılarının Qarabağa, məsul olduqları bölgələrə daxil olmaları ilə paralel şəkildə oradakı bütün qanunsuz silahlı birləşmələr çıxarılmalı idi. Ancaq biz bütün bunların yerinə Ermənistanın separatçı-quldur rejimə vəsaitlər ayırdığını müşahidə edirik. Bu halda, bayaq da qeyd etdiyim kimi, məsələni köklü şəkildə həll etməyin vacibliyi faktoru ortaya çıxır və ümid edirik ki, belə də olacaq. Qarabağ iqtisadi regionu bilavastə Azərbaycanın maliyyəsi hesabına dirçəldilir və Xankəndi də buraya daxildir. Əgər Ermənistan yenə burnunu ölkəmizin daxili işlərinə soxacaqsa, bu zaman həmin burnun növbəti dəfə və birdəfəlik qırılmasının vaxtı çoxdan çatıb” - deyə R.Rəsulov qeyd etdi.

  • Şakir Ağayev: “Ermənist hökumətinin bu hərəkəti heç bir məntiqə sığmır”

“Novaya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev də bizimlə söhbətində bunu Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirdi. “Belə bir məlumatlar var ki, Ermənistan büdcəsindən Azərbaycan ərazisinə, Qarabağ iqtisadi zonasına aid olan Xankəndinə qanunsuz olaraq 290 milyon dollar ayrılacaq...Ümumiyyətlə, Ermənist hökumətinin bu hərəkəti heç bir məntiqə sığmır. Bura Azərbaycan ərazisidir. Azərbaycan ərazisindəki separatçılara qanunsuz maliyə yardımı ayırmaqdansa Paşinyan yaxşı olar ki, demorkasiya və delimitasiya işləri ilə məşğul olsun, Azərbaycanla sülh sazişi imzalasın. Ermənistandan qat-qat varlı olan və daha çox maliyə imkanlarına malik olan Azərbaycan dövləti özü öz ərazisində yaşayan ermənilərin sosial-iqtisadi durumunun yaxşılaşmasını həyata keçirəcək, bu məsələyə milyardlarla vəsait ayıracaq. Buna görə Ermənistan narahat olmasın və separatçılara kömək etməsin. O bölgə Azərbaycanın digər əraziləri kimi dövlət büdcəsindən ayrılan vəsait hesabına inkişaf etməlidir. Çox təəssüflər olsun ki, Ermənistan hələ sülh müqaviləsi imzalamağa doğru hərəkət etmir, ən azından öz əhalisinin durumunu nəzərə alıb bunu etməli idi. Əgər Paşinyan Qarabağda yaşayan erməniləri düşünürsə, onların sosial-iqtisadi vəziyyətinə görə narahat olursa sülh müqaviləsi bağlayardı və Qarabağdakı ermənilər Azərbaycan vətəndaşları kimi daha firavan yaşayardılar. Paşinyan görüntü yaratmaq naminə büdcədən Qarabağ separatçılarına pul ayrılacağını deməkdənsə, yaxşı olar ki, həmin vəsaiti çox ağır durumda olan Ermənistan vətəndaşlarının, əhalisinin sosial-iqtisadi vəziyyətini düzəltməyə yönəltsin” - deyə Ş.Ağayev qeyd etdi.

Ş.Ağayev deyir ki, Paşinyan separatçılara jest etməklə “biz sizi unutmamışıq deyir, bu da birbaşa erməni xislətindən irəli gəlir” və sair. O, hesab edir ki, Paşinyanın Araiklə görüşməsi və orada Ermənistan büdcəsindən  separatçılara pul ayrılacağını deməsi sırf daxili auditoriyaya hesablanıb. Bütün hallarda, bunun qəbuledilməz olduğunu deyən Ş.Ağayevin sözlərinə görə, Ermənistanın Baş naziri ikiüzlülük edir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ