“Azərbaycan Prezidentinin Pekres barədə söylədikləri Fransa siyasətində gərginliyi artırdı” - Aydın Quliyev

img

Azərbaycan Prezidentinin Pekres barədə söylədikləri Fransa siyasətində gərginliyi artırdı.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev bildirir ki, Pekres Fransa prezidentliyinə namizəddir və bu günlərdə qanunsuz şəkildə İrəvana, oradan isə Xankəndinə gəlmişdi: “Bu barədə yerli TV-lərə müsahibəsində danışan Prezident İlham Əliyev deyib ki, Pekresin Xankəndidə olduğu öncədən bilinsəydi, onun Laçın dəhlizindən geri qayıdışına imkan verilməyəcəkdi.

Pekres çox aqressiv şəkildə Əliyevin sözlərini özünə qarşı guya hədə kimi qələmə verib və Fransa hakimiyyətini onu müdafiə etməməkdə ittiham edib. Pekres Fransa dövlətinin Əliyevə qarşı bəyanat verməsini gözlədiyini bildirib”.

Peşə etikası

Son xəbərlər