şənbə günü, 14 noyabr 2026
     

“Azərbaycan yeni reallıqlar fonunda regionun mənzərəsini dəyişdi” - Vüqar Rəhimzadə

Image


“Tarixi Zəfərimiz Azərbaycanın qarşısında bütün sahələr üzrə geniş imkanlar açdı. Amma nəzərə alsaq ki, 30 il işğal dövründə haqlı tərəf olsaq da dünyanın ikili standartlara əsaslanan siyasətinə əsasən ölkəmizə qarşı bəzi dövlətlər tərəfindən qərəzli münasibətlər mövcud idi, bu halda son bir ildən artıq dövr ərzində bu yanaşmalarda nə kimi dəyişikliklərin baş verdiyi daha çox diqqət çəkir.

 

Reallıq budur ki,  Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri ilə ilk növbədə dünyaya bu çağırışı etdi ki,  bütün münaqişəli məsələlərin həllinin əsasında ədalət və hüquq amilləri dayanmalıdır. Amma illərdir bu prinsiplərin tətbiqi üçün vahid mexanizmin olmaması  problemlərin meydana çıxmasına, dünyada bir etimadsızlıq mühitinin  yaranmasına səbəb olub. Çünki BMT qətnamələri dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında qeyd olunduğu kimi, bəzi hallarda 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 30 il  gözlədik. Amma Azərbaycan bu illər ərzində sadəcə gözləmədi. Həm iqtisadi qüdrətini artırdı, həm ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına, həqiqətlərimizin təbliğinə nail oldu, həm də münaqişənin həlli üçün möhkəm hüquqi bazanın formalaşmasını təmin etdi. Azərbaycanın döyüş meydanında və informasiya cəbhəsində üstünlüyü Ermənistanın və ona havadarlıq edən dövlətlərin 30 ilə yaxın dövrdə hazırladıqları planları, xəyalları alt-üst etdi. Yeni reallıqlar fonunda regionun və dünyanın mənzərəsi dəyişdi”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının  sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki,  Azərbaycan bütün dövrlərdə dünyaya birlik, həmrəylik çağırışlarını edib: “Bircə faktı qeyd etmək istərdik ki, 2021-ci ilin mayında Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçiriləndə açılış günü ölkəmizdə dostluq, qardaşlıq mühitində yaşayan xalqların, millətlərin musiqi yaradıcılığı dünyaya nümayiş olundu. Bu, Azərbaycanın tolerantlığının, multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təqdimatı idi. Bu məqamı da qeyd edək ki, 2021-ci ildə Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına  (Türk Dövlətlər Təşkilatı) sədrlik müddəti başa çatdı və təşkilata sədrlik dost, qardaş Türkiyəyə təhvil verildi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev  ötən ilin  noyabrında torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində  göstərdiyi səylərə və türk birliyinin daha da güclənməsi, möhkəmlənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Dövlət başçısı daim bütün türk dünyasını birliyə, həmrəyliyə səsləyərək bu çağırışı da edirdi ki, bir dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı, onun həlli istiqamətində əməli fəaliyyət göstərilməlidir. 44 günlük İkinci Qarabağ müharibəsində dünya Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının fonunda bütün türk dünyasının həmrəyliyinin şahidi oldu. Türk Dövlətləri Təşkilatının istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycana dəstəyi, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün  hər zaman dəstək göstərməyə hazır olduqlarını bildirmələri də bu birlikdən qaynaqlanır”.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrliyi ilə dünyada ədalətin və hüququn bərpası istiqamətində uğurlu addımlar atıldığını və bunun nəticəsi olaraq quruma üzv dövlətlərin qəbul etdiyi qərara uyğun olaraq ölkəmizin sədrlik müddətinin daha bir il  uzadılmasından bəhs edib: “Azərbaycana beynəlxalq dəstək yüksək səviyyədədir.  Hələ Azərbaycan  2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu, ölkəmizin  bu gününə və gələcəyinə inamı aydın ifadəsi idi. 155 ölkənin dəstəyini qazanmaq  böyük uğurdur. Tarixi Zəfərimiz bu inam və etimadın artmasında xüsusi əhəmiyyət kəsb edir. 2021-ci ilin Moskva, Soçi və Brüssel görüşləri bunu bir daha təsdiqlədi. Avropa İttifaqının Şərq  Tərəfdaşlığının VI Sammiti də bu kimi məqamların təqdimatında mühüm rol oynadı. Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, NATO ilə əlaqələri yüksələn xətlə inkişaf edir. 2018-ci ildə ölkəmizlə Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” münasibətlərin hazırkı və gələcək inkişafına işıq salır. Bu məqamı da qeyd edək ki, NATO-nun son Zirvə görüşlərində, sammitlərində Azərbaycanın ədalətli mövqeyinə dəstək özünü qabarıq şəkildə büruzə verirdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan mövqeyi və rolu NATO-Azərbaycan münasibətlərinin inkişafında da özünü təsdiqləyir. Hər iki qurum- Avropa İttifaqı və NATO regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər.  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün təşkil olunması da bunun bariz nümunəsidir”.

V.Rəhimzadə vurğulayıb ki,  Azərbaycan BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda  öz mövqeyini daha da gücləndirməklə postmünaqişə dövrünün reallıqlarının bütün dünya tərəfindən qəbuluna nail olur: “Bütün dövrlər üçün aktuallığını itirməyən və dünyanın beynəlxalq münasibətlərdə qəbul etdiyi güc və hüquq amilləri 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Baxmayaraq ki,  dünyanın bəzi dövlətləri beynəlxalq hüququn deyil, daha çox güc amilinin  işlək mexanizmə çevrilməsində maraqlı idi. Əvvəldə də qeyd etdiyim kimi, Azərbaycan belə bir yanaşmaların hökm sürdüyü illərdə belə  öz mövqeyindən bir addım da belə geri çəkilmədi, əksinə daha da gücləndi,  BMT qətnamələrini təkbaşına icra etdi və sahibi olduğu torpaqları geri aldı. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən qonşu dövlətlərlə əlaqələrə diqqəti yönəldərkən bu fikri xüsusi qeyd etmişdir ki, qonşular haqqında danışanda  Ermənistanı heç vaxt  bu kateqoriyadan  olan ölkələrə daxil etməyib.  Bu gün də daxil etmir.  Amma bu inamı ifadə edir ki,  nə vaxtsa Ermənistanla  qonşuluq əlaqələrimiz  qurulacaq.  İkinci Qarabağ münaqişəsinin nəticələrini  qəbul edərək Ermənistan  da  regional çərçivədə  öz rolunu artıra bilər. Ölkə Prezidenti bu əminliyi də ifadə edir ki, Soçi və Brüssel görüşlərində  əldə edilmiş  razılaşmalar 2022-ci ildə  real həyatda öz əksini tapacaq.”

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 2021-ci ilin uğurlu nəticələri və 2022-ci ilin hədəfləri bu ilin də tarixə mühüm hadisələrlə zəngin il kimi yazılacağına böyük əminlik yaradır. “Şuşa İli” həm Böyük Qayıdışın başlanmasıdır, həm də dünyaya Azərbaycan xalqının öz torpaqlarının sahibi olduğunun təsdiqidir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ