Prezident Əliyevin Azərbaycan telekanallarına müsahibəsini İtaliyanın çoxsaylı mətbuat orqanları da işıqlandırdı

img

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibə İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən “Askanews”, “Agenzia Nova” informasiya agentlikləri, habelə “Nova News”, “Kmetro0”, “Il Corriere di Sicilia”, “Globus magazine”, “Yahoo Notizie”, “Yahoo finanza”, “Eurasianews” kimi küləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

Azərbaycanın İtaliyadakı Səfirliyindən “Bakı Xəbər”ə verilən xəbərdə bildirilib ki, Prezident İlham Əliyevin müsahibəsində ölkədə 2021-ci ildə iqtisadi və sosial sahədə görülmüş işlər, Azərbaycanla Ermənistan arasındakı münasibətlər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti, Aİ-Azərbaycan münasibətləri, Avropanın enerji təchizatında Azərbaycanın rolu ilə bağlı cavabları geniş şəkildə əks olunub.

Son xəbərlər