şənbə günü, 14 noyabr 2026
     

Bakıda 80 erməni hərbi əsir, 200 nəfər oğurlanmış erməni?... Avropa Məhkəməsində təzə erməni yalanı...

Image


Ermənistan tərəfin xarici havadarlarının məsləhətilə düzüb-qoşduğu “hərbi əsirlər” layihəsi ifşa edilsə də, yenə də kor tutduğunu buraxmayan kimi ermənilər “hərbi əsirlərin” quyruğunu buraxmaq istəmirlər. Hər zaman uydurma ittihamlarla çıxış edən Ermənistan təmsilçiləri öz yalanları ilə beynəlxalq təşkilatları yenə də aldatmaqla məşğul olur. Belə ağ yalanlardan birini Avropa İnsan Haqları Məhkəməsində (AİHM) “erməni məhbusların” maraqlarının təmsilçisi Siranuş Saakyan səsləndirib.

Saakyan iddia edib ki, guya onlarda bir çox adamların “əsirlikdə olmasına, onların “bərbad  vəziyyətdə saxlanmasına” dair “faktlar”  var və “hətta ola bilər ki, onların məcburi şəkildə məhv edilməsi də olub”. Saakyanın iddiasına görə, guya 80 nəfərin “əsirlikdə olduğu” “təsdiqlənib”, amma 200 nəfərin “taleyi qeyri-müəyyəndir”. Saakyan “200 nəfərin taleyinin qeyri-müəyyən olduğu” barədə yalan fikirlər bildirməklə Azərbaycana qarşı həqiqətə uyğun olmayan ittihamlar irəli sürür. Guya Azərbaycan tərəfindən 200 erməni “oğurlanıb”. Həqiqətən də gülməli ittihamdır.

  • “Bu iddianın heç bir məntiqi yoxdur”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bizimlə söhbətində bildirdi ki, Saakyanın iddiaları tamamilə əsassızdır, Azərbaycanda Ermənistanın heç bir hərbi əsiri yoxdur və bütün əsirlər 2020-ci ilin 10 noyabrından sonra beynəlxalq qurumların iştirakı ilə Ermənistana təhvil verilib. “Ermənistanın müharibədə itkiləri həddən artıq çox olub və itkiləri gizlətmək üçün bu cür saxtakarlıqlara baş vururlar. Məqsəd Ermənistanın itkilərini, ölən hərbiçilərin, əsgərlərin sayını gizlətmək, onların valideynlərini, yaxınlarını aldatmaqdır. Bundan da bir daha görsənir ki, yalançılıq ermənilərin həyat tərzinə çevrilib. Onlar artıq yalansız yaşaya bilmirlər, yalan, saxtakarlıq onların həyatının ayrılmaz hissəsidir. Ermənilər istənilən hadisə ilə bağlı yalan danışmasa o bütövlük yaranmır. “Hərbi əsirlər” məsələsinin tez-tez bu və digər şəkildə gündəmə gətirilməsi Ermənistan cəmiyyətinin narahatlıq içində olması ilə bağlıdır. Dediyim kimi ölənlər çoxdur, onların bir hissəsini “itkin düşmüş” kimi qeyd edirlər. İndi də belə iddia edirlər ki, guya Azərbaycan 200 “əsiri oğurlayıb gizlədir”. Erməni “əsirlərini” gizlətmək Azərbaycanın nəyinə lazımdır? Bu iddianın heç bir məntiqi yoxdur. Düzdür, məntiq olmasa da, dünya onların bu yalanlarına inanır, bəzi beynəlxalq təşkilatlar bu əsassız ittihamlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Beynəlxalq təşkilatların da regional bölmələri Ermənistanın bu cür ağ yalanlarının genişlənməsində və bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilməsində maraqlıdır. Bu beynəlxalq qurumlar ermənilərin yalanlarına şərait yaradırlar və ona “istinad” edib Azərbaycana təzyiqlər edir, hədyanlar yağıdırırlar. Avropa İnsan Haqları Məhkəməsində “erməni əsirlərin” “hüquqlarını müdafiə edən” Saakyanın iddialarının hamısı əsassızdır, Azərbaycanda “hərbi əsir” olmadığını və müharibədən sonra saxlanılanların terrorçu-diversant olduqlarını beynəlxalq qurumlar da yaxşı bilir. Odur ki, “hərbi əsirlər” layihəsindən həmin qurumlar da istifadə edir”.

A.Nağının sözlərinə görə, nə qədər ki Ermənistan real itkilərin sayını ört-basdır edəcək, bir o qədər də cəmiyyəti sakitləşdirmək üçün Azərbaycana şər atacaq. Ermənistan təmsilçiləri ölənlərin sayını gizlətmək üçün yalandan deyir ki, guya onlar Azərbaycandadır. Əslində isə bunun belə olmadığını deyən A.Nağı hesab edir ki, onlar bütün iddialarını yalan üzərində qururlar, biz də onu nəzərə almalıyıq: “Təbii ki, Azərbaycan hökuməti, xüsusən də Azərbaycan XİN buna dərhal reaksiya verməlidir, mühüm faktlar ortaya qoymalıdır. Onların müraciət etdikləri beynəlxalq təşkilatlara Azərbaycan da dərhal müraciət etməlidir, bütün sübutları ortaya qoymalıdır, faktlarla göstərməlidir ki, Ermənistanın iddiaları tamamilə əsassızdır, yalandır. Azərbaycan hökuməti  “növbəti erməni yalanidır” deyib, bu məsələnin üstündən sadəcə keçməməlidir, bu yalanın qarşısı operativ şəkildə alınmalıdır. Bu yalanın qarşısı alınmasa erməni yalanı qırxayaq kimi hər yerə yayılacaq”- deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ