Baş nazir Paşinyan mətbuat konfransında bir sıra maraqlı açıqlamalar verib. O deyib ki, Azərbaycanla sülh sazişi imzalamaq istəyirik.
"Ancaq ilk növbədə sazişin mətni hazırlanmalıdır ki, bunun üçün də müzakirə və danışıqlar aparmaq lazımdır" - baş nazir deyib.
Paşinyan xatırladıb ki, hələ 1992-ci ildə Azərbaycan və Ermənistan parlamentləri MDB sərhədləri çərçivəsində bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyan sənədləri ratifikasiya edib.
Təhlilçilər Paşinyanın bu bəyanatını Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının birmənalı etirafı kimi şərh edirlər.
Ramil QULİYEV