şənbə günü, 14 noyabr 2026
     

Vətən müharibəsi və Azərbaycanın bütün bölgə ölkələri üçün açdığı yeni inteqrasiya imkanları...

Image


Azərbaycan 30 illik müstəqilliyi dövründə istər regionda, istərsə də dünya miqyasında ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, hərbi, sosial, mədəni və digər sahələrdə ikitərəfli və çoxtərəfli əlaqələr qurmağa və beynəlxalq nüfuzunu ildən-ilə artırmağa nail olub. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra, ilk məqsəd dünya birliyinin bərabər hüquqlu üzvü olmaq, milli təhlükəsizliyi, ərazi bütövlüyü, müstəqilliyini təmin etmək idi. Ancaq müxtəlif səbəblərdən bu, o qədər də asan deyildi.

Məsələ ondadır ki, SSRİ dağılan ərəfədə ittifaq miqyasında etnik zəmində separatizm alovlanmağa başladı. Müxtəlif xarici qüvvələr bütün bunlardan öz məqsədləri üçün istifadə etməyə cəhd edirdilər. Ermənistanın əsassız iddiaları Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə qarşı yönəlmişdi. Bir yandan müstəqilliyi, ərazi bütövlüyünü qorumaq, o biri bir yandan beynəlxalq birliyə inteqrasiya olunmaq bunların hamısını eyni vaxtda həyata keçirmək zərurəti yarandı. Azərbaycan bir sıra təşkilatlara üzv oldu. Belə ki, 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatına, 1992-ci ildə ATƏT,  BMT və digər beynəlxalq təşkliatlara üzv oldu. 1993-cü ilin sentyabrında Azərbaycan MDB-yə üzv oldu. Digər beynəlxalq və regional təşkilatlarla Azərbaycan əməkdaşlıq edir. NATO, Avropa İttifaqı ilə də əməkdaşlıq var.

Danılmaz reallıq ondan ibarətdir ki,  ölkəmizin milli dövlət mənafelərinə əsaslanan, Azərbaycan xalqının maraqlarına, təhlükəsiz və firavan yaşayışının təmin olunmasına xidmət edən, eləcə də daim dəyişən qlobal və regional proseslərə uyğunlaşdırılan çevik xarici siyasət strategiyasının təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu öndərin müxtəlif ölkələrin, habelə, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər, apardığı müzakirələr və əldə olunan razılaşmalar sayəsində yenicə müstəqillik qazanmış Azərbaycanın beynəlxalq miqyasda həqiqi müstəqil dövlət və etibarlı tərəfdaş imici formalaşdı. 2003-cü ildə İlham Əliyev prezident seçiləndən sonra bu siyasət uğurla davam etdirildi. Bir sıra ölkələrlə uğurlu əməkdaşlıq formatları quruldu. Beynəlxalq təşkilatlarda Azərbaycanın fəallığı artdı. Məlum olduğu kimi, 2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olan Azərbaycan 2014-cü ildə 6 ay müddətində bu təşkilatın Nazirlər Şurasına sədrlik edib. Azərbaycanın dünyada ən böyük təşkilat olan BMT-dəki mövqeləri kifayət qədər möhkəmdir. 2011-ci ildə ölkəmizin 155 dövlətin dəstəyi ilə Təhlükəsizlik Şurasına (TŞ) iki il müddətinə qeyri-daimi üzv seçilməsi də bunu göstərir. BMT çərçivəsindəki fəaliyyəti Azərbaycanın müstəqil inkişafına dəstək verməklə yanaşı, beynəlxalq ictimai rəyin ölkəmizin maraqlarına uyğun istiqamətdə formalaşmasına şərait yaradır. Azərbaycan üzvü olduğu Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT və digər qurumlarda da fəal rol oynayır. Ölkəmiz həmçinin Avropa İttifaqı, NATO kimi təşkilatlarla siyasi, iqtisadi, təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlıq edir. Özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün 2019-cu ildə Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğuru oldu. 2021-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında hərəkatın sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib. Bütövlükdə 2020-ci ilin payızında Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra bölgədə yeni inteqrasiya meylləri yaranıb.

  • “Vətən müharibəsindən sonra bir sıra ölkələr Azərbaycanla əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Vətən müharibəsindən sonra bir sıra ölkələr Azərbaycanla əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir: “Bu bir reallıqdır. 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da işğalçı Ermənistanın məğlubiyyətindən sonra 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi, eyni zamanda türk dünyasının birliyini və bərabərliyini genişləndirməsi baxımından müstəsna əhəmiyyətə malik oldu. İlham Əliyevin səyləri nəticəsində bu gün ən yüksək əməkdaşlıq zirvəsinə qalxan türk dövlətlərinin birliyinin vacibliyi və əhəmiyyəti Vətən müharibəsi dövründə bir daha özünü təsdiq etdi. Müharibədən sonra Türkiyə və Azərbaycan arasında Şuşa bəyannaməsi imzalandı. Region ölkələri ilə bir sıra əməkdaş formatları qurulur. Bütün bunlar çox önəmli hadisələrdir”.

  • “Ölkələr arasında əməkdaşlıq keyfiyyətcə yeni müstəviyə keçib”

Partiya sədri hesab edir ki, bölgədə yeni reallıqlar yaranıb: “Fikrimcə, bütün bunların nəticəsidir ki, ölkələr arasında əməkdaşlıq keyfiyyətcə yeni müstəviyə keçib. Nəzərə almaq lazımdır ki, 3+3 formatı çərçivəsində regional əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində proses gedir. Azərbaycanın olduqca önəmli coğrafi mövqedə yerləşməsi tranzit əlaqələrinin qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan həm regional, həm beynəlxalq  qurumlarda da fəal iştirak edərək regional proseslərə daha yaxından töhfə verməyə çalışır”.

  • “Çoxşaxəli əməkdaşlıq formatlarında iştirak etməklə, müstəqilliyini daha da möhkəmləndirir”

Partiya sədri onu da qeyd etdi ki, bütün bunlar strateji əhəmiyyət kəsb edir: “Azərbaycan çoxşaxəli əməkdaşlıq formatlarında iştirak etməklə, müstəqilliyini daha da möhkəmləndirir. Hesab edirəm ki, müasir dövrdə bu, çox önəmli məsələdir. Ona görə ki, geosiyasi tarazılığın qorunması baxımından bunun əhəmiyyəti böyükdür. O üzdən hesab edirəm ki, Azərbaycan uğurlu siyasət aparır”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ