şənbə günü, 14 noyabr 2026
     

Parisdən Xankəndinədək Pekres-Zemmur oyunu... - Aydın QULİYEV yazır...

Image


Bu günlərdə Azərbaycan Fransa münasibətlərində növbəti gərginlik dalğası yaşayırıq. Ən təzə hadisələr bunlardır - Fransa prezidentliyinə namizəd Valeri Pekres gizli şəkildə Laçın dəhlizindən Xankəndinə keçib qayıdır, Azərbaycanın Prezidenti tam əsaslarla bunu pisləyərək "öncədən bilsəydik, Pekresi Azərbaycandan çıxmağa qoymazdıq" deyə qəti bəyanat verir, Pekres ölkəsinə qayıtdıqdan sonra Əliyevin sözlərini "özünə qarşı sui-qəsdə çağırış" kimi şərh edir, Makronu öz müdafiəsinə çağırır, Makron səsini içinə alıb susur, XİN başçısı Drian isə "…ayağını bastamaz" prinsipinə söykənərək Prezident Əliyevin sözlərini "forma və məzmunca  yolverilməz" adlandırır, Azərbaycan XİN isə Drianın şərhini diplomatik etikadan uzaq sayaraq daha kəskin münasibətini ortaya qoyur.

Hamısını qeyd etmədiyim hadisələr zəncirində hansının əsas olduğunu axtarmağa qətiyyən əsas yoxdur, bütün bunların Fransanın illər boyu Azərbaycana qarşı apardığı qərəzli, ikiüzlü, ermənipərəst siyasətin tərkib hissələri olduğu gün kimi aydındır. Bir daha təsdiqlənir ki, anti-Azərbaycan siyasətini aparan tək rəsmi Fransa hakimiyyətləri deyil, məqam düşdükcə müxalifətdə olan bir sıra qüvvələr də anti-Azərbaycan müstəvisində özlərinə yer alır. Nə qədər inanılmaz gəlsə də, bu gün də davam edən anti-Azərbaycan düşmənçiliyinin pərdəarxası kuluarlarında Makronla Pekres və Zemmur bir "kotyolda yallanırlar". Buna az sonra geniş şərh verəcəyəm.

Bu il aprelin 10-da keçiriləcək Fransa prezident seçkiləri ərəfəsində bu ölkənin sırf "ev işləri" olan hadisələrin murdar uzantılarının Qafqaza, Xankəndinə gəlib çıxması təsadüfi deyil. Bu hadisələrin kökündə bir neçə maraqlı motiv var. Belə ki, həm ölkənin içində seçkiqabağı "demokratik şounu" səhnələşdirmək, həm Azərbaycanın hələ ötən əsrin 90- cı illərindən Fransaya sərgilədiyi xoş məramlara xəyanət edərək anti-Azərbaycan kursu aparmaq, həm bölgəmizdə nisbətən zəifləməkdə olan erməni revanşizmini körükləmək,  həm də Fransa daxilində hər kəs üçün öz siyasi rəqiblərini mümkün qədər özündən aşağı  duruma salmaq… Pekresin Xankəndinə səfərində də, onun sonradan "Münhauzençilik xəstəliyinə tutularaq" ( ifrat həyasızlıq) İlham Əliyevi şərləməyə çalışmasında da, XİN başçısı Drianın Pekresə murdarcasına qəhmər çıxmasında da, nəhayət Makronun "öz itini çəkib bağlamamasında” da bu çirkin oyunların əlamətləri var.

1993-cü ildən indiyədək Azərbaycan Fransaya münasibətdə xoş məramını nə qədər ardıcıl aparsa da, əvəzində Fransadan davamlı və artan xəyanət, haqq-saya hörmətsizlik , erməni təcavüzkarları ilə hər addımda xosunlaşmaq kimi düşmən davranışlar sərgiləyib. Baxın, Fransa Azərbaycanın müstəqilliyini dərhal yox, bir qədər gec - 1992-ci ilin yanvarında tanıdı. Halbuki Azərbaycan dost-qardaş Türkiyədən sonra Bakıda ikinci dövlət olaraq məhz Fransaya səfirlik açmağa imkan verdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra proses daha da gücləndi. Heydər Əliyev prezident kimi ilk xarici səfərini məhz Fransaya etdi. Yeri gəlmişkən, 2003-cü ildə bu jesti Prezident İlham Əliyev də geri çevirmədi. Heydər Əliyev Fransanı "Əsrin neft kontraktına" buraxmaqla bərabər 1996-cı ildə "Total" və "Elf Akiten"i "Lənkəran-dəniz", " Talış-dəniz" neft yataqlarında da birgə işə buraxdı. 1996-cı ildə isə Fransanın MQ həmsədrliyinə üçüncü tərəf kimi tanınması bu ölkəni bölgəmizin həm də siyasi arxitekturasının yenidən işlənməsinə yaxınlaşdırmaq kimi xoş məramlı jestin əsil zirvəsi oldu. Hansının ki, əvəzini Makronlar, Pekreslər yüz illər boyu "Azərbaycanın qapısında nökərçilik" etsələr də ödəyə bilməzlər. Ancaq bunu yox, açıq düşmənçiliklərini görürük. İlham Əliyevin Prezident kimi ilk xarici səfərini Fransaya etməsinin ardınca bu ölkə ilə səmimi dostluğa cəhd kimi yozula bilən onlarca, yüzlərcə belə fakt göstərmək olar. Bakıda, Fransanın özündə Azərbaycanın  bu niyyətlərini ifadə edən faktlar kifayət qədərdi. Makronun hətta Azərbaycanın ən ağır günləri olan Vətən müharibəsində erməni təcavüzünün "mübariz keşiyində" dayanması fakt deyilmi? Məhz Makronun xeyir-duası ilə hər iki parlament palatasının qondarma "DQR"-in tanınmasına çağırış qətnaməsi fakt deyilmi? Makronun "mən də erməniyəm " deyərək 24 apreli dönə-dönə "genosid" adlandırması fakt deyilmi? Bütün bu düşmənçiliklərdən sonra Prezident İlham Əliyevin Makrona yenə də şans tanıyaraq Brüsseldə onunla görüşə razılıq verməsi fakt deyilmi?

Görünür ki, nankorluq, haqq-say itirmək sağalan mərəz deyilmiş. Olsaydı, Pekresin "məni öldürmək istəyir" deyib də bizim Prezidentə böhtan atmasını Makron bu qədər sükutla izləməz, XİN Driana da imkan verməzdi ki, seçkidə özünün formal rəqibi olan "respublikaçı" Pekresin yedəyinə düşərək İlham Əliyevin haqlı sözlərini " yolverilməz " adlandırsın. Təəccüblü bir şey yoxdur, Makron danışa, XİN Drian danışmaya bilməzdilər. Çünki hər üçü daxili siyasətdə fərqli düşərgələrdə olsalar da, Azərbaycana qarşı bir oynayırlar. Əks halda, elə ilk əvvəldən Makron nə qaniçən millətçi namizəd Zemmurun İrəvana, nə də radikal Pekresin Xankəndinə qanunsuz səfərinə izn verməzdi. Qarşıdakı yaxın dönəmlərdə qatı antiislamçı partiya olan "Rekonkistanın" prezidentliyə namizədinin də Xankəndinə və İrəvana səfərlər etmək cəhdlərini, eləcə də Makronun bu faktlara da susmasının şahidi ola bilərik.

Fransa prezidentliyi uğrunda vuruşan iddiaçıların İrəvan və Xankəndidə nə işi var? Burada seçici, elektoratmı var? Sizə "iylənmiş erməni" səsi, nəfəsi lazımdırsa, elə Fransanın özündəkilər kifayət etmirmi? Nə əcəb o murdar səsləri qat-qat çox erməni yaşayan ABŞ-da, Livanda, Suriyada axtarmırsınız?

Məntiqlə baxanda Makron Pekresin Xankəndiyə səfər olaylarına nəinki susmalı deyildi, əksinə Pekresi ifşa etməli, onu İlham Əliyevin haqlı etirazından qorumağa çalışan nazir Drianın isə ağzını cırmalı idi. Axı Pekres 44 günlük müharibədə Makronun həvəslə müdafiə etdiyi Paşinyanla birləşərək Qarabağa səfərin timsalında özünün seçkiqabağı siyasi reytinqini bərkitməyə çalışır?! Axı bunlar siyasi rəqiblər olaraq Makronun xeyrinə deyil… Lakin Makron normal məntiqin diktə etdiklərini etmədi, edə də bilməzdi, özünün sırf siyasi seçki maraqlarına uyğun olanları etdi. Əvvəla, ona görə ki, Fransadan kənarlarda seçki kampaniyası aparmaqdan qat-qat artıq əndrəbadi oyunları özü onlardan qabaq oynayıb. İkinci, Makron 2017-ci ildə prezident seçildiyi seçkilərin təcrübəsinə söykənmək istəyir, dişi şirəyə batmış uğursuz tamahkarlar kimi...

Məlumdur ki, 2017-ci ilin seçkilərinin taleyi ikinci turda həll edildi. İkinci tura Makron və radikal Milli cəbhə lideri Mari Li Pen qalsalar da, üçüncü yeri tuta bilmiş Fransua Fiyonun 7 milyon səsinin az hissəsi Li Penə, çox hissəsi Makrona yönəldildi. Beləliklə, Makron 1-ci turun məğlub namizədi "Respublikaçı" Fiyonun səsləri hesabına özünü qalib edə bildi. Burada "Respublikaçı" namizəd məsələsini təsadüfən qabartmıram ...O vaxtdan həm illər ötüb, həm də Makron bir sıra geosiyasi - geoiqtisadi müstəvilərdə Fransanın milli dövlət maraqlarını xeyli zədələyən dərəcədə istedadsız siyasət aparıb. Cənub Şərqi Asiyanın bir neçə ölkəsinin Fransa ilə milyardlarla dollar tutumu olan  hərbi layihələrdən imtinası məhz Makronun dövründə baş verib. Mərhum Prezident Heydər Əliyevlə şəxsi münasibətlər zəmininə söykənərək Mitteranın Fransanı Qafqazda geosiyasi faktora çevirməsi kimi böyük nailiyyəti məhz Makron məhv etdi. Məhz Makronun sayəsində Fransa Qafqazdan yumşaq desək qovuldu. Bunlar sözsüz ki, Makronun nüfuzunu "küçə siyasətçilərindən" də aşağı salıb. Üstəlik, Sarkozi və Olland kimi sələflərindən fərqli olaraq Makron hakimiyyəti könüllü vermək istəmir və ucu Xankəndinə qədər uzanan oyunlar qurur.

O hesablayır ki, onun indiki 12-yə yaxın rəqiblərinin bir hissəsi hələlik güclü bazaya söykənmir, bəziləri açıq millətçi platformadadır, bir hissəsi isə ötən seçkidə 3-cü yeri tuta bilmiş "Respublikaçılar" partiyasının nümayəndəsi Pekres kimilərdir. Makron hesablayır ki, 2017-ci ildə olduğu kimi bu dəfə də millətçilər revanş götürə bilməyəcək və əsas rəqib yenə də Pekresin təmsil etdiyi “Respublikaçılar" olacaq. Beləliklə, Makron rəqib səslərin yenə də millətçilərlə "Respublikaçı"ların arasında bölünəcəyinə ümid edərək Pekresin nüfuzunun müəyyən qədər artmasına xidmət edən addımların dəstəkçisinə çevrilir.

Burada Pekresin də ötən seçkinin məğlub namizədi olmuş "Respublikaçı" Fiyonun işini qələbəyə çatdırmaq kimi marağı var. Pərdəarxası seçki maraqları iki ermənipərəst namizədin - Makronla Pekresin Xankəndi və İrəvan müstəvisində yaxınlaşmasına səbəb olur. Pekresin "Xankəndi olaylarının" Makronun da siyasi və seçki maraqlarında olduğu şübhəsizdir. Necə deyərlər, "pişiyin könlündəki samanlıq idi, it də onu vurub saldı ora"…

Gen qazın, dərin qazın, özünüz düşəcəksiniz... Düşdünüz də...

Prezidentimizin dediyi kimi - Fransa müharibədən sonra Azərbaycan - Ermənistan normallaşmasında iştirak şansını da itirir...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ