İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Füzuli şəhərinə səfər edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “Twitter”də bildirib.
Qeyd edək ki, İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter"də bildirib.
O qeyd edib ki, İran nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə də səfər edəcək.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi iki ölkə arasında bir çox sahələrdə birgə böyük layihələrin olduğunu və səfəri çərçivəsində iki ölkə arasında enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sahələrdəki layihələr haqda müzakirələr aparılacağını bildirmişdi.
Səfər çərçivəsində iranlı nazir Azərbaycan rəsmiləri ilə görüşəcək.