şənbə günü, 14 noyabr 2026
     

Bakı və Ankara İrəvana tarixi şans verir…

Image


Yanvarın 14-də Moskvada Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan və Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç arasında görüşdən sonra iki ölkənin münasibətlərinin bundan sonra hansı məcrada inkişaf edəcəyi xüsusi maraq doğurur. Ekspertlər qeyd edir ki, əslində hər şey Ermənistanın sonrakı davranışlarından asılı olacaq. Çünki Türkiyə bu ölkə ilə normal münasibətlər qurmaqda maraqlıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin iclasında bu xüsusda konkret mövqe sərgiləyib: “Biz artıq Qafqazda yeni dönəmə girmişik. Bu, Azərbaycanın ərazilərini işğaldan azad etməsi ilə baş verib. Ermənistanla münasibətləri normallaşdırma prosesinə artıq başlamışıq. Ermənistanın regionda sülh budağını yaxşı dəyərləndirib Azərbaycanla müsbət münasibət qurması xüsusi əhəmiyyət kəsb edir". Qeyd edək ki, rəsmi mövqedən belə bəlli olur ki, İrəvan da Türkiyə ilə əlaqələrə can atır. Ermənistan Xarici İşlər Nazirliyinin  mətbuat katibi Vahan Hunanyan "armenpress"ə bildirib ki, ölkəsinin gözləntiləri 1990-cı illərdən bəri mövcud olan gözləntilərlə eynidir: “Biz gözləyirik ki, proses nəticəsində Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurulacaq və iki ölkə arasında 90-cı illərin əvvəllərində bağlanmış sərhəd yenidən açılacaq. Ermənistan Respublikası hər zaman bəyan edib ki, heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır”. Erməni politoloq Tiqran Qriqoryan isə bildirir ki, əslində, İrəvan həm Ankaranın, həm də Bakının mövqeyini nəzərə almağa məcburdur: “Bölgədə sülh Türkiyə və Azərbaycanın şərtləri ilə mümkündür, çünki Ermənistan müharibədə uduzan tərəfdir”. Qriqoryan qeyd edib ki, Ermənistan Türkiyə ilə danışıqlarda ciddi güzəştlərə getməli olacaq: “Bölgədə sülh yalnız Türkiyə və Azərbaycanın şərtləri ilə mümkündür, çünki qeyd edildiyi kimi, Ermənistan müharibədə uduzan tərəfdir”. Politoloqun fikrincə, Türkiyənin şərtləri Azərbaycanla sıx bağlıdır: “Bu şərtlər Azərbaycanın ərazi bütövlüyünün tanınması və dəhlizin Bakıda başa düşülən mənada təmin edilməsi ilə bağlıdır, yəni Ermənistanın iştirakı olmadan”.

Hesab edilir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaq, Zəngəzur dəhlizinin açılmasına razılıq verməklə yanaşı, Ermənistan qondarma “soyqırımı” iddialarından da vaz keçməlidir. Çünki 1915-ci il hadisələri lap əvvəldən ciddi problemlər yaradıb. Bu fonda hələ qarşılıqlı diplomatik nümayəndələr təyin olunmazdan əvvəl kəsilmiş diplomatik münasibətlər 30 il ərzində dəfələrlə dalana dirənib. Kiçik cəhdlərdən və ya vacib qərarlardan bəzən üçüncü ölkələrin, bəzən də ölkə daxilindəki millətçilərin etirazlarına görə vaz keçilib. Ekspertlər xatırladır ki, hələ 1980-ci illərin sonunda Sovet İttifaqının dağılmağa başladığı ərəfədə Ankara tezliklə müstəqillik əldə edəcəyi gözlənən Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün bölgəyə elektrik enerjisi verdi, aclıq təhlükəsi yaranan yerlərə ərzaq yardımı göndərdi, Qərbdən gələn yardımların Türkiyə üzərindən Ermənistana çatdırılmasına kömək etdi. 1991-ci il sentyabrın 21-də Ermənistan müstəqilliyini elan etdikdən sonra Türkiyənin rəsmi nümayəndə heyəti münasibətlərin müsbət məcrada inkişafına nail olmaq üçün İrəvanda ölkənin birinci prezidenti Levon Ter-Petrosyanla görüşdü. Müstəqilliyini yenicə elan etmiş Ermənistanın 1915-ci il hadisələri və onun üçün legitim görünməyən Türkiyə sərhədi məsələlərinə həssaslığı davam edirdi. Ona görə də Ter-Petrosyan Ankaradan gələn nümayəndə heyətilə yalnız ticarət və iqtisadi əlaqələr sahəsindəki perspektivləri müzakirə etməklə kifayətləndi. 16 dekabr 1991-ci ildə Ermənistanı ilk tanıyan ölkələrdən biri Türkiyə oldu. Ancaq rəsmi Ankaranı narahat edən məqamlar vardı. 24 dekabr 1991-ci ildə ozamankı baş nazir Süleyman Dəmirəl Levon Ter-Petrosyana ünvanladığı məktubda bunları yazmışdı: "Hökumətimiz Ermənistan Respublikasını tanımaqla yanaşı, onun ərazi bütövlüyünə və sərhədlərinin dəyişməzliyinə hörmət prinsipinə əməl edəcəyi anlayışıyla hərəkət edib. İnanıram ki, əlaqələr bu təməl prinsiplər əsasında qurulacaq və inkişaf etdiriləcək". 1992-ci ildə  iki ölkə arasında diplomatik nümayəndəliklər hələ açılmamış erməni əsgərləri Qarabağa daxil oldular. Ermənistan beynəlxalq hüquqa görə də Azərbaycan ərazisi olan Qarabağda işğalçılıq siyasətini genişləndirməyə davam etdi və Türkiyə bu məsələdə Bakının mövqeyini dəstəklədi.

Ermənistan Kəlbəcəri işğal etdikdən sonra Ankara 1993-cü il aprelin 3-də bu ölkə ilə bütün sərhədləri bağladığını, dəmir yolu və hava əlaqələrini, tranzit ticarət xətlərini kəsdiyini elan etdi. Bu fonda ikitərəfli münasibətlər sürətlə yeni dövrə qədəm qoydu. Ermənistanın "soyqırımın tanınması" cəhdlərindən tutmuş Türkiyənin "komissiya yaratmaq" təklifinə qədər olan məsələlərdə gərginlik yarandı.

Müstəqilliyinin ilk illəri müharibələrdə keçən Ermənistanın 1998-ci ildə hakimiyyətə gələn yeni administrasiyası diqqətini diplomatiyaya yönəltdi. O günə qədər ancaq erməni diasporu tərəfindən həyata keçirilən "1915-ci il hadisələrinin soyqırımı kimi tanınması" fəaliyyəti Xarici İşlər Nazirliyi vasitəsilə dövlət səviyyəsində həyata keçirilməyə başladı. 2005-ci ildə AKP və CHP-nin ozamankı ortaqlığı ilə Türkiyə Böyük Millət Məclisində "Tarixçilər Komissiyası"nın yaradılması haqqında bəyannamə imzalanaraq təsdiqləndi. Bu bəyannamə Ankara tərəfindən problemin elmi həlli istiqamətində atılan ilk rəsmi addım kimi qiymətləndirildi. Ərdoğan o zaman Ermənistan prezidenti olan Robert Köçəryana da məktub yazaraq hər iki ölkənin tarixçiləri və ekspertlərinin arxiv sənədlərini araşdırmasını təklif etdi. Məktuba 1915-ci il hadisələrinin ildönümündən bir gün sonra, aprelin 25-də cavab verildi. Köçəryan bildirdi ki, ikitərəfli münasibətlərin inkişafı üçün məsuliyyət hökumətlərin üzərinə düşür: “Bizim bu məsuliyyəti tarixçilərin öhdəsinə buraxmağa haqqımız yoxdur".

2007-ci ildə Abdulla Gül Türkiyədə, 2008-ci il fevralın 19-da Serj Sarkisyan Ermənistanda prezident seçildi. Sarkisyanla bağlı "saxtakarlıq" iddialarının səsləndiyi, seçkinin nəticələrinə qarşı etirazların davam etdiyi və bir çox dövlət başçılarının təbrik üçün vəziyyətin sakitləşməsini gözlədiyi günlərdə Abdulla Gül fürsətdən istifadə edərək Sarkisyana ənənəvi üslubda olmayan təbrik məktubu göndərib ikitərəfli münasibətlərin inkişafını arzuladığını bildirdi. Eyni zamanda, o zaman baş nazir olan Ərdoğan və xarici işlər naziri Əli Babacan da erməni həmkarlarına xoşməramlı məktublar ünvanladılar. Sarkisyan Türkiyənin yeni administrasiyanın məktublarına müsbət cavab verdi. Moskvaya səfər edən Ermənistan lideri iqtisadiyyat və müdafiə kimi bir çox sahədə az qala asılı olduğu Rusiyanın da razılığı ilə Gülü Ermənistan və Türkiyə milli futbol komandalarının İrəvanda keçiriləcək oyununa dəvət edəcəyini açıqladı. İki ölkənin millətçi qüvvələrinin etirazına baxmayaraq bir neçə ay davam edən qarşılıqlı müsbət bəyanatlardan sonra 2008-ci il sentyabrın 6-da Abdulla Gül İrəvana getdi. Bu, bir Türkiyə prezidentinin Ermənistana ilk səfəriydi. Matçdan sonra prezident sarayında Sarkisyanla görüşən Gül bu danışıqları "konstruktiv və müsbət" adlandırdı. Həmin səfərin ardınca 15 ildən sonra ilk dəfə ikitərəfli münasibətlərdə ciddi təkan yarandı. Türkiyə Ermənistan təyyarələrinə öz hava məkanını tamamilə açdı, iki ölkənin xaricdəki nümayəndəliklərində diplomatlar bir-birinin tədbirlərinə qatılmağa başladılar, xarici işlər nazirləri beynəlxalq tədbirlər vəsiləsilə bir neçə ay ərzində 6 dəfə görüşdülər.

Eyni zamanda, Azərbaycanla yaxın münasibətlərini korlamaq istəməyən Türkiyə Azərbaycan-Ermənistan-Türkiyə üçtərəfli görüş formatı yaratmağa çalışdı. Bütün bunlar baş verərkən ABŞ, Türkiyə və Ermənistan mətbuatı öz xəbərlərində müsbət atmosferi əks etdirən bəzi iddialara yer verir, sərhədlərin sürətlə açılacağını, diplomatik əlaqələrin qısa müddətdə bərpa ediləcəyini yazırdı. Bu iddialar o günə qədər hadisələrə publik reaksiya verməmiş rəsmi Bakının açıq narazılığına səbəb oldu. Azərbaycan Prezidenti İlham Əliyev 6-7 aprel 2009-cu il tarixlərində Türkiyədə keçirilən, bir çox dünya liderlərinin qatıldığı Sivilizasiyalar Alyansının toplantısına getməkdən imtina etdi. ABŞ-ın ozamankı prezidenti, İrəvan-Ankara yaxınlaşmasını məmnuniyyətlə izləyən Barak Obama toplantıya qatılacağı təqdirdə Əliyevə təkbətək görüş vəd etdi, amma bu da onu qərarından döndərmədi.

2009-cu il aprel ayının 9-da Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə-Ermənistan sərhədinin açılmasının qəbul edilməyəcəyi ilə bağlı bəyanat yaydı. Gül və Babacanın Bakıya səfərləri də heç bir nəticə vermədi.  Nəhayət, 22 aprel 2009-cu ildə Türkiyə, Ermənistan və İsveçrə XİN-ləri birgə bəyanatla çıxış edərək iki ölkənin "əhatəli çərçivə haqqında razılığa gəldiyini və normallaşma üçün yol xəritəsinin müəyyən olunduğunu" elan etdilər. Amma yol xəritəsinin təfərrüatları açıqlanmadı. Birgə bəyanatdan bir ay keçməmiş ozamankı baş nazir Ərdoğan 14 may 2009-cu ildə Bakıya səfər etdi və Azərbaycan parlamentindəki çıxışında bunları söylədi: “Son zamanlar qardaşlıq ab-havasını yalan xəbərlərlə kölgədə qoymağa çalışdılar, bir stəkan suda tufan qopartdılar. Qapılar Yuxarı Qarabağ Ermənistanın işğalı altına düşəndə bağlanıb. Bu vəziyyət dəyişəndə qapılar açılacaq. Azərbaycanlı qardaşlarımızla razılaşmadan bu məsələ ilə bağlı heç bir addım ata bilmərik”. 31 avqust 2009-cu ildə iki protokol üzrə razılıq əldə edildi. Onlardan biri "Diplomatik əlaqələrin qurulmasına dair Protokol", digəri isə "Əlaqələrin inkişafı haqqında Protokol" idi. Bu sənədlər qüvvəyə mindikdən sonra sərhədin açılmasına start veriləcəkdi. Ancaq protokolların Ermənistan və Türkiyə xarici işlər nazirləri tərəfindən imzalanması və hər iki ölkənin parlamentində təsdiqlənməsi üçün çətin bir proses nəzərdə tutulurdu. Türkiyədə müxalifət partiyaları buna etiraz edib protokollara səs verməyəcəklərini bildirdilər, ölkədə kiçik miqyaslı etiraz aksiyaları keçirildi. Ermənistanda isə həm kilsə, həm də parlamentdəki millətçi partiyalar protokollara etiraz etdilər. Müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirildi. Bu etirazlar fonunda Ankara və İrəvan danışıqları davam etdirdilər və nəhayət, 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində məşhur protokollar imzalandı.

2010-cu il yanvarın 10-da Ermənistanın Konstitusiya Məhkəməsi müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə protokolların icrasının konstitusiyaya zidd olmayacağı barədə qərar qəbul etdi. Əsas şərtlərdən biri "1915-ci il hadisələrinin qeyd-şərtsiz soyqırımı kimi qəbul edilməsi" idi. Türkiyə Xarici İşlər Nazirliyi sərt bir bəyanatla çıxış edərək bu şərti qəbul etməyəcəyini açıqladı. 2010-2020-ci illər Türkiyə-Ermənistan münasibətlərində ciddi irəliləyişin müşahidə olunmadığı dövr oldu. 2020-ci ilin sentyabr ayında indiyə qədər atılan addımların reallaşmasına mane olan səbəblərdən biri ilə bağlı vacib irəliləmə baş Verdi - Dağlıq Qarabağ münaqişəsi həll edildi. Bundan bir ay sonra "Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər" deyən Ərdoğan bu məsələdə İlham Əliyevlə razılaşdıqlarını bildirdi. Hazırda Türkiyə və Azərbaycanı Naxçıvan üzərindən birləşdirəcək dəhliz mövzusu və Türkiyə əsgərlərinin Qarabağda Rusiya hərbçilərilə birgə işləməsi kimi məsələlərdə Ermənistanla problemlər davam edir. Ancaq bunların heç biri Qarabağ məsələsi və Azərbaycanın etirazları kimi ciddi əngəl olaraq görünmür, normallaşmanın qarşısını alacaq maneə deyil. Gündəlikdən çıxarılmasa və ya birgə komitənin tövsiyələri qəbul olunmasa, indi danışıqlara təsir edəcək əsas mövzu 1915-ci il hadisələridir. Ermənistan bu xüsusda cəsarətli qərar qəbul etsə, qarşısında inkişaf üçün yeni mərhələ açıla bilər.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ