şənbə günü, 14 noyabr 2026
     

Bakı və Ankaranın İrəvana Zəngəzur təzyiqləri güclənir...

Image


“10 noyabr üçtərəfli bəyanatından sonra Zəngəzurun bu vəziyyətə düşəcəyini təsəvvür etmək çətin idi”. Bunu Ermənistan parlamentinin “Hayastan" fraksiyasının deputatı Anna Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti ölkə əhalisinin arxasında gizli şəkildə Rusiya və Ermənistan müdafiə nazirləri səviyyəsində ayrıca sənəd imzalayıb, hələ də bunu etiraf etmək istəmir: “Nəticədə Zəngəzurdakı strateji yüksəkliklər və yollar Azərbaycanın nəzarəti altına keçdi, soydaşlarımızın həyati və ekzistensial maraqları təhlükə altına düşdü”. Erməni deputat vurğulayıb ki, Zəngəzurda insanlar qeyri-müəyyənlik içərisində yaşayır: “Orada bir nömrəli problem təhlükəsizlik mühitini təmin etməkdir”. Bu açıqlamalar bir daha təsdiq edir ki, Ermənistan mümkün qədər tez Azərbaycanla sərhədlərini müəyyən etməli, eləcə də Zəngəzur dəhlizinin açılması istiqamətində prosesləri tezləşdirməlidir. Erməni ekspert Movses Keşişyan da vurğulayır ki, bu həm təhlükəsizlik, həm də iqtisadi inkişaf üçün lazımdır. O qeyd edir ki, Zəngəzurda normal yol çəkilməsə, İran maşınları azərbaycanlıların nəzarət etdiyi yoldan keçəcək. Amma real vəziyyət göstərir ki, təkcə İran maşınları yox, elə erməni avtomobilləri də Azərbaycan ərazilərindən gediş-gəliş üçün istifadə etməyə başlayıb. Ermənistanın “Joxovurd” nəşri də yazır ki, erməni iş adamları İrana getmək üçün azərbaycanlılara gömrük rüsumu ödəyirlər. Nəşr bildirib ki, Azərbaycan gömrük məntəqəsinin verdiyi qəbz onların əlindədir: “Bu qəbz sübut edir ki, erməni iş adamlarına mal daşıyan fars sürücülər Gorus-Qafan yolunun azərbaycanlıların nəzarətində olan hissəsindən istifadə etməkdə davam edir və bunun üçün azərbaycanlılara 130 dollar ödəyirlər. “Joxovurd” qəzeti azərbaycanlıların gömrük rüsumlarının başladığı gündən etibarən bu yoldan istifadəyə görə Ermənistan sakinlərinin Azərbaycan tərəfinə nə qədər pul ödədiklərini dəqiqləşdirmək üçün iqtisadiyyat naziri Vahan Kerobyanla əlaqə saxlamağa çalışdı. Lakin nazir yazılı sorğu göndərməyə çağırış etdi. Belə çıxır ki, faktiki olaraq təkcə iranlılar yox, soydaşlarımız da Gorus-Qafan yolundan keçdiklərinə görə azərbaycanlılara vergi ödəyirlər, çünki alternativ yol yük maşınları üçün keçilməzdir. Bu bəlkə də Nikol Paşinyanın dediyi sülh dövrünün başlanğıcıdır, artıq soydaşlarımız bir vaxtlar rəqibi olanların büdcəsini zənginləşdirir”. Rusiyalı ekspert Vitali Arkov isə bu fonda qeyd edir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın təhlükəsiz inkişafı üçün vacibdir və bu, Moskvanın da maraq dairəsindədir: “Onsuz da Bakı açıq-aşkar və sərt şəkildə dəhlizlə bağlı məsələnin birmənalı şəkildə həllini tapacağını, məqsədə istənilən yolla nail olunacağını bildirib. 2020-ci ilin payızında İrəvanın işğal olunmuş Azərbaycan ərazilərini azad etmək üzrə öhdəliklərini yerinə yetirməkdən uzun müddət yayınmasının nələrə gətirib çıxardığını hamımız müşahidə etdik. Ermənistanda ağlı başında olanların heç biri bunun təkrar olunmasını istəmir”. Onun sözlərinə görə, nəqliyyat dəhlizinin Ermənistanın özü üçün həm siyasi, həm də iqtisadi cəhətdən faydası çoxdan müzakirə olunur: “Birincisi, buna cavab olaraq Azərbaycan və Türkiyə Ermənistanın blokadasını aradan qaldıracaq və ticarət dövriyyəsi rəsmi olaraq başlayacaq. İkincisi, nəqliyyat dəhlizi iqtisadiyyatın formalaşması üçün investisiyaların cəlb edilməsinə, Ermənistanda xeyli sayda yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Bundan əlavə, nəhayət, xalqlar arasında mehriban qonşuluq düşmənçilikdən tamamilə üstün olduqda, Zəngəzur dəhlizi ilə nəinki yük, hətta Azərbaycandan gələn sərnişinlər də təhlükəsiz hərəkət edə biləcəklər. Nəticə etibarı ilə turizmi inkişaf etdirmək imkanı yaranacaq”.

Bu arada diqqət ona yönəldilir ki, Zəngəzur dəhlizi Türkiyə və Ermənistan arasında da əsas müzakirə predmetidir. Ermənistan mediasi yazır ki, erməni cəmiyyəti rəsmi İrəvanın Ankara ilə münasibətlərin normallaşması baxımından hansı güzəştlərə hazır olduğunu bilmir. Ankara danışıqlara öz ilkin şərtləri ilə gələcək. Amma qeyd edilir ki, Türkiyə və Azərbaycan artıq aydın ilkin şərt qoyublar, bu, Zəngəzur dəhlizidir. Bundan başqa, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması kontekstində Türkiyənin xarici işlər naziri Çavuşovlu da bəyan edib ki, Ankara Ermənistanın Türkiyə ilə hava əlaqəsi yaratmaq istəyini nəzərə alır. Bu fonda Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin "Pegasus Airlines" aviaşirkətinə İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verib. Məlumata görə, bundan əvvəl Ermənistanın Flyone şirkətinə də analoji icazə verilib. “Flyone Armenia” 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirəcək ilk Ermənistan aviaşirkəti olacaq. Çavuşoğlu isə növbəti dəfə Ermənistanla münasibətlər mövzusuna toxunub. O, Türkiyənin məqsədinin bölgədə iki ölkəni birləşdirən avtomobil və dəmir yollarını, xüsusilə də Zəngəzur dəhlizi layihəsini reallaşdırmaq olduğunu vurğulayıb: “Türkiyə bu layihələri həyata keçirmək üçün əlindən gələni edəcək”.

Xatırladaq ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq. Xatırladaq ki, Türkiyədən xüsusi nümayəndə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç, Ermənistandan isə parlamentin vitse-spikeri Ruben Rubinyandır. Onların görüşündə Zəngəzur dəhlizi də əsas müzakirə predmetlərindən biri olacaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ