şənbə günü, 14 noyabr 2026
     

Vüqar Rəhimzadə: "20 Yanvar xalqımızın milli birlik və həmrəylik sınağından uğurla çıxdığı tarixdir"

Image


“Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Amma elə hadisələr də var ki, onları faciə kimi qəbul etməklə yanaşı, dövlətin, xalqın taleyində bir dönüş nöqtəsi kimi dəyərləndirib  tariximizə qəhrəmanlıq səhifəsi kimi həkk edirik. 20 Yanvar faciəsi məhz belə hadisələrdəndir.

Xalqımız artıq 32-ci ildir ki, 1990-cı ilin Qanlı Yanvarının ildönümlərini  həm faciə, həm də qəhrəmanlıq tarixi kimi qeyd edir. Həmin  müdhiş gecədə  Azərbaycan xalqı tarixin sınağına çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar uzə çıxdı, həm də ölkəyə rəhbərlik edənlərin kimliyi bəlli oldu. Müstəqilliyimiz, suverenliyimiz   uğrunda canlarından keçən oğul və qızlarımız şəhidlik zirvəsinə yüksəlməklə öz həyatlarını   bugünkü və gələcək nəsillər naminə bir vətənpərvərlik məktəbi kimi  xalqa qurban verdilər.  Atılan bu addımlar gənclərimizə, dövlətinin, xalqının gələcəyini düşünən hər bir azərbaycanlıya  birlik, həmrəylik çağırışı idi. 20 Yanvar faciəsi xalqımızın məğrurluğunun, yenilməzliyinin,   bütün məqamlarda bir yumruq kimi birləşməsinin təqdimatı oldu”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, XX əsrin sonlarında Azərbaycanda müstəqillik uğrunda baş qaldıran milli azadlıq hərəkatı sonrakı mərhələdə müstəqilliyimizin bünövrəsini qoydu: “Ancaq ovaxtkı SSRİ rəhbərliyi “«sapı özümüzdən olan baltalar”dan istifadə etməklə, xalqın mübarizə əzmini qırmağa səy göstərdi. Həmin dövr  xalqımız üçün çox keşməkeşli və ağır günlər oldu. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş İttifaq rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinin üzərinə Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı”.

YAP Xətai rayon təşkilatının sədri bu məqamı xüsusi qeyd edib ki, hadisələrin səhərisi günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan edərək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirdi, qanlı faciəni pislədi, günahsız adamların axıdılan qanlarını insanlığa qarşı törədilmiş xəyanət adlandırdı: “Yanvar hadisələrinə geniş mənada əsl hüquqi- siyasi qiymət məhz Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra verildi. Belə ki, ulu öndər Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı Fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-huquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis həmin ilin martın 29-da 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul etdi. Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi”.

Vüqar Rəhimzadə vurğulayıb ki, anım günlərində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində təşkil edilən silsilə tədbirlər, sərgilər, konfranslar bu qanlı terrorun əsl mahiyyətinin,  eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının  dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır: “Ümummilli Lider müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən həqiqətlərin olduğu kimi qəbul edilməsində və dəyərləndirilməsində beynəlxalq aləmdə tanıtımın rolunu xüsusi vurğulayırdı. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin informasiya cəbhəsində fəallığın artırılmasına göstərdiyi diqqət də bu məqsədə xidmət edir. Təkcə bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Müzəffər Ali Baş Komandanın 44 günlük Vətən müharibəsi dövründə 30-dan artıq xarici mətbuata müsahibəsi həmin dövrdə Azərbaycanın diplomatik qələbəsində öz sözünü dedi. Eyni zamanda, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik  etdiyi Heydər Əliyev Fondunun  xidmətləri əvəzsizdir”.

20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsindən, küçə və məktəblərə onların adlarının verilməsindən bəhs edən Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimiz 20 Yanvar qətliamı zamanı  şəhid olanların ailələrini,  həmin hadisələrdə  əlil olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır.

“1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə  xilaskarlıq missiyasını yerinə yetirərək uğurlu siyasəti ilə dünyanın diqqətini Azərbaycan həqiqətlərinə, başımıza gətirilən faciələrə yönəltdi. Faktların dili ilə əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırıldı. Ulu Öndərin bu xilaskarlıq missiyası son 18 ildə  ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılır. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimiz möhkəm təmələ əsaslanan siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycan yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyevin adı tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazıldı.  Ölkə Prezidenti daim bu fikri bildirir ki, şəhidlərimizin ruhu şaddır, biz onların qisasını  döyüş meydanında aldıq. 30 ilə yaxın dövrdə imitasiya naminə danışıqlar aparan, himayədarlarının dəstəyi ilə yeni ərazilər uğrunda  müharibə planları hazırlayan Ermənistan Azərbaycan dövlətinin  qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti qarşısında diz çökdü. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Qarabağımızın tacı Şuşa bu gün sevincli günlərini yaşayır. Şuşa əməliyyatı Azərbaycan oğullarının mübarizliyinin, qəhrəmanlığının, döyüş ruhunun dünyaya təqdimatı oldu. Vətən müharibəsində silaha sarılaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılan gənclər son 17 ildə yetişən gənclikdir. Gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda böyüməsi, milli maraqlarımızı hər şeydən üstün tutmaları qürurvericidir”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə onu da xüsusi vurğulayıb ki, son iki ildə 20 Yanvar faciəsinin ildönümünü  fərqli ovqatda qeyd edirik: “Hər il 20 Yanvar faciəsinin ildönümlərində bu istəyimizi ifadə edirdik ki, işğal altında olan torpaqlarımızın azad olunacağı, şəhid ruhlarının rahatlıq tapacağı gün uzaqda deyil. Bu gün isə böyük əminliklə bildiririk ki, artıq həmin gün bir ildən artıqdır ki, reallığa çevrilib. Şəhidlərimizin ruhu şaddır. Şəhidlərimizin qanı bahasına əldə edilən müstəqilliyimizi qorumaq, möhkəmləndirmək üçün harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bir amal-azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməlidirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyidir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ