şənbə günü, 14 noyabr 2026
     

Azad rayonlarımıza “Böyük Qayıdış”a sürətlə yaxınlaşırıq - yollar, kəndlərin bərpası...

Image


Uzun fasilədən sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz erməni işğalına son qoydu. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsi 44 gün çəkdi. Əldə olunan hərbi uğur sayəsində 10 min kvadrat kilometrdən artıq ərazi işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur.

Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların Vətənə qayıdışı təmin olunmalıdır. Bu “Böyük Qayıdış” vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq.

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrimizdə sürətli şəkildə bərpa və quruculuq işlərinə start verildi. Bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə olunur. Məlum olduğu kimi, artıq Füzulidə beynəlxalq aeroport ötən ildən fəaliyyət göstərir. Sözügedən hava limanı 9 ay ərzində istifadəyə verildi. Zəngilanda, Laçın beynəlxalq hava limanları tikilir. Hazırda azad olunmuş ərazilərdə təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr icra olunur. Dövlət tərəfindən yol infrastrukturu qurulur. Ötən il 101 kilometrlik Zəfər yolu istismara verildi. Həmçinin 81,6 kilometr uzunluğu olan Füzuli-Şuşa magistral yolunun tikintisi davam etdirilir. 121 kilometrlik Höradiz-Ağbənd dəmir yolunun artıq 23 kilometri çəkilib. O cümlədən, Bərdədən Ağdama həm yeni avtomobil yolu, həm də dəmir yolunun çəkilməsi həyata keçirilir. İşğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq, burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçirilir. Yəni bütün işlər kompleks şəkildə görülür.

Azərbaycan dünyaya nümunə olacaq daha bir layihəni həyata keçirməyə hazırlaşır: işğaldan azad edilmiş ərazilərə - yenidən qurulan və bərpa olunan tarixi torpaqlarımıza “Böyük Qayıdış” başlanır. Bu layihə də dünyanın inkişaf trendinə uyğun işlənir və ən müasir texnologiyaların tətbiqi ilə reallaşdırılacaq. Artıq bu ildən başlayaraq mərhələ-mərhələ məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar.

  • “Böyük Qayıdış” Azərbaycan tarixində möhtəşəm səhifə olacaq”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən ekspert Rəsul Cahangirli hesab edir ki, “Böyük Qayıdış”ın reallaşması Azərbaycan tarixində möhtəşəm səhifə olacaq: “2016-cı ildə həyata baş verən uğurlu Aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi atəş altından çıxarıldı. Strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin azad edilməsi ilə kəndə əhalinin qayıtması üçün şərait yarandı. Qısa müddət ərzində ərazi mina və partlamamış hərbi sursatlardan təmizləndi. Ondan sonra bərpa işlərinə start verildi. 2017-ci ildə Cocuq Mərcanlı sakinləri öz yurdlarına qayıtdılar. Hələ o vaxt kənd sakinləri ilə görüşdə Prezident İlham Əliyev qeyd etdi ki, “Böyük Qayıdış” Cocuq Mərcanlıdan başlayır. Düz 3 il sonra o an gəlub çatdı. Şanlı ordumuz ərazilərimizi işğaldan azad etdi. 30 ilə yaxın davam edən işğala son qoyuldu. O baxımdan hesab edirəm ki, “Böyük Qayıdış” Azərbaycan tarixində möhtəşəm səhifə olacaq”.

  • “Ora qayıdan məcburi köçkünlər daimi iş yerləri ilə təmin ediləcək”

Ekspertin fikrincə, bərpa quruculuq işlərinin müasir tələblərə uyğun aparılması olduqca önəmli göstəricidir: “Bu o deməkdir ki, ən müasir texniki vasitələrdən istifadə edilir. Bütün layihələr planlı şəkildə həyata keçiriləcək. İşğaldan azad olunan rayonların özünəməxsus iqtisadi potensialı nəzərə alınaraq sənaye sahələri, emal müssisələri, xidmət sektoru qurulacaq. Ora qayıdan məcburi köçkünlər daimi iş yerləri ilə təmin ediləcək. Qeyd olunduğu kimi, dövlət başçısının tapşırığı əsasında, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması zamanı ən müasir texnologiyalar tətbiq edilir. “Ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” yaradılması kimi innovativ layihələrin icrasına başlanılıb. “Ağıllı kənd” layihəsi üzrə Zəngilan rayonunun Ağalı kəndində, ilkin mərhələdə, 200 fərdi yaşayış evi inşa edilir və sosial-texniki infrastruktur yaradılır. Artıq bu istiqamətdə görülən işlər yekunlaşır. Bu il Ağalı sakinləri öz ydrdlarına qayıdacaqlar. İstisna olunmur ki, bir sıra digər yaşayış yerlərinə də əhalinin qayıtması təmin ediləcək. İşğaldan azad edilmiş ərazilərə qayıdış uzunmüddətli prosesdir. Söhbət yüz minlərlə məcburi köçkünün daimi yaşayış üçün öz ata-baba yurduna qaytarılmasından, özü də beynəlxalq səviyyədə qəbul edilən təhlükəsizlik, könüllülük və layiqli həyat şəraitinin təmin edilməsi prinsipləri əsasında qaytarılmasından gedir”.

  • “Əhali ora qayıtdıqca ölkənin iqtisadi imkanları böyüyəcək”

Ekspert onu da vurğuladı ki, “Böyük Qayıdış” sayəsində Azərbaycanın iqtisadi imkanları daha da artacaq: “Nəzərə almaq lazımdır ki, çox böyük ərazilərimiz işğal altında idi. Həmin ərazilər zəngin resurslara malikdir. Münbit torpaq sahələri, zəngin su ehtiyatları orada yerləşir. Bütün bunların iqtisadi dövriyyəyə cəlb edilməsi çox önəmli əhəmiyyət kəsb edəcək. Kənd təsərrüfatı məhsullarının istehsalı artacaq. Bu da imkan verəcək ki, bir sıra aqrar məhsullara olan tələbat yerli istehsal hesabına təmin edilsin. O cümlədən, oradakı mineral ehtiyatların çıxarılması sənaye sektorunun inkişafına müsbət təsir edəcək. Bir sözlə, əhali ora qayıtdıqca ölkənin iqtisadi imkanları böyüyəcək”.

Vidadi ORDAHALLI

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ