Bazar günü, 13 iyul 2025
     

İri məmurlar həbs olunandan sonra "Allah yoluna" gəlir - "Alimpaşa nümunəsi" tək deyil...

Image

Taleyin qəribə işləri var, bəzən elə hadisələr eşidirsən ki, təəccüblənməyə bilmirsən. Məsələn, onlardan biri yüksək dövlət vəzifəsində işləyən korrupsioner məmurların vəzifələrini itirdikdən sonra dinə qurşanması, namaz qılıb, oruc tutması və bunu ictimailəşdirməsidir.

Hətta onlar arasında "dərddən" şeir yazıb özünü şair kimi qələmə verənlər də az deyil. Onlar elə zənn edirlər ki, günahlarını namaz qılmaqla yuya biləcəklər, odur ki, dinin qulpundan yapışırlar. Sabiq məmurların dinə, ibadətə, şairliyə meyilləri yaman kütləviləşib. Yəqin bilirlər ki, xalqımız şairi də sevir, mollanı da, ona görə də sabiq məmurlar da obraz dəyişiblər.

Mətbuatda yayılan məlumatlara görə, hazırda həbsdə olan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov keçən ilin sentyabrından namaza başlayıb, sabiq başçının şeir yazdığı, idmanla məşğul olduğu da deyilir.

Onu da bildirək ki, sabiqlər arasında namaza başlayan, şeir yazan yalnız A.Məmmədov deyil, sabiq nəqliyyat naziri Ziya Məmmədov da nazir vəzifəsindən azad ediləndən sonra namaz qıldığını, ibadətlə məşğul olduğunu, şeirlər yazdığını öz dili ilə mətbuata deyib.

Məlum olduğu kimi "Qara kəmər" əməliyyatı zamanı həbs olunan Hacı Məmmədov da türmədə boş oturmayıb. Onun sağlığında yayılan məlumatlara görə, H.Məmmədov türmədə yağlı boya ilə şəkillər çəkib, muncuqla müxtəlif əl işləri, suvenirlər düzəldib. O zaman hüquq müdafiəçisi Elçin Behbudov bu barədə mətbuata deyirdi :"Hətta o, yağlı boyalarla çəkdiyi şəkillərin beşini mənə hədiyyə edib. Onun çəkdiyi rəsm əsərlərinin hamısı şifrəlidir. O, şifrələrin anlamını heç mənə də açmır. Hacının hər rəsmində bir sirr var".

Korrupsioner və oliqarx məmurlar kimi tarixə düşən sabiqlərin çoxunun namaz qılması, şeir yazması cəmiyyətdə də qəribə qarşılanır. İnsanlar haqlı olaraq bildirirlər ki, sabiqlər indi öz günahlarını yumaq məqsədilə, arzusu ilə ibadətə başlamaq əvəzinə zamanında doğru - dürüst işləsəydi daha çox dövlətə, xalqa fayda verərdilər. Ekspertlər deyir ki, sabiqlərin demək olar ki, hamısının imici zədəlidir və xalq onlardan çox əziyyət çəkib. İndi onlar istəyirlər ki, özlərini yeni obrazda təqdim etsinlər, ona görə də mömin libasına bürünüblər.

İSBAM sədri Samir Adıgözəlli bizimlə söhbətində bildirdi ki, sabiqlərin bu gün özlərini mömin donunda təqdim etməsi təsadüfi deyil: "Onlar istəyirlər ki, camaatın, dövlətin gözündə öz ləkəli, korrupsioner imiclərini "mömin", "dindar" obrazı ilə ört-basdır etsinlər. Guya bunlar "imanlı şəxslərdir". Təsəvvür edin ki,  Prezidentə xəyanət edəndən, dövlətə, cəmiyyətə zərbə vurandan, büdcənin pulunu göyə sovurandan, nəhayət əbədi olaraq kreslolarını itirəndən sonra bunların yadlarına din, iman, namaz, şeir düşür. Bu da təbii ki, gözdən qaçmır. Niyə zamanında şəffaf işləmədilər, xalqa, dövlətə düşmən münasibətdən əl çəkmədilər ki, indi durub özlərini belə qələmə verirlər? Baxın, sabiq məmurların hansını dindirirsən özünü "təmiz adam" kimi qələmə verməyə çalışır, Prezidentə, dövlətə, xalqa "sadiq olduğunu" deyir, bu belədirsə, bəs biz bunu nə üçün onlar vəzifədə olanda görmədik? Hamısı deyir "namaz qılıb oruc tuturam", amma nədənsə hələ kütləvi olaraq Həccə gedən məmurlar yoxdur. Bir dəfə də Həccə getsələr tam "mömin" olacaqlar".

S.Adıgözəlli əlavə etdi ki, əgər səmimi olardılarsa bəzi sabiq məmurların bu yolu tutması belə təəccüblə, ironiya ilə qarşılanmazdı. "Əgər sabiq məmurlar zənn edirlər ki, xalqı, dövləti, Prezidenti aldatdıqları, onlara xəyanət etdikləri kimi Allahı da aldada bilərlər, yanılırlar... Allah heç kəsin yolunu ora salmasın. Bəziləri namaz və oruc söhbəti ilə özlərini Allahın yanında sığortalamağa çalışırlar. Bu bizim sabiq məmurların düşüncəsidir. Düzdür, insan dar gündə olanda Allahın ətəyindən yapışır. Bu təbiidir.

Xalqın, dövlətin başına bu qədər oyunlar gətirən, xəyanətlər edən, Prezidentin etimadını qıran bu adamlar indi dindar və şair olublar. İstər vəzifəsini itirsə də həbs olunmayan, istərsə də həbs olunan sabiq məmurlar başa düşməlidir ki, din, oruc, namaz sevgisi, tələbatı insanın daxilindən gəlməlidir, yoxsa zahiri ibadət heç kəsə gərək deyil".

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.07.2025 / 22:09
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910