şənbə günü, 14 noyabr 2026
     

Media islahatları: yeni hədəflərə doğru

Image


2020-ci ilin sonlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biri kimi xalqımızın milli iftixar və qürur mənbəyinə çevrilmişdir. İşğal altındakı torpaqlarmız azad edildikdən sonra dövlətimizin inkişafı, iqtisadiyyatımızın gücləndirilməsi, milli təhlükəsizlik, xalqın rifah səviyyəsinin yüksəldilməsi istiqamətində işlər daha böyük sürətlə həyata keçirilməyə başladı, azad edilmiş torpaqlarımızda infrastrukturun və ekoloji tarazlığın bərpası prioritet vəzifələrdən biri kimi müəyyən edildi.

Formalaşmış yeni reallıqlar çərçivəsində Azərbaycanda informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi üçün müvafiq şəraitin yaradılması, media sahəsinin inkişaf etdirilməsi məsələsi də daha böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Bununla əlaqədar 2021-ci il yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamış və bununla da media sahəsinin inkişafı məsələlərinin dövlətin diqqətində olduğunu bir daha təsdiq etmişdir.

Baki-xeber.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun “Media islahatları: yeni hədəflərə doğru” sərlövhəli məqaləsində yer alıb. Yazını təqdim edirik.

Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiyalaşma prosesi, demək olar ki, bütün ölkələri əhatə etməkdədir. Lakin belə şərait heç də bütün ölkələr üçün bərabər şərtlər təqdim etmir. Sirr deyil ki, daha böyük və informasiya texnologiyaları cəhətdən daha çox inkişaf etmiş dövlətlər bu sahədə daha qabaqcıl mövqelərdə dayanmaqla nüfuz və təsir imkanlarını öz maraq dairələrinə daxil olan mümkün qədər geniş dairəyə tətbiq etməyə çalışırlar. Bu mənada, 44 günlük Vətən müharibəsindən sonra və son dövrlərdə regionumuzda baş verən digər hadisələr fonunda dünya siyasətinin gündəminə daha çox gələn Azərbaycan özünün geostrateji mövqeyi, regiondakı nüfuzu və beynəlxalq təşkilatlardakı çəkisi sayəsində qeyd olunan xarici aktorların maraq dairəsinə daha intensiv şəkildə düşməkdədir. Qeyd edilən Fərman həm də belə bir vəziyyətdə ölkədə daxili informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, milli media məhsulu istehsalının stimullaşdırılması, yerli medianın inkişafının təşviq edilməsi və rəqabətədavamlı medianın formalaşdırılması, informasiya mühitində münasibətlərin hüquqi nizamlanması, habelə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə effektiv şəkildə çatdırılması məqsədilə yeni konseptual yanaşmanın, yol xəritəsi rolunu oynayacaq sənədin hazırlanması ilə bağlı yaranmış ciddi zərurətlə əlaqədar imzalanmışdır.

Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan mediasının qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan daha çox bəhrələnə bilməsi, media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə təsis edilmişdir. Fəaliyyətini şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri üzərində quran Agentlik Nizamnaməsinə uyğun olaraq media subyektlərinin, redaksiyaların, jurnalistlərin reyestrinin aparılması, o cümlədən onlayn mediaya dair məsələləri, reklam, reytinq, mediada biznes modellərinin təşviq edilməsi kimi əhəmiyyətli fəaliyyət istiqamətlərinin inkişafı ilə əlaqədar funksiya və səlahiyyətləri də özündə birləşdirir.

Media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və s. dair məsələlərin daha təkmil formada həll edilməsinə yönəlmiş tədbirləri ehtiva edir. Bura normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması, həmçinin media sahəsində institusional islahatların həyata keçirilməsi aid edilə bilər.

Bu mənada yeni qanunun qəbul edilməsi hazırda son dərəcə aktualdır və əminliklə demək olar ki, zərurətə çevrilmişdir. Bu qanun peşəkar media subyektləri və jurnalistlər üçün geniş imkanlar və potensial güzəşt və imtiyazlar üçün hüquqi əsas yaradacaq, ölkə mediasının daha yüksək inkişaf mərhələsinə keçidinə dəstək olacaqdır. Lakin unudulmamalıdır ki, media bir prosesdir və həmin prosesdə media subyektləri və jurnalistlər iştirakçıların yalnız bir qrupu – xəbərin, media məhsulunun istehsalçısıdırlar. Onlarla yanaşı həmin prosesdə bu media məhsullarının istehlakçıları – auditoriya, yəni qəzet və sayt oxucuları, televiziya tamaşaçıları, radio dinləyiciləri və s. da iştirak edir. Yeni qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericilik bazası, beynəlxalq qanunvericilik və müxtəlif digər sənədlər nəzərə alınmışdır. Məsələn, Avropa Şurasının “Jurnalistika Etikası” ilə bağlı qəbul etdiyi Qətnamənin müddəalarına uyğun olaraq yeni layihədə bütün tərəflərin, o cümlədən media məhsulu istehlakçısının da maraqları nəzərə alınmış, onların hüquqlarının qorunması təmin edilmişdir.

Hələ Milli Məclisə təqdim edilənədək qanun layihəsinin onlarla media subyektində təqdimatı olmuş və yüzlərlə (800-ə yaxın) jurnalistin iştirakı ilə müzakirəsi həyata keçirilmişdir. Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası tərəfindən layihə ilə əlaqədar bütün suallara və qaranlıq məqamlara aydınlıq gətirilməsi məqsədilə ictimaiyyətlə effektiv kommunikasiya qurulmuşdur və maraq doğuran məqamlara operativ və ətraflı izahlar verilməkdədir.

Bundan əlavə, hazırda ölkədə media sahəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, ifadə azadlığının daha çox təmin edilməsi istiqamətində müvafiq iş davam etdirilir, qanunvericilikdə mövcud olan bəzi tələblərin yumşaldılması imkanları təhlil edilir.

İstənilən ölkədə medianın inkişafının ilkin şərtlərindən biri jurnalistlərin peşəkarlığının artırılması, onların problemləri və ehtiyacları ilə bağlı tədbirlərin görülməsidir. Agentlik bu istiqamətdə istər müstəqil şəkildə, istərsə də yerli və xarici tərəfdaşlarla birgə müntəzəm olaraq müxtəlif təlimlər, treninqlər və digər tədbirlər həyata keçirməkdədir. Bununla yanaşı, Agentlik tərəfindən media subyektlərinin rəhbərləri üçün menecment və idarəetməyə dair xüsusi seminarlar, region mediasının inkişafı ilə bağlı müxtəlif bölgələri təmsil edən media subyektlərinin nümayəndələri ilə videokonfrans formatında görüş təşkil edilmişdir.

Hər bir sahədə olduğu kimi, media sahəsində də peşəkarlığın əsas göstəricilərindən biri peşə etikası faktorudur. Mediada peşə etikasına riayət edilməsi, müəllif hüquqları, məlumatların dəqiqliyi və qərəzsiz obyektiv yanaşmanın təmin edilməsi, əxlaq normalarının gözlənməsi və s. məsələlər peşəkar medianın inkişaf etdirilməsi kontekstində daim diqqətimizdə saxlanılır və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.

Bildiyiniz kimi, medianın funksiyalarından biri dövlət qurumlarının timsalında dövlətlə cəmiyyət arasında sağlam kommunikasiyanın qurulması, onun fəaliyyəti haqqında informasiyanın ictimaiyyətə doğru çatdırılmasıdır. Bu məqamı vaxtilə hələ ümummilli lider, ulu öndər Heydər Əliyev çox incəliklə duymuş və “mətbuat – dövləti və cəmiyyəti birləşdirən canlı sinirdir” şəklində son dərəcə dəqiq ifadə etmişdir. Biz bu izahı daim diqqətdə saxlayır, mətbuatın fəlsəfəsinin doğru qavranılması üçün onu öz fəaliyyətimizdə rəhbər tuturuq. Bu məsələdə dövlət qurumlarının mətbuat katibləri və ictimaiyyətlə əlaqələr üzrə digər məsul əməkdaşlarının peşəkarlıq səviyyəsi mühüm rol oynayır. Agentlik tərəfindən ADA Universiteti ilə birgə həmin əməkdaşlar üçün xüsusi təlimlər təşkil edilmiş, bu təlimlərə dövlətin həm mülki qurumlarının, həm də hüquq mühafizə və digər qeyri-mülki orqanlarının müvafiq nümayəndələri cəlb edilmişdir.

Ötən dövr ərzində Agentlik tərəfindən Baş Prokurorluq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət qurumları ilə müxtəlif layihələr də həyata keçirilmişdir.

Agentlik tərəfindən təşkil edilən və müxtəlif kateqoriyalara istiqamətlənmiş bütün bu tədbirlərin əsas məqsədlərindən biri informasiya və xəbər mühitini sağlamlaşdırmaq, bu sahədə peşəkarlıq səviyyəsini yüksəltmək, jurnalistika peşəsinin cəmiyyətdə nüfuzunu qaldırmaq, onu yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla məsuliyyətsiz və qeyri-peşəkar təzahürlərdən azad etməkdən ibarətdir.

Onu da qeyd edək ki, Agentlik tərəfindən jurnalistlərin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif layihələr işlənib hazırlanmaqdadır. Media reyestrının tətbiqi ilə bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Agentlik fəaliyyətinin əsas hədəflərindən biri kimi media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məsələsini daim diqqətdə saxlayır, bu məqsədlə müvafiq təhlil və araşdırmalar aparır, müxtəlif qurumlarla əməkdaşlıq edir. Məsələn bir müddət öncə media subyektləri üçün iqtisadi dəstək mexanizmləri ilə bağlı xüsusi yazılı sorğu keçirilmiş, 100-dən çox media subyektindən təkliflər toplanaraq təhlil edilmiş və həmin təkliflərin İqtisadiyyat Nazirliyi ilə ilkin müzakirəsi aparılmışdır. Media subyektlərinin iqtisadi müstəqilliyi ümumilikdə medianın müstəqilliyinin əsas təminatçısıdır və bu mənada media subyektləri müstəqil sahibkarlıq (biznes) subyekti kimi rəqabətqabiliyyətli olmağı bacarmalıdırlar. Bəzi hallarda, ictimai əhəmiyyət daşıyan, lakin kommersiya nöqteyi-nəzərindən özünü maliyyələşdirə bilməyən ictimai-siyasi, xəbər, idman və uşaq telekanallarına mütəmadi dövlət dəstəyinin göstərilməsi dünyada geniş qəbul olunan bir praktikadır.

Agentlik media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müntəzəm müsabiqələr təşkil edir. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq Agentliyin fəaliyyəti dövründə keçirilən müsabiqələrdə ənənəvi çap mediası ilə yanaşı, onlayn media subyektlərinin (xəbər veb-saytlarının) iştirakı üçün də şərait yaradılmışdır. Müsabiqələrin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı digər fərqləndirici məqam ondan ibarətdir ki, ötən ilin iyun ayından başlayaraq fərdi jurnalist müsabiqələrində jurnalistlər çap materialları – məqalələrlə yanaşı, artıq audiovizual media materialları – televiziya süjetləri ilə də iştirak edə bilirlər.

Fəaliyyət dövrü ərzində Agentlik müxtəlif layihələrin həyata keçirilməsinə müvəffəq olmuş, bu layihələr çərçivəsində ADA Universiteti, “Al Jazeera”, “Haber Global”, Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA), “Anadolu Ajansı”, “Lazarus Training” kimi nüfuzlu qurumlarla etibarlı əməkdaşlıq əlaqələri qura bilmişdir. Tərəfdaşlarla həyata keçirdiyimiz ən yaddaqalan layihələrdən biri kimi Azərbaycanın hərbi reportyorları üçün Türkiyənin Ankara şəhərində təşkil olunan xüsusi təlimlər nümunə göstərilə bilər.

Bu müddət ərzində təşkil edilmiş tədbirlər “Mediada islahatlara doğru”, “Böhran vəziyyətlərində jurnalistika”, “Jurnalistlərin münaqişə zonasında davranışları”, ”Qabaqcıl televiziya proqramlaşdırılması”, “Təhlükəli bölgələrdə fəaliyyət”, “Mina partlayışlarında xilas olma və ilkin tibbi yardım”, “Məişət zorakılığı media müstəvisində” (Tvinninq layihəsi), “Media etikası” və s. kimi spesifik mövzuları əhatə etmişdir.

Eyni zamanda vurğulamaq istərdik ki, Agentliyin bütün layihələri həyata keçirilməzdən öncə xaricdə təhsil almış yüksəkixtisaslı mütəxəssislərimiz, müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışmış peşəkar və təcrübəli əməkdaşlarımız tərəfindən dərindən təhlil edilir, beynəlxalq təcrübəyə əsaslanaraq optimal həllər verilməklə hazırlanır.

Agentlik ölkədə baş verən hadisələri, sosial sifarişi diqqətində saxlamaqla hər zaman cəmiyyətin tələblərinə adekvat cavab verməyə çalışır. Qəhrəmanlarımıza xüsusi sevgi və hörmət əlaməti olaraq, Vətən müharibəsində qazanılmış Zəfərin birinci ildönümü ərəfəsində “44 günlük tarix yazan media qəhrəmanları” adlı layihə çərçivəsində silsilə videoçarxlar hazırlanmışdır. Agentlik, eyni zamanda, bu münasibətlə “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Media Təhlil Mərkəzi (MTM) ilə birgə “Vətən müharibəsi - qələbənin simaları” adlı fotomüsabiqə təşkil etmişdir.

Bildirmək istərdik ki, Agentlik gəncləri də unutmur, media sahəsində gənc kadrların yetişdirilməsi və istedadlı gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Bu istiqamətdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə sıx əməkdaşlığımız davam etdirilir. Əlavə olaraq, Agentlik media sahəsinə maraq göstərən istedadlı və təşəbbüskar gəncləri cəlb edərək “Media könüllüləri” layihəsi hazırlamış və həmin layihə çərçivəsində 2 aylıq xüsusi “MEDİA könüllüləri üçün peşəkar inkişaf təlimləri” proqramını təşkil etmişdir.

Medianın İnkişafı Agentliyi media sahəsində beynəlxalq əməkdaşlıq layihələrində yaxından iştirak edir, ikitərəfli və çoxtərəfli formatda münasibətlərin qurulması və gücləndirilməsinə xüsusi diqqət ayırır. Buna misal olaraq Türk Dövlətləri Təşkilatı, Türkiyə-Azərbaycan ortaq media platforması layihələrini göstərmək olar.

Yarandığı qısa müddət ərzində Agentlik Bakıda keçirilən o zaman hələ TDƏŞ adlanan təşkilata üzv dövlətlərin informasiya və media üzrə məsul nazirlərinin 3-cü toplantısı, Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “2021: Dünya yeni mənalar axtarışında” mövzusunda XVII Avrasiya Media Forumu, Rusiyanın Həştərxan şəhərində keçirilən VI Xəzər Media Forumu və İstanbul Media Forumu kimi müxtəlif nüfuzlu beynəlxalq tədbirlərdə təmsil edilmişdir. Bununla yanaşı ötən ilin ən diqqətəlayiq beynəlxalq tədbirlərindən biri sentyabr ayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media nümayəndələri üçün Azərbaycana, o cümlədən onun işğaldan azad edilmiş ərazilərinə təşkil edilmiş mediatur olmuşdur. Həmin mediaturda iştirak edən çoxsaylı beynəlxalq media nümayəndələri sonradan öz dövlətlərinin media resurslarında səfər təəssüratlarını bölüşərək geniş materiallarla çıxış etmiş, burada tanış olduqları Azərbaycan həqiqətləri ilə bağlı öz ölkələrinin və daha geniş auditoriyanı tanış etmişdilər.

Beynəlxalq münasibətlərimizin əhatə dairəsinin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində yaxın zamanda genişləndirilməsi istiqamətində hazırda konkret əməli işlər davam etdirilir.

Yuxarıda qeyd etdiyimiz kimi media prosesi əslində kifayət qədər geniş bir anlayışdır və bu prosesdə bir sıra müxtəlif iştirakçılar təmsil olunur. İstehsal olunduqdan sonra, media məhsulunun istehlakı mərhələsində onun məzmunu ilə yanaşı, istehlakçısının savadı, ictimai mənşəyi, peşəsi, mədəni səviyyəsi, dünyagörüşü, intellektual bacarığı, tənqidi yanaşması, müstəqil düşünmə qabiliyyəti və digər keyfiyyətləri əhəmiyyətli rol oynamağa başlayır. Bunu nəzərə alaraq Agentlik tərəfindən media məhsulları və informasiyanın istehlakçısı olan auditoriyanın media savadlılığının yüksəldilməsi istiqamətində müəyyən tədbirlər nəzərdə tutulmuşdur. Məsələn, bu istiqamətdə Baş Prokurorluqla birgə “Media və hüquqi maarifləndirmə” vəsaiti hazırlanaraq ictimaiyyətə təqdim edilmişdir.

Yaxın gələcəkdə media subyektlərinin iqtisadi müstəqilliyi, jurnalist və qeyri-jurnalist olan media nümayəndələrinin peşəkarlığının artırılması, region mediasının inkişafı, mediada reklam məsələləri, rəqəmsal media və gənclərlə bağlı müxtəlif layihələrin, sahəvi jurnalistikanın müxtəlif istiqamətləri üzrə xüsusi tədbirlərin işlənib hazırlanması nəzərdə tutulur.

Agentlik şəffaflıq prinsipini daim rəhbər tutaraq fəaliyyətini media nümayəndələri üçün maksimum açıq şəkildə təşkil etməyə çalışır. Ötən dövr ərzində qurum nümayəndələrinin 250/300 açıqlama müsahibəsi yayımlanmış, 100-dən çox özəl reportaj, 500-ə yaxın post, 200-ə yaxın pres-reliz, məlumat bülleteni və bəyanat hazırlanmışdır. Bugünə qədər Agentliyin təlim, seminar və digər layihələrinə 60-dan çox təlimçi, 350-dən çox media nümayəndəsi cəlb edilmişdir.

Biz fəaliyyətimizi cəmiyyətlə bölüşməkdən, onların mediaya olan marağına uyğun yeni layihələr təqdim etməkdən böyük məmnunluq duyuruq. Fürsətdən istifadə edərək oxucuları xüsusi proqram vasitəsilə hazırladığımız xüsusi layihələrlə tanış olmağa – milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirə muzeyini və “Milli Mətbuat Tariximizin inciləri” sərgisini rəsmi saytımızda virtual şəkildə ziyarət etməyə dəvət edirik.

Sonda qeyd etmək istərdik ki, Agentlik mediaya, media subyektlərinə, jurnalistlərə, media ekspertlərinə, media sahəsinə maraq göstərən gənclərə və ümumilikdə cəmiyyətə hər zaman açıqdır. Biz səmərəli əməkdaşlıq təkliflərinizi və mediamızın inkişafına töhfə verə biləcək konstruktiv ideyalarınızı məmnuniyyətlə dəyərləndirməyə hazırıq.

İnanırıq ki, həyata keçirilən islahatlar tezliklə öz müsbət nəticələrini göstərəcək və mediamız müasir dövrün tələblərinə uyğun olaraq açıq rəqabətli qlobal informasiya mühitində öz layiqli yerini tutacaqdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ