şənbə günü, 14 noyabr 2026
     

Qanlı yanvar qətliamı: Milli azadlıq hərəkatının qəhrəmanlıq zirvəsi - Mübariz AĞALARLI yazır...

Image


XX əsr Azərbaycan xalqı üçün böyük siyasi-ideoloji ilklər - milli dövlət yaranması və qəhrəmanlıq salnamələrinin yazılması ilə bərabər, siyasi  təbəllüatlarla xarakterizə olunan bir dövrdür. Bu dövrdə istər Cənubi, istərsə də Şimali Azərbaycanda baş verən siyasi mübarizə və ideoloji hərəkatlar fonunda Azərbaycan xalqının əsas hədəfi müstəqillik və suverenlik olmuşdur. Türk-müsəlman dünyasında ilk milli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti, Güney Azərbaycanda yaranan “Azadistan dövləti” və 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə yaradılan Cənubi Azərbaycan Milli hökuməti bu hədəflərin məntiqi nəticəsi idi.

Təəssüflər olsun ki, tarixən xalqımızın azadlıq və müstəqillik istəkləri irticaçı və işğalçı qüvvələr tərəfindən aqressiv qarşılanmış, bu təşəbbüslərə qarşı işğalçılıq fəaliyyəti və qeyri-insani davranışlar sərgilənmişdir. Bunun nəticəsi idi ki, XX əsr boyu öz müstəqilliyi, suverenliyi, siyasi və mədəni hüquqları uğrunda mübarizə aparan Azərbaycan xalqı çoxsaylı mərhumiyyətlərə, soyqırımlara, deportasiya hərəkətlərinə məruz qalmışdır.

1828-ci ildə Türkmənçay sazişi ilə Şimali Azərbaycanı işğal edən çar Rusiyası və onun varisi olan sovet Rusiyası bu mürtəce davranışların başında dayanan əsl aktorlardan olmuşdur. Xüsusilə də XX əsrin əvvəllərində dünyada və regionda baş verən milli-demokratik hərəkatlar fonunda Rusiyanın hakimiyyət dairələri öz irticaçı mövqeləri və aqressiv hərbi-siyasi addımları ilə Azərbaycan xalqını uzunmüddətli fəlakətlər girdabına düçar etmişdir.

XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərindən etibarən Azərbaycanda başlayan böyük maarifçilik hərəkatına qarşı aqressiv münasibət,  milli dövlətçilik ənənələrinin bərpası istiqamətində yorulmadan mübarizə aparan Azərbaycan aydınlarının təqib edilməsi, Azərbaycan xalqının milli dövlətçilik yolunda fədakar addımlarının qarşısını almaq üçün ənənəvi metodlardan istifadə edərək soyqırımlar, etnik münaqişələr törətmək kimi fəaliyyətlər çar Rusiyasi və onun varisi sovet Rusiyasının siyasətinin tərkib hissəsi idi.

Məlumdur ki, Azərbaycan xalqının XX əsrin əvvəllərində olduğu kimi  sonlarında da qəhrəmanlıq, milli oyanış, Rusiya imperiyasına qarşı milli azadlıq hərəkatı kimi addımları tarixin yaddaşına qızıl hərflərlə həkk olunmuşdur. Təəssüflər olsun ki, iki yüz ilə yaxın bir dövrdə “xalqlar həbsxanası” funksiyasını məharətlə yerinə yetirən ikibaşlı (Çar və sovet Rusiyası) Rus imperiyası əsrin sonlarında da öz ənənəvi irticaçı mahiyyətini büruzə verərək Azərbaycan xalqının azadlıq və müstəqillik ideallarını beşikdə boğmaq, xalqımızın dövlət yaratma istəklərinin qarşısına “Berlin səddi” çəkmək  niyyətindən əl çəkməmişdir. Bu dövrdə  imperiyanın çürümüş kökləri üzərində yenidən fidan kimi boy atan Azərbaycanın müstəqilliyə gedən yolu üzərində hərbi – siyasi maneələr yaradan sovet imperiyası mürtəce davranışları ilə öz irticaçı mahiyyətini açıq şəkildə göstərməkdə idi. Məhz sovet Rusiyası tərəfindən törədilən 20 yanvar qətliamı da Azərbaycan xalqının milli-azadlıq məfkurəsinə, dövlətçiliyinin bərpasına qarşı yönəlmiş sui-qəsd, gerçək düşmənçilik idi. Necə ki, bu irticaçı davranışı Azərbaycan xalqı 1918-ci ilin mart  soyqırımlarında da görmüş və faciəvi  şəkildə yaşamışdır. 1918-ci ilin mart ayının son günlərində bolşevik-rus və erməni-daşnak qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti nəticəsində on minlərlə soydaşımız qətlə yetirilərək şəhid olmuşdur.

Zaman və forma fərqli olsa da məkan və mahiyyət eyni idi. 1918-ci il mart soyqırımını bolşevik qiyafəsi geymiş rus və ermənilər, 1990-cı il 20 yanvar qətliamını isə sovet qiyafəsi geymiş rus və ermənilər törətmişdir. Hədəf isə ənənəvi olaraq Azərbaycan və Azərbaycan xalqı idi.

Qanlı yanvar faciəsi zamanı Sovet ordusu tərəfindən Bakıda və Azərbaycanın rayonlarında 147 nəfər qətlə yetirilərək şəhid olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçilərinin olması bu qətliamın böyük bir qəddarlıqla törədilməsindən xəbər verir. 

20 yanvar faciəsi Azərbaycan xalqının 70 illik sovet işğalına qarşı dirəniş göstərən milli azadlıq hərəkatının qəhrəmanlıq zirvəsi idi. Sovet hərb maşını qanlı yanvar hadisələrində Azərbaycanın vətənpərvər oğul və qızlarını tankların tırtılları altında əzməklə  xalqımızı daha uzun illər imperiya əsarətində yaşamağa məcbur etmək istəsələr də, niyyətləri baş tutmadı və bunun tam əksi baş verdi. Sovet imperiyası bu cinayəti ilə təkcə Azərbaycanın istiqlal şəhidlərini deyil, həmçinin sovet ideologiyasını və “Xalqlar həbsxanası”nın Azərbaycanda çürüməkdə olan təsisatlarını da tanklar altında əzərək məhv etdi.

20 yanvar hadisəsi Azərbaycanın milli dövlətçiliyinin bərpasına gedən yolda dönüş nöqtəsi idi. Bu faciədən sonra Azərbaycan xalqının sovet Rusiyasına olan inamı bir daha param-parça oldu. Necə ki, bu inam 1918-ci il mart soyqırımında da alt-üst olmuşdur. Həmçinin bu dövrdə milli-azadlıq hərəkatının siyasi xadimləri və təşkilatlanmış şəkildə mübarizə aparan xalq hərəkatı, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində konkret şəkildə siyasi və hüquqi addımlar atmağa başladı.

21 may 1990-cı il tarixində 28 Mayın “Azərbaycan Dövlətçiliyinin Bərpası Günü” elan edilməsi barədə Prezident fərmanının elan edilməsi, 5 fevral 1991-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Azərbaycan Respublikası adlandırılması, 30 avqust 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Bəyannamənin qəbul olunması Azərbaycan Respublikasının müstəqilliyinin bərpası istiqamətində atılan ən ciddi addımlar idi. Xüsusilə də 30 avqust “Bəyannaməsi”ndə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğunun vurğulanması və Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etməsi dövlətçiliyimizin bərpasının hüquqi əsaslarının yaradılmasında mühüm amilə çevrildi. Nəhayət 1991-ci ilin 18 Oktyabr tarixində “Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi Azərbaycan Respublikasının müstəqilliyinin hüquqi və siyasi əsaslarının rəsmi olaraq təsbiti idi.

Azərbaycanın müstəqilliyini həzm edə bilməyən Sovet Rusiyası özünün ənənəvi irticaçı metodundan istifadə edərək etnik münaqişə amilindən yararlanmağa başladı. Hələ Sovet imperiyası dövründə etnik münaqişə ocağı kimi formalaşdırılan “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə erməni separatizminin hər an münaqişəyə çevrilməsi üçün bütün istiqamətlərdə hərbi-siyasi zəmini hazırlanmışdır. 1985-ci ildə M.S.Qorbaçovun Sovet imperiyasında birinci şəxs elan olunması bu prosesi daha da sürətləndirdi. Bu dövrdə Şəmkirdə yerləşən 366-cı motoatıcı alayın Xankəndinə dislokasiya edilməsi, qısa bir müddətdə müxtəlif bölgələrdə xidmət edən bir çox erməni zabitlərinin bu alaya ezam edilməsi baş verəcək etnik münaqişənin qığılcımları idi. Məhz sonrakı mərhələlərdə bu alayın Azərbaycanın Qarabağ bölgəsinin işğalında oynadığı mürtəce rolu və Xocalı soyqırımında birbaşa iştirakı deyilənlərin təsdiqidir.

20 yanvar faciəsinin əsas səbəbkarlarından biri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olmuş erməni millətçisi Abel Aqanbekyanın 1987-ci ilin sonlarında Parisdə Fransanın "Humanite" (L'Humanité) qəzetinə müsahibəsində “Qarabağın Ermənistana verilməli olduğu fikrini” bəyan etməsi xain düşmənin və havadarlarının Azərbaycan xalqına qarşı açdığı ilk yaylım atəşi idi.

Bölgədə etnik münaqişəni alovlandırmaq və Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabeliyindən çıxarmaq yolunda SSRİ Ali Soveti Rəyasət heyətinin 1989-cu il yanvarın 12-də verdiyi fərmanla ermənipərəst A.İ.Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsinin (XİK) təşkil edilməsi, bununla da Azərbaycan SSRİ-nin bütün dövlət və ictimai orqanlarının DQMV-dəki səlahiyyətlərinin dayandırılması Moskva tərəfindən Azərbaycana qarşı həyata keçirilən mürtəce siyasətin tərkib hissəsi idi. Bu irticaçı siyasət nəticəsində 90-cı illərdə ermənilərlə etnik münaqişə zəminində minlərlə azərbaycanlı qətlə yetirildi və torpaqlarımızın bir hissəsi erməni işğalçıları və onların havadarları tərəfindən ələ keçirildi.

Bu dövrdə müstəqilliyi və sərhədləri  təhlük ilə üz-üzə qalan Azərbaycan xalqı öz müstəqilliyini qoruyub saxlaya bilsə də, erməni mənfurları və onların havadarları ilə 4 illik qeyri-bərabər döyüşdə 25 min nəfərə qədər şəhid verdi. Lakin torpaqlarının bir hissəsini müvəqqəti də olsa itirdi.

Otuz ilə yaxın müstəqillik dönəmində, xüsusilə də 90-cı illərdə hələ kövrək olan müstəqilliyimizə qarşı dəfələrlə qəsdlər edilsə də, xalqımız fədakarlıq göstərərək öz suverenliyini və müstəqilliyini qoruya bildi. Zaman keçdikcə hərbi-siyasi gücümüz və beynəlxalq müstəvidə mövqelərimizin möhkəmlənməsi 90-cı illərdən yarımçıq qalan işimizi başa çatdırmağa münbit imkan yaratdı. 44 günlük II Qarabağ savaşında müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu erməni işğalçılarına və onların havadarlarına ölümcül zərbə vuraraq torpaqlarımızı düşmən işğalından azad etdi. Bununla da vətən torpaqlarımızı erməni ünsürlərindən azad edərək yarımçıq işimizi tamamladıq, 20 yanvar şəhidlərimizin, ümumilikdə bütün şəhidlərimizin qisasını aldıq.

20 yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq və şərəf tarixi, bu hadisələr zamanı şəhid olanlar Azərbaycanın istiqlal şəhidləri, yaralananlar istiqlal qaziləridir. Bütövlükdə isə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəsi minilliklər boyu zəngin dövlətçilik tarixinə sahib olan bir xalqın öz müstəqilliyi uğurunda apardığı qəhrəmanlıqla dolu bir mübarizə tarixi idi. Bu qəhrəmanlıq tarixi yüzillər boyu anılacaq və yad edilcəkdir.

Mübariz AĞALARLI
AMEA Tarix İnstitunun aparıcı elmi işçisi,
ADPU-nun dosenti



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ