Cənubi Qafqazda "3+3" platforması çərçivəsində növbəti toplantı Türkiyədə keçiriləcək. Baki-xeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə hazırladıqları "3+3" platforması çərçivəsində növbəti görüşə ev sahibliyi etməyi planlaşdırır.