şənbə günü, 14 noyabr 2026
     

Fransa prezidentliyinə bəzi namizədlərin islamofob xristian təəssübkeşliyi - əsas ziyan Fransanın özünə dəyir… - Aydın QULİYEV yazır...

Image


Fransa prezidentliyinə bəzi namizədlərin seçki kampaniyalarını öz ölkəsindən çox uzaq olan Xankəndidə, İrəvanda aparmaq səylərinin bölgəmizdə sülh prosesinə və ikitərəfli əlaqələrə ciddi ziyan vurması göz qabağındadır.

Həm də bu addımlar elə bir vaxtda atılır ki, Fransa prezidentinin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Prezident Əliyevlə keçirilmiş görüş münasibətlərin perspektivi ilə bağlı xeyli müsbət mesajlar ötürməyə başlamışdı. Azərbaycan daim bu əlaqələrin sağlam əsaslar üzərində qurularaq dinamik artan temp almasında maraqlı olub və bu hədəfə yetişmək üçün bütün məqamlarda yüksək məsuliyyət, kompromis və təmkin nümayiş etdirib. Son 30 ildə Azərbaycanın ən ağır probleminə çevrilmiş Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Fransanın göstərdiyi mövqelər dəfələrlə Azərbaycanın haqlı rəsmi etirazlarına səbəb olub, notalar verilib, münasibətlərin daha da gərginləşərək qırılmaq həddinə çatmasının qarşısı alınıb. Elə dekabrın 15-də Azərbaycan Prezidentinin Brüsseldə Fransa prezidenti ilə görüş təklifinə müsbət cavab verməsi də münasibətlərin daha normal məcraya qaytarılmasının ifadəsinə çevrildi.

İki ölkənin münasibətlərində müsbətə doğru hərəkətlənmənin yeni mərhələsi açılan kimi Fransada sanki hansısa qüvvələr qəsdlə pozucu addım ataraq hər şeyi korlamağa çalışır. Artıq qeyd olunduğu kimi, iki ölkənin son 25-30 illik münasibətlərində çoxlu sayda həssas məqamlar olduğu üçün pozucu səylər təəssüf ki, öz ziyanlı rolunu dərhal və asanlıqla oynaya bilir.

Aydın məsələdir ki, burada erməni lobbisi və erməni diasporunun mənfi planda rolu danılmazdır. Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmadığı dövrdə bu ziyanlı təsir özünü daha qabarıq göstərə bilirdi. Bütün bunlar bir tərəfdən həm Fransanın münaqişənin həlli prosesində səmərəli moderator rolunda çıxış etməsini əngəlləyir, həm də Azərbaycan ictimai rəyində Fransanın imicinı dağıdırdı. Fransanın tərəfsiz vasitəçilik imicinin və fəaliyyətinin heçə enməsində məlum geosiyasi reallıqlarla bərabər erməni lobbisinin Fransanın dövlət siyasətini öz maraqlarına bağlamaq səyləri təəssüf ki, öz bəhrəsini verirdi.

Elə bunların təsiridir ki, Fransa BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası istiqamətində başqa hallarda göstərdiyi operativliyi nümayiş etdirə bilmədi, digər həmsədrlərin də lənglik və ya tormozlayıcı taktikasını aradan qaldırmaq üçün özünün təşəbbüskarlıq imkanlarından istifadı etmədi. Hətta Vətən müharibəsi günlərində Fransa açıq-aşkar təcavüzkarın yanında duraraq Azərbaycanın ədalətli və uğurlu əməliyyatlarını dayandırmağa yönəlik BMT TŞ qətnaməsinin qəbuluna səy göstərən böyük ölkələrdən biri oldu. Ermənistanın özünün qondarma qurumu tanımadığı halda Fransa parlamentinin hər iki palatasının qəbul etdiyi qondarma qurumu tanımağa çağırış qətnamələrinin isə ümumən adını qoymaq çətindir.

Bu və buna bənzər digər çoxsaylı faktların üstündə dayanan münasibətlərin tarixi normal gələcək naminə hər iki tətəfdən maksimum səy və məsuliyyət tələb etdiyi halda, Fransanın bəzi dövlət və ictimai səviyyələrindən gələn pozucu səslər və hərəkətlər  müsbət təmayüllərin qarşısını kəsir. Məsələn, Fransa prezidentliyinə "Respublika" partiyasından namizəd Valeri Pekresin icazəsiz Xankəndinə gəlib qayıtması hansı zərurətlə izah oluna bilər? Fransada seçkilərin Qarabağa nə dəxli var və olmalıdır? Pekresin addımının tərtəmiz anti-Azərbaycan mahiyyətli olmasına heç bir şübhə yoxdur. Azərbaycanın suveren ərazisinə iznsiz gəlib getdiyi bəs deyilmiş kimi, üstəlik qanunsuz səfərini guya müsəlmanların əhatəsindəki "azsaylı xristianların" müdafiə addımı kimi qələmə verməklə həll etdiyimiz Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətini də yanlış təqdim etməyə çalışır, elə rəy yaratmaq istəyir ki, münaqişə Ermənistanın ərazi iddiaları ilə yox, guya dini müxtəlifliklə bağlı imiş. Bu qədər aşkar düşmənçiliyin qarşısında Azərbaycan Prezidenti ərazi bütövlüyümüzün qarantı olaraq Pekresə layiq olduğu cavabı verməkdən başqa nə etməli idi? Deməli idik ki, "Pekres, torpaqlarımıza öz murdar niyyət və siyasətinlə xoş gəlmisən?"... Pekresin səfərinin əndrabadiliyi o həddədir ki, hətta Rusiya XİN-in nümayəndəsi də dolayı şəkildə öz qeyri-məmnunluğunu biruzə verdi və "sülhməramlı komandanlığın qaydalarına uyğun olaraq səfər barədə öncədən xəbər  verilməli idi" kimi fikir işlətdi. Pekresin prezidentliyə namizəd olması ona heç bir halda Azərbaycanın ərazi bütövlüyünə qarşı addım atmaq imtiyazı verə bilməz. Hazırda Fransa prezidentliyinə 14 nəfər namizədin hamısı Pekresin üzdəniraq nümunəsini təkrarlamaq istəsə nə baş verər? Pekres xristianlara və xristian irsinə bu qədər səmimi təəssübkeş olsaydı, oğru kimi Xankəndinə yox, qanuni şəkildə, rəsmi icazə ilə Bakıya gələrək buradakı xristianların yaşayışını, erməni kilsəsini, erməni kitabxanasını seyr edə bilərdi. Ancaq onun niyyəti başqa idi...

Azərbaycan Prezidentinin qanuni, tam adekvat cavabının Pekres tərəfindən onun ünvanına guya hədə-qorxu kimi qiymətləndirilməsi isə ən azı ölçü tanımayan həyasızlıqdır. Bundan daha çoxu isə Fransa dövlətinə və fransız cəmiyyətinə xas islamofobiyanın növbəti təzahürüdür. Pekresdən öncə prezidentliyə digər millətçi namizəd Zemmurun da xristian amilini qabardaraq İrəvana gəlməsi də eyni islamofobiyanın təzahürü sayılmalıdır. Zemmur da öz aləmində "müsəlman okeanında xristian adası üçün" guya narahat imiş kimi səfərə gəlmişdi. Fransız cəmiyyətində və dövlət orqanlarında islamofobiya elə ifrat həddə çatır ki, Azərbaycan kimi tolerant bir ölkənin Fransada, digər ölkələrdə xristian irsinə göstərdiyi qayğının da üstündən "uf demədən" keçirlər. Dünyada xtistian irsinə və xristian mədəniyyətinə öz bəşəri yanaşmaları ilə seçilən Azərbaycan Qafqazda xristian mədəniyyəti üçün hansı təhlükənin mənbəyi ola bilər?! Bu hansı məntiqə və ağıla sığışa bilər? Təəssüf ki, bu məntiqsizliyi "ağlına sığışdıranlar" Fransada nə Pekres, nə də Zemmurla məhdudlaşır.

Fransanın bəzi dövlət və ictimai səviyyələrində özünü göstərən islamofob və anti-Azərbaycan ovqatı ilk növbədə bu dövlətin özünün imicini və müharibədən sonrakı Cənubi Qafqaz sülh arxitekturasının qurulmasında iştirak imkanlarını zədələyir. Pekreslərin, Zemmurların, bir qrup etməninin korporativ maraqları naminə Fransa dövlətinin özünə bu dərəcədə ziyan vurması kimin marağındadır?

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ