Bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilərdən səs siqnalları verilib.
Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində də 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Nəqliyyat Agentliyindən Avtobusların hərəkəti dayandırılıb səs siqnalları verilib.