şənbə günü, 14 noyabr 2026
     

Prezident yeni dövrün kadrları sayılan məmurlardan da açıq narazılıq etdi...

Image


“...Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır...” Bu fikirləri Azərbaycan Televiziyalarına müsahibəsində Prezident İlham Əliyev bildirib.

Prezidentin etimad göstərib vəzifələrə təyin etdiyi yeni kadrların bir qismi özünü niyə doğrultmur? Məgər özlərindən əvvəlki məmurların taleyi onlara dərs olmadımı?  

  • Bünyamin Qəmbərli: “Təyin edilən məmurlara, kadrlara nəzarət edəcək mexanizmlər yoxdur”

Prezidentin yeni dövr kadrlarından narazılığını şərh edən sabiq millət vəkili Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə bildirdi ki, Prezidentin yerli TV-lərə müsahibəsi, orada səsləndirdiyi fikirlər cəmiyyətdə maraq doğurub: “Prezident ilk dəfə idi ki, eyni zamanda bir neçə yerli kanala müsahibə verirdi. Düzdür, əvvəllər ayrı-ayrılıqda kanallara müsahibə vermişdi, amma bu birinci hal idi. Çox istəyirəm ki, bu ənənə davam etsin və eyni zamanda ictimai fəalların da Prezidentə sual vermək imkanı yaradılsın. Yəni bu, Prezidentin yalnız TV jurnalistlərinin suallarına cavab verməklə məhdudlaşmasın, həm də cəmiyyəti düşündürən, narahat edən suallar da verilsin, bu, ictimai fəallığın artmasına da bir vasitə olardı. Çox zaman ictimaiyyətin səsi Prezidentə lazımı səviyyədə çatmır. Konkret olaraq kadr məsələsinə gəlincə, düşünmürəm ki, Azərbaycanda ciddi kadr dəyişikliyi olub, bu daha çox kosmetik dəyişiklik olub. Belə götürsək, Azərbaycanda bütün icra hakimiyyəti başçıları ilə bağlı əhali arasında, mətbuatda çox neqativ fikirlər var. Eyni zamanda nazirlər, başqa iri çaplı məmurlar, hüquq-mühafizə sistemində təmsil olunan yüksək vəzifəli şəxslər barədə xoşagəlməz rəylər, fikirlər mövcuddur. Biz bu barədə tez-tez eşidirik. Amma bunların bir neçəsi haqqında ölçü götürülməsi o demək deyil ki, bu kimi hallar tamamilə aradan qaldırılıb”.

B.Qəmbərlinin sözlərinə görə, Prezidentin dediyi fikirlərdə böyük həqiqət var, doğrudan da təyin edilən kadrlar bir müddət yaxşı işləyir, sonra neqativ əməllərlə məşğul olurlar, yollarını azıb köhnələrin yolu ilə gedirlər. “Prezident kadrları təyin edir, onlar bir müddət özlərini normal göstərirlər, amma sonradan əyri yollarla gedirlər. Bu da təbiidir. Çünki yeni təyin edilən məmurlara, kadrlara nəzarət edəcək mexanizmlər yoxdur. Prezident ictimaiyyətə dəfələrlə səslənib, bu dəfə də səsləndi ki, ictimai fəal olmalıdır. Prezident özü də deyir ki, ictimaiyyətin ən institutlaşmış forması müxalifətdir. O müxalifət isə yoxdur. Yəni hardasa 200-300, 1000 nəfəri ətrafına toplayan siyasi liderlərlə partiyalar olmur. Ciddi siyasi partiyalar, müxalifət olmalıdır ki, yeni təyin edilən kadrların fəaliyyətinə də ciddi nəzarət olunsun, kadrlar da öz məsuliyyətlərini hiss etsinlər. Müxalifət də sadəcə nəzarətlə yox, yeni təkliflərlə çıxış etməli, onların qanun pozuntuları ilə həm kütləvi informasiya vasitələrində, həm də aidiyyəti toplantılarda fikir bildirməlidir. İkincisi isə QHT-lərdir ki, sivil toplum quruluşları da ciddi şəkildə formalaşdırılmalıdır. Bunlar formalaşdırılmadan hansısa yeni kadrlardan normal fəaliyyət gözləmək olmaz, kosmetik dəyişikliklərlə kadr dəyişkiliyi və islahat mümkün deyil. Üçüncüsü ciddi müstəqil mətbuatın olmasıdır... Bu olmadıqda nöqsanların lazımınca işıqlandırılması mümkün deyil. Amma ciddi, müstəqil mətbuatın olması Prezidentin dediyi ictimai nəzarəti, bu sahədə institutlaşmanı həyata keçirməkdə mühüm addım ola bilərdi. Ən nəhayət, bu sistemdə kadrların dəyişməsi ciddi bir dəyişikliyə apara bilməz, bütövlükdə sistem dəyişməlidir. Sistem demokratik sistem olmalıdır...”- deyə B.Qəmbərli qeyd etdi.

  • Aydın Xan Əbilov: “Yeni kadrların bəzilərinin də köhnələrin yolu ilə getməsinin səbəblərindən biri odur ki...”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri Aydın Xan Əbilov isə bizimlə söhbətində bildirdi ki, Prezident ölkədə hər istiqamətdə ciddi kadr islahatları həyata keçirir, bu kadr islahatlarına isə məmurlar kölgə salır. Prezidentin yeni təyin etdiyi kadrların çoxunun ictimaiyyətlə, cəmiyyətlə dil tapmaq istəmədiyini deyən A.X.Əbilovun sözlərinə görə, bununla da kadrlar Prezidentin etimadını doğrultmurlar: “Prezident haqlı olaraq özünü doğrultmayan, xalqa lazımı səviyyədə xidmət edə bilməyən kadrların davranışını kəskin tənqid edir. Yeni təyin edilən kadrların bir qisminin özünü doğrultmadığını, Prezidentin etimadına layiq olmadığını görürük. Çox təəssüflər olsun ki, bu insanlar xalqla, camaatla işləməyi bacarmırlar, onlarla dil tapmaq istəmirlər. Yeni kadrların bəzilərinin də köhnələrin yolu ilə getməsinin səbəblərindən biri odur ki, yeni kadrlar da kabinetdən çıxıb xalqla qaynayıb-qarışmırlar. Prezident onları vəzifəyə qoyanda, xüsusən də rayonlara icra başçıları təyin edəndə onlara ilk tövsiyəsi bu olur ki, xaqla canlı ünsiyyətdə olun, onların problemlərini şəxsən dinləyin, həll edib. Amma görək bizim neçə icra başçımız xalqa yaxın gedir, neçəsi xalqla ünsiyyətdədir. Yenə də narazlıqlar, yenə də xoşagəlməzliklər baş verir”.

İctimai nəzarətə gəlincə, qurum rəhbəri bildirdi ki, mütəmadi olaraq məmur özbaşnalığını ciddi tənqid edənlərdən biri o olub, lakin məmurlar bundan nəticə çıxarmaq istəmir. Bəziləri özünü hələ də cəzasızlıq mühitində hiss etdiyini deyən A.X.Əbilovun sözlərinə görə, kadrların özlərinin vicdan hissi və vətənpərvərliyi olmalıdır, görünür, onların çoxu bu hisslərdən uzaqdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ