şənbə günü, 14 noyabr 2026
     

ABŞ və Britaniyanın Ukraynadakı diplomatlarına “ailələrinizi çıxarın” komandası verildi – müharibə an məsələsidir

Image


Moskva nə qədər işğal iddialarını rədd etsə də, Ukrayna sərhədində yerləşdirdiyi və yerləşdirməyə davam etdiyi hərbi qüvvələr müharibə qorxusunu günü-gündən daha da artırır.

Ötən həftə aparılan diplomatiya heç bir nəticə vermədi. Rusiya NATO və ABŞ-dan NATO-nun keçmiş sovet coğrafiyasında genişlənməyəcəyinə dair zəmanət tələbi gözlənildiyi kimi qəbul edilmədi.

100 mindən çox rus əsgəri səhra xəstəxanaları və yanacaq anbarları ilə Ukraynanın şərq sərhədində toplaşıb. “Batalyon taktiki qrupları” Ukrayna qüvvələrini parçalayacaq və paytaxt Kiyevi təhdid edəcək iki cəbhədən hücuma açıq şəkildə hazırlaşmaq üçün Ukraynanın şimalında, Kremlə yaxın dövlət olan Belarusa göndərilib.

Rusiya Belarusa onlarla döyüş təyyarəsi və iki S-400 hava hücumundan müdafiə sistemi də göndərib. Şimaldan, Belarus-Ukrayna sərhədi üzərindən hücum Rusiyaya Ukrayna paytaxtına qərbdən yaxınlaşmağa və onu mühasirəyə almağa imkan verəcək.

ABŞ, qoşunlarının Ukrayna tərəfindən hücuma məruz qaldığını iddia edərək, Rusiyanın əməliyyata başlamaq istədiyinə dair dəlillərə malik olduğunu deyir. Müharibə ehtimalı təhlükəli dərəcədə yüksək görünür. ABŞ prezidenti Co Bayden də Rusiyanın Ukraynaya doğru “hərəkət etməsini” gözlədiyini deyib.

Artıq ABŞ və Böyük Britaniya Rusiyanın mümkün hücumuna görə, Kiyevdəki diplomatlarına və ailələrinə Ukraynanı tərk etmək barədə göstəriş veriblər.

ABŞ Dövlət Departamentinin bununla bağlı açıqlamasında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyat planlaşdırdığına dair xəbərlərin olduğuna diqqət çəkilir və qeyd edilir ki, xüsusən Ukrayna sərhədləri boyunca, Rusiyanın işğalı altında olan Krımda və Rusiyanın nəzarətində olan şərqi Ukraynada təhlükəsizlik şərtləri gözlənilmədən və hər an pisləşə bilər.

Bu arada, “The New York Times” qəzeti Rusiya ilə Ukrayna arasında gərginliyin artdığı bir vaxtda Amerikanın aparıcı qəzetlərindən biri olaraq ABŞ prezidenti Co Baydenin Şərqi Avropaya minlərlə əsgər, çoxlu döyüş gəmisi və təyyarə göndərə biləcəyini yazıb.

CNN isə xəbər verir ki, Bayden ABŞ qoşunlarının Ukrayna ətrafında yerləşdirilməsi variantlarını dinləyir. Qeyd edilir ki, ötən həftə Kemp Deviddə Pentaqonun yüksək səviyyəli rəsmiləri ilə görüşən prezident Baydenə bir neçə variant təqdim edilib. Bununla belə ABŞ-ın Ukraynaya əsgər göndərməsinin müzakirə edilmədiyi deyilir.

Bunun ardından NATO açıqlama yayaraq Şərqi Avropada hərbi qüdrətini artırmaq üçün bölgəyə çox sayda döyüş təyyarəsi və hərbi gəmilər göndərmək qərarı verdiyini bildirib.

Fransanın “Le Figaro” qəzeti isə NATO-nun Baltikyanı olkələrində Rusiya ilə müharibəyə hazırlaşdığını yazıb. Qəzet yazır ki, NATO Estoniya, Latviya Litva, və Polşadakı hərbi varlığını artırır. Estoniyada Fransa və Britaniya tankları, Latviyada Kanadanın komandanlığı altında 10 müxtəlif NATO ölkəsinin əsgərləri, digər Baltikyanı ölkə Litvada Almaniyanın komandanlığı altında 6 ölkənin hərbçiləri yerləşdirilib.

Polşada isə ABŞ-ın rəhbərliyi altında Britaniya Rumıniya və Xorvatiya əsgərləri var.

NATO-nun Şərqi Avropaya əlavə qüvvə göndərmək qərarını şərh edən Rusiya parlamentinin müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov isə bildirib ki, Moskva NATO-nun bu addımına layiqli cavab verəcək.

Qeyd edək ki, NATO ölkələri, xüsusən də ABŞ Rusiyanın hərbi güclənməsi və təlimləri qarşısında Ukraynanın ittifaqa üzv ola biləcəyini daha yüksək səslə dilə gətirdikcə, Moskva da buna etirazlarını artırır və daha sərt bəyanatlar verir. Diplomatik gediş-gəliş və liderlərin son aylardakı görüşləri indiyədək nəticəsiz qalıb və sərhəddə gərginlik artıb.

İş o yerə çatıb ki, Qərb ölkələri 2014-cü ildə Rusiyanın Krımı ilhaqından sonra Ukraynaya müdaxilə ehtimalı ilə bağlı narahatlıqların yenidən artdığını təkrar-təkrar dilə gətirərək Ukraynaya hərbi dəstək verməyə başlayıblar.

“Economist” yazır ki, Rusiyanın tanklarının və silahlarının peykdən çəkilmiş görüntüsü, şübhəsiz ki, həyəcan vericidir - televiziya ekranlarında ruslara təqdim olunan görüntü bundan başqa bir şey deyil. Müharibə ehtimalından demək olar ki, bəhs edilmir. Bu vacibdir, çünki Putin Ukraynanı yenidən işğal etməkdə qərarlıdırsa, onun 2014-cü ildə Krımı ilhaq etməzdən əvvəl etdiyi kimi Rusiya ictimaiyyəti üçün təbliğata başlayacağı gözlənilir.

Putinin müharibənin risqlərini və mümkün qazanclarını necə qiymətləndirdiyini heç kim bilmir. Ancaq burada nəzərə alınmalı olan bəzi şeylər var.

Birincisi, Ukraynanı işğal etsə, bu Rusiyaya böyük iqtisadi ziyan vuracaq. Amerika və Aİ maliyyə və ticarət sanksiyalarının uzun bir siyahısını hazırlayıb. Hökumətin bu iqtisadi zərbəni yatırmaq üçün güclü ehtiyatları olsa da, Rusiyada həyat səviyyəsini daha da aşağı salacaq.

İkincisi, Ukrayna qüvvələri Putinə daja çox zərbə vurmağa qadirdir. Onlar Rusiyanın üstün qüvvələrinin onun ərazisinin böyük hissəsini ələ keçirməsinə mane ola bilməzlər, lakin Moskvanın bu əraziləri əlində saxlamasını kabusa çevirə bilərlər.

Üçüncüsü, Rusiyada Ukraynada ölümcül müharibəyə dəstək yoxdur. İllərdir aparılan sorğular göstərir ki, rusların əksəriyyəti Ukraynanı dost qonşu kimi görür. Putinin populyarlığı rubl kimi aşağı düşür. Rusiya imperiyasını bərpa etmək cəhdi Putinə başağrısı verə bilər, xüsusən də çoxlu sayda rus öldürülərsə.

Hətta məmurlar belə xalqın onlara qarşı çıxmasından narahat olmalıdırlar. Səhv gedən müharibə Putinə hakimiyyətin itirilməsi və onunla bağlı hər şeyə baha başa gələ bilər.

Qərbin bunun qarşısını almaq üçün qüsursuz bir yolu yoxdur, amma yenə də cəhd etməlidir. Müharibənin qarşısını hələ də almaq olar, lakin vaxt daralır.

Qərb ölkələri isə ən pisinə hazırlaşır. Britaniya Ukraynaya minlərlə tank əleyhinə raket göndərməyə başlayıb. Bir neçə gün əvvəl Rusiyanın təyinatı naməlum üç desant gəmisinin Baltik dənizindən keçişindən sonra İsveç Qotland adasına zirehli texnika göndərib.

Məqsəd yəqin ki, Ukraynanı işğal etmək deyil, ona zərər verməkdir. Ölkə Əfqanıstan qədər böyük və əhalisi sıxdır. 2014-cü ildən bəri 300 mindən çox ukraynalı bu və ya digər formada hərbi təcrübə qazanıb, onların əksəriyyətinin odlu silah əldə etmək imkanı var. Amerika rəsmiləri müttəfiqlərinə Pentaqon və CIA-nın müqaviməti dəstəkləyəcəklərini bildiriblər.

“Rand Corporation” analitik mərkəzinin əməkdaşı Devid Şlapak isə deyir ki, Rusiya ABŞ ordusunun “ildırım hücumu” adlandırdığı hücumu reallaşdırmağı düşünə bilər. Bu taktika ərazi ələ keçirməkdənsə, dar cəbhədə sürətli və dərin hücumla düşməni iflic vəziyyətə salmaq məqsədi daşıyır.

Qeyd edək ki, Rusiya Qərbdən NATO-nun keçmiş sovet coğrafiyasında genişlənməyəcəyinə dair zəmanət tələbi ilə yanaşı, 1997-ci ildən əvvəl NATO üzvü olmayan Bolqarıstan və Rumıniyadan xarici qoşun, texnika və silahların çıxarılmasını da istəyib. Lakin NATO Rusiyanın “NATO-nun Rumıniya və Bolqarıstandan çıxarılması” tələbini rədd edib. Rusiyanın tələbində adı keçən Bolqarıstanın baş naziri Kiril Petkov də ölkəsinin suveren ölkə olduğunu və illər əvvəl NATO üzvlüyünə üstünlük verdiyini xatırladaraq, Rusiyanı Ukrayna ilə bağlı konstruktiv dialoqa çağırıb.

Göründüyü kimi, Rusiya öz tələblərindən əl çəkmir, NATO isə  üzərinə öhdəlik götürmür. Türkiyəli jurnalist Erkin Öncan bildirir ki, NATO birbaşa SSRİ-yə qarşı qurulmuşdu və quruluş fəlsəfəsinə uyğun olaraq bu gün də aktiv şəkildə fəaliyyətini davam etdirir. “Sovet İttifaqı dağıldı, lakin “Sovet təhlükəsi”nə qarşı qurulan NATO keçmiş sovet coğrafiyasında fəaliyyətini davam etdirir”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ